Anar Kərimov: “Yoxlamalar bundan sonra da aparılacaq, məqsədimiz...”

anar kerimov

Yoxlamalar aparılır və bundan sonra da aparılacaq”.

araz.az  apa.az-a istinadən  xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bildirib.

A. Kərimov deyib ki, ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifə mədəniyyət sahəsindəki nöqsanları aşkar etmək və aradan qaldırmaqdır: “İslahatlarda əsas istiqamət də mədəniyyət sahəsinə yeni bir idarəetmə sistemi formalaşdırmaq, şəffaflığı, cavabdehlik məsuliyyətini təmin etməkdir. Pandemiya dövrü olduğuna görə tədbirləri istədiyimiz kimi tez həyata keçirə bilmirik. Buna baxmayaraq, əzmkar, qətiyyətliyik. Məqsədimiz nöqsanları aradan qaldırmaqdır ”.

Mədəniyyət naziri regionlarda, kəndlərdə mədəniyyət evlərinin fəaliyyətinin aktivləşdiriləcəyini söyləyib: “Məqsədimiz mədəniyyətimizi regionlara daşımaqdır. Biz mədəniyyətimizi nə qədər təbliğ etsək, əcdadlarımızdan qalan mirasa sahib çıxsaq, mədəniyyətimiz o qədər güclü olacaq. Bunun üçün də ən gözəl vasitə mədəniyyət müəssisələrimiz, teatrlarımız, muzeylərimiz, klublarımız, mədəniyyət mərkəzlərimizdir. Bu sahədə nöqsanların aradan qaldırılması üçün araşdırmalara başlamışıq. Təbii ki, bəzi binalar yarasızdır, təmir olunmalıdır. Söhbət təkcə təmirdən də getmir, həmin mədəniyyət müəssisələrimizə məzmun da gəlməlidir. Biz də buna çalışırıq”

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər