Rus ordusu erməniləri Xankəndiyə daşıyır – Daha 1950 nəfər gətirildi

xankendi1

Müharibə zamanı Ermənistana qaçan daha 1950 erməni Azərbaycanın Qarabağ bölgəsinə gətirilib.

araz.az  Turkustan.info-ya istinadən  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənilər Rusiya sülhməramlılarının müşayiəti ilə İrəvandan avtobuslarla gəliblər.

Ermənilərin İrəvandan Xankəndinə çatdırıldığı bildirilib.

Məlumatda qeyd edilib ki, indiyə qədər 28 mindən çox insan Qarabağa qaytarılıb. 

Əlaqəli xəbərlər