Paşinyan ordunun istefa tələbinə operativ reaksiya verdi, qərargah rəisini istefaya göndərdi, tərəfdarlarına səsləndi: "Hərbi çevrilişə cəhd var"

pasinyan orduylajpg 1614241133

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

 Ermənistan KİV-ləri xəbər verir ki, o, tərəfdarlarını meydana çıxmağa çağırıb.

"Tərəfdarlarımızı elə indi Respublika Meydanına çıxmağa dəvət edirəm. Yaxın zamanda ictimaiyyətə canlı yayımda müraciət edəcəyəm", - o, bildirib/Report

***

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.

Xatırladaq ki, Baş Qərargah N.Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Silahlı Qüvvələrin Baş Qərargahı qurum rəisinin birinci müavininin vəzifədən azad olunmasına kəskin etirazını bildirib. Baş Qərargah ölkənin baş nazirinin bu qərarını dövlətə qarşı məsuliyyətsiz addım adlandırıb.

Əlaqəli xəbərlər