Milli Onkologiya Mərkəzində rüşvət xərçəng kimi yayılıb - Fakt/Video

1631076511 1523860895 1 1

Azərbaycanda qanuna əsasən onkoloji xəstələrin müalicəsi pulsuzdur.

Amma ölkədə bu qərarın icra edildiyinə “bişmiş toyuğun gülməyi” gələr. Ölkədə qarın ağrısının müayinəsini belə pulsuz etmək olmursa, bu cür ağır xəstələrin külli miqdarda vəsait tələn edən müalicəsini kim edəcək?
araz.az  SİAM.Az-a istinadən  xəbər verir ki, hər gün Milli Onkologiya Mərkəzinə 1200 vətəndaş müraciət edir. Bu, rəsmi açıqlanan rəqəmdir. Bəlkə daha çoxdur.
Onlardan biri elə Solmaz İsmayılovadır, süd vəzisi xərçəngindən əziyyət çəkir. Digər onkoloji xəstələr kimi o da pulsuz müalicə ala bilmir.

     S.İsmayılova deyir ki, hər üç aydan bir 1000 manatdan çox xərc çəkməlidir. Amma imkansızlıqdan analizlərini verə bilmir. Vətəndaş tənha buraxılıb. MOM rəhbərliyi - akademik Cəmil Əliyevlə müavini olan deputat Kəmaləddin Qafarov isə əmin edirlər ki, yalandır, pulsuz müalicə var. Di gəl ki, kim buna inanır? - faktiki, MOM onkoloji xəstələrin “dərisinə saman təpir”. Dəfələrlə video materiallar, şikayətlər təqdim olunub. Bu gün də S.İsmayılovanın timsalında məlum olur ki, onkoloji xəstələrin dövlətin qanunundan istifadə edə bilmirlər. Ona görə ki MOM rəhbərliyi qanunu deyil, özünü şah hesab edir. Heç kim də bu şəxslərə bata bilmir. K.Qafarov inandırmağa çalışır ki, Mərkəzdə onkoloji xəstələrə yüksək səviyyəli xidmət göstərilir. Amma cəmi bir saatlıq MOM-un dəhlizini gəzmək və müşahidələr aparmaq kifayətdir ki, buranın bazara çevrildiyini görəsən. İnsanların zülmü ərşə qalxır, dəhşətli bir zillət hökm sürür, canı ilə əlləşən bu ümidsiz xəstələrin dərisi soyulur, heç kəs dövlətin verdiyi qanundan yararlana bilmir. Səhiyyə Nazirliyinin baş onkoloqu isə xalqı yalançı çıxarıb bəyan edir ki, onkoloji xəstələrdən, yaxud yaxınlarından pul alınmır. 1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda, ilk müraciət etdikləri zaman müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar. 2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir. 3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər. 4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır. Bundan başqa: • xəstənin qeydiyyata alınmasına görə pul tələb edilir; • bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat) ödənişli əsaslarla həyata keçirilir; • zərurət olmadığı halda əlavə analizlər, biopsiyalar və sair prosedurlar edilir; • zərurət olmadığı halda əməliyyat təyin olunur, külli miqdarda pul tələb olunur; • kritik mərhələdə (ölüm ayağında) olan xəstədən müalicə adı ilə pul alınır; • pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat pul alınır; • və s. şərhlərdə təsvir olunan qanunsuzluqlar. Vəssalam, cənab K.Qafarov, əslində, heç nə yoxdur, adam dəli olsa, nə xoşbəxt yaşamalı ölkədir...

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər