"RAYON RƏHBƏRLƏRİNİN BU HƏRƏKƏTİ DƏHŞƏTDİR" - İcra başçısından DTX-nin həbslərinə maraqlı reaksiya + VİDEO

mehdi selimzadejpg 1632489165

Göyçayın icra başçısı Mehdi Səlimzadə həbs olunan icra başçıları barədə maraqlı açıqlamalar verib.

araz.az xəbər verir ki, o, bu barədə Kanal13-ə danışıb.

İcra başçısı bildirib ki, DTX-nin icra başçıları barədə yoxlama aparması məqsəduyğundur: "Nöqsan varsa, yoxlanılmalıdır. Əgər icra başçısı yardımları bölürsə, kartları cibində saxlayırsa, yoxlanmalıdır".

Başçı daha sonra həbs olunan keçmiş həmkarlarından söz açıb: "İcra başçısı deyirsə ki, 200-ü belə elə, 500-ü elə. Bu, dəhşətdir, biabırçılıqdır".

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər