İlham Əliyev: “Yoxdur Ermənistan ordusu!” – CƏHƏNNƏMƏ GETDİ

53f34ca0 a9b7 3ce7 8e75 6502806d0f68 850

Dekabrın 1-də Laçın şəhəri imzalanmış bəyənata uyğun olaraq Azərbaycana qaytarılıb.

KAİM,az xəbər verir ki, bu münasibətlə prezident İlham Əliyev xalqa müraciət edib və əhaliyə təbriklərini çatdırıb. Bununla yanaşı Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikalarının siyahısını açıqlayıb. Siyahıya əlavə olunmuş texnikaların qiymətinin milyardlarla dollar olduğunu açıqlayan prezident beynəlxalq aləmə üzünü tutaraq aparıcı ölkələrə səslənib: “Hardandır kasıb, yoxsul ölkədə bu qədər pul?”

Qeyd edək ki, prezident Ermənistan ordusunun canlı itkisi haqqında lazım olan zamanda geniş açıqlama verəcəyini xalqın diqqətinə çatdırıb. Onu da bildirib ki, həm canlı qüvvə, həm də hərbi texnika baxımından ağır itki verməsi Ermənistanın kapitulyasiya sənədinə imza atmağa məcbur olmasının başlıca səbəbidir.

İlham Əliyev atəşkəs razılığının Azərbaycan tərəfindən tam təmin edildiyini, Ermənistan tərəfinin isə bəzi hallarda pozuntulara yol verdiyini açıqlayıb. Onun sözlərinə görə bu kimi hallara Azərbaycan ordusu tərəfindən layiqli cavab verilir.

“Dağlıq Qarabağ münaqişəsi haqqında sadəcə tarixdə qalan bir hadisə kimi söhbət etməyi məsləhət görürəm” – deyən prezident Fransa senatını da sərt sözlərlə qınayıb.

Ağaliyev Kənan

KAİM.az

Əlaqəli xəbərlər