Niyə Ramiz Mehdiyev və Əli Həsənov indiyədək həbs olunmayıb? – İLGİNC SƏBƏBLƏR

mehdiyev hesenov 768x403

Nazim Bəydəmirli: “İstənilən bir vəzifəyə təyin olunan şəxs ətrafına öz yaxın adamlarını yığaraq korrupsiya mexanizmləri yaradır”.

Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirilən tədbirlər, büdcəni talayan, vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurların həbsi etimadı doğrultmayan oliqarxların yuxusunu ərşə çəkib. Lakin hələ də korrupsiyanın başında dayanan, ciddi maliyyə maxinasiyalarına yol verən məmurlar var ki, onlar öz layiqli cəzalarını almayıblar. Buna misal kimi Ramiz Mehdiyev, Əli Həsənov və digərlərinin adını çəkmək olar. Bu şəxslərin qanunsuz əməlləri haqda mətbuatda kifayət qədər materiallar dərc olunsa da, hələlik onlara növbə çatmayıb.

Nazim Bəydəmirli:

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli bildirib ki, bir qayda olaraq Azərbaycanda vəzifəyə təyinatlar qohumbazlıq, yerlibazlıq, korrupsiya və rüşvət elementləri ilə həyata keçirilir:

“İstənilən bir vəzifəyə təyin olunan şəxs ətrafına öz yaxın adamlarını yığaraq korrupsiya mexanizmləri yaradır. İstər Ramiz Mehdiyev, istər Əli Həsənov, istərsə də digər vəzifədə olan şəxslər dövlət vəsaitlərini öz şəxsi pulları kimi istifadə edirlər. Vəzifədə olanların əksəriyyəti demək olar ki, bu işlə məşğuldur. Bunun əsas səbəbi isə odur ki, rəqabət mühiti yoxdur, məhkəmələrdə insanlar öz hüquqlarını bərpa edə bilmirlər. Vəzifələrə təyinatlar bu elementlərlə getdiyinə görə, Azərbaycanda qanunlar sistemi yox, münasibətlər sistemi işləyir. Ona görə də hesab edirəm ki, adıçəkilən məmurların yerinə digərləri olsaydı, eyni vəziyyət yaranardı. Bu səbəbdən də sistemli yanaşma mövcud olmalı, korrupsiya ilə mübarizə aparmaq üçün köklü dəyişikliklər həyata keçirilməlidir. Bu, ilk növbədə parlamentin formalaşmasından keçməlidir və hakimiyyətlər bölgüsü təmin edilməlidir. Əks halda heç bir nəticə hasil olmayacaq”.

KONKRET.az

Əlaqəli xəbərlər