Bu vaksin koronaya qarşı immuniteti 3 ay saxlayır

koronavirus vaksin

ABŞ-ın “Moderna” şirkəti tərəfindən hazırlanan peyvəndin istifadəsi koronavirusa qarşı immuniteti ən azı üç ay saxlayır.

araz.az Turkustan.info-ya istinadən xəbər verir ki, bu barədə “Nyu England Journal of Medicine” jurnalında dərc olunan məqalədə qeyd olunub.

Araşdırma ABŞ-ın Milli Allergik və İnfeksion Xəstəliklər İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.

Sınaqlarda iştirak edən 18-71 yaş arası 34 nəfərə 28 gün aralıqla iki doza peyvənd vurulub.

Onların sözlərinə görə, ikinci dozadan sonra sınaqlarda iştirak edənlərin hamısında anticisim səviyyəsi 3 ay boyunca yüksək qalıb.

Qeyd edək ki, “Moderna” şirkəti noyabrda verdiyi açıqlamasında üçüncü sınaqdan sonra vaksinin effektivliyinin 94.5 faiz olduğunu açıqlamışdı.  

araz.az 

Əlaqəli xəbərlər