Xalça Muzeyində “Xalça sənəti -- mənaların təkamülü” sərgisinin açılış mərasimi keçirilib.

WhatsApp Image 2021 09 25 at 12.22.29Sentyabrın 23-də Azərbaycan Milli Xalça Muzeyində “Xalça sənəti – mənaların təkamülü” adlı sərginin açılış mərasimi keçirilib. Muzeydən araz.az-a daxil olan məlumatda deyilir ki, bu tədbiri giriş sözü ilə açan muzeyin direktoru, sərginin kuratoru Şirin Məlikova layihə haqqında qonaqlara ətraflı məlumat verib. Qeyd edib ki, bu, layihənin ikinci təqdimatıdır:WhatsApp Image 2021 09 25 at 12.23.00

“Sərginin ilk açılışı bu ilin iyulunda Rusiya Federasiyası Tatarıstan Respublikasında baş tutmuş və Kazan Kremli Muzey-Qoruğunda nümayiş etdirilən zəngin ekspozisiya tamaşaçıların böyük rəğbətini qazanmışdı. Bu, Tatarıstan Respublikasının paytaxtında Azərbaycan xalçaçılığına, onun zəngin ənənələri və müasir rəssamların yaradıcılığında yeni təcəssümünə həsr olunmuş ilk genişmiqyaslı sərgi olub".WhatsApp Image 2021 09 25 at 12.23.01
Şirin Məlikova onu da bildirib ki, Azərbaycan Milli Xalça Muzeyi, bu sərgi ilə, paytaxt sakinləri və şəhərimizin qonaqları üçün də XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid ecazkar klassik xalça nümunələrini seyr etmək imkanı yaradır. Onun dediklərinə görə, ekspozisiyada nümayiş olunan eksponatların hər biri ornament, rəng həlli və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən yüksək sənət nümunələridir.WhatsApp Image 2021 09 25 at 12.23.01 1

Tamaçaçılar həmçinin tanınmış rəssam və heykəltəraş Çingiz Babayevin əsərləri vasitəsi ilə qədim xalça sənətinin müasir interpretasiyasını, keçmiş və çağdaş zaman arasındakı “dialoqu” izləyə biləcəklər.WhatsApp Image 2021 09 25 at 12.23.02
Daha sonra muzeyin eksperti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalqımızın ən qiymətli maddi və mənəvi irsi olan xalça sənətinin daşıdığı yüksək bədii məzmun haqqında çıxış edib.
“Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin Baş direktoru Rafael Gülməmmədli isə, layihənin vacib əhəmiyyətə malik olduğunu vurğulayıb.WhatsApp Image 2021 09 25 at 12.23.03

Çingiz Babayevin xalçalarında əksini tapan və sirli mənalarla kodlaşdırılan ornamentlərin rəssamın dərin təxəyyülündən qaynaqlandığını ifadə edib.
Çingiz Babayev isə, öz çıxışında Azərbaycan xalça sənətinin müasir yaradıcı insanlar üçün əvəzsiz mənbə olduğunu vurğulayıb və yaradıcılığı haqqında söylənən dəyərli fikirlərə görə təşəkkürünü bildirib.WhatsApp Image 2021 09 25 at 12.23.04


Sonda qonaqlar sərgi ilə tanış olublar.
Onu da qeyd edək ki, sərgi ziyarətçilər üçün 17 oktyabr tarixinədək açıq olacaq.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər