“Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib

WhatsApp Image 2021 01 27 at 17.21.35Nar” pandemiya dövründə onlayn formatda təhsil alan şagird və tələbələrin, eləcə də müəllimlərin dərslərə istənilən məkandan rahatlıqla qoşula bilməsi üçün “TƏHSİL+” internet paketini təqdim edib. Yeni internet paketi ilə “Microsoft Teams”, həmçinin də “Zoom” tətbiqlərindən heç bir sürət limiti olmadan, istər tətbiq, istərsə də veb-brauzer üzərindən istifadə etmək mümkündür. 
Bu paket çərçivəsində abunəçilərə hər iki tətbiqdən istifadə üçün sürət limiti olmayan 50GB təqdim olunur. Qeyd edək ki, “TƏHSİL+” internet paketinin üstünlüklərindən biri də “hotspot” funksiyası vasitəsilə internetin paylaşıla bilən olmasıdır. Paketin qiyməti 10 AZN təşkil edir. Sərfəli internet paketindən yararlanmaq üçün abunəçilər *777#21# kodunu yığa və ya “777” nömrəsinə “T+” açar sözünü göndərərək paketi aktivləşdirə bilərlər. 
“Nar” uzunmüddətli KSM strategiyası çərçivəsində ölkədə təhsilin inkişafını dəstəkləyən bir çox sosial layihələr həyata keçirir. Təqdim olunan yeni internet paketi də ictimai izolyasiya dövründə təhsil prosesində iştirak edən şagird və tələbələrə, eləcə də müəllimlərə dəstək məqsədilə yaradılıb. “TƏHSİL+” internet paketi haqqında daha ətraflı məlumat  buradan ala bilərsiniz. 
 
***
 
«Nar» представляет новый интернет-пакет для дистанционного обучения
 
«Nar» представляет интернет-пакет «TƏHSİL+», который облегчит подключение к учебному процессу студентов и школьников получающих образование в онлайн формате, в период пандемии, а также их преподавателей. С новым интернет-пакетом вы можете подключаться к «Microsoft Teams», а также к приложению «Zoom», как из приложения, так и из веб-браузера без каких-либо ограничений в скорости.
В рамках этого пакета абонентам для использования обоих приложений предоставляется 50 ГБ с неограниченной скоростью. Отметим, что одним из преимуществ интернет-пакета «TƏHSİL +» является то, что интернетом можно поделиться через функцию “hotspot”. Стоимость пакета составляет 10 АЗН. Для того, чтобы воспользоваться преимуществами выгодного интернет-пакета, абоненты могут набрать код *777#21#, либо отправить ключевое слово «T+» на номер «777».
В рамках своей долгосрочной стратегии КСО, «Nar» реализует множество социальных проектов, поддерживающих развитие сферы образования в стране. Новый интернет-пакет также был создан для поддержки школьников и студентов, а также учителей, вовлеченных в образовательный процесс в период социальной изоляции. Подробнее об интернет-пакете «TƏHSİL+» можно узнать здесь.
 
***
 
Nar introduced new internet pack for distance learning
 
Nar has introduced "TƏHSIL+" internet pack for students and teachers studying online during the pandemic, so that they can easily continue their classes.  The new internet package allows subscribers to connect to Microsoft Teams, as well as Zoom applications without any speed limit, both from the application and the web browser.
This package provides subscribers with 50GB without a speed limit for the use of both applications. Note that one of the advantages of the "TƏHSIL+" package is that the Internet can be shared with others through the "hotspot" function. The subscription fee is 10 AZN. To take advantage of this internet package, subscribers need to dial *777#21# or text T+ to 777.  
As part of its long-term CSR strategy, Nar implements a number of social projects aiming to support the development of education in the country. The new internet package was also created to support pupils and students, as well as teachers involved in the educational process during the social lockdown. Please click here to get more information about the "TƏHSIL+" package.
 
 
araz.az xəbər portalı.

Əlaqəli xəbərlər