Haylar kimdir: ana-oğul, qardaş-bacı nikahı... - Tarixçidən ilginc faktlar

haylar

Hayasa bölgəsi Anadolunun şimal-şərqində Muradçayın yuxarı hövzəsinə yaxın ərazini əhatə edən kiçik yer olub.

Buranın yerli əhalisi haylar deyil. Haylar bu əraziyə gələnə qədər burada Kür-Araz mədəniyyətinin sakinləri yaşayıb. Bunu arxeoloji dəlillər də təsdiq edir. Həm tarixi dövr baxımından, həm də Kür-Araz mədəniyyətinin artefaktlarının tədqiqi baxımından bu mədəniyyətin əsasən Azərbaycanın elat həyat tərzi keçirən qədim türk boylarına aid olduğunu demək olar. Bu mədəniyyətin gəlmə olan qaraçı haylara heç bir aidiyyatı yoxdur.

araz.az  Teleqraf.com-a istinadən bildirir ki,bunu AMEA-ın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib.

O qeyd edib ki, hind-avropalıların qaraçı qrupuna dravidlər və haylar daxildir: “Dravidlər sonradan Hindistanın cənubundan şimal-qərbinə doğru köç ediblər. Onların çox hissəsi sonradan hindlilərin içərisində əriyib yox olmuş, qalan hissəsi isə Şri-Lankada qalaraq tamil xalqının formalaşmasında iştirak edib. Qaraçı haylar isə e.ə. II minilliyin ortalarında Hindistanın şimalından Orta Asiya, Xəzərin şimalı, Qara dəniz yolu ilə Balkanlara köç edərək gəlib Anadolunun şimal-şərqində dağ kahalarında məskunlaşdılar. Bu yerin adı da onların gəlişindən sonra Hayasa adlanıb”.

Tarixçi vurğulayıb ki, qaraçı hayların arasında ana-oğul, qardaş-bacı nikahı vardı: “Onlar qeyd etdiyimiz əraziyə gəldikdən sonra tez-tez Het dövlətinin şimal-qərb sərhədlərinə soxulub, əllərinə keçən hər şeyi yağmalayıb aparırdılar. Buna görə də Het hökmdarı I Suppilulum hayların quldur başçısı ilə danışıq aparmaq qərarına gəlir. Onun e.ə. XIV əsrin ortalarına aid kitabəsində bu barədə məlumat verilir. Suppilulumun öz dilindən kitabədə deyilir: "Mən öz qızımı sənin oğluna verirəm, amma o, öz anası və bacısı ilə evlənməsin". Het kitabələrində lüt-üryan olan və qəbilə halında yaşayan hayların qayalıq ərazilərdə kahalarda yaşaması haqqında məlumat da verilib. Fərat çayının şimalında hayların gizləndikləri kahalar bu günədək gəlib çatıb”.

Elmi işçiyə görə, hayların sonradan Ön Asiyanın qədim xalqları olan aramilərlə, aşşurlarla, bu regiona sonradan Şimali Hindistandan köçüb gəlmiş farslarla qaynayıb qarışması nəticəsində arameylərin adı ilə bağlı olaraq "erməni" etnonimi ortaya çıxıb: ”E.ə. 522-ci ildə Əhəməni şahı I Daranın Bisütun kitabəsində Armina yer adı məhz aramilərin ölkəsi mənasında işlənib. Haylar Əhəməni dövlətinin süqutundan sonra yunanların Şərqə doğru irəliləməsi nəticəsində gəlib Cənub-Şərqi Anadoluya, Diyarbəkirdən şərqə köçmüş və burada, yəni Armina adlı yerdə məskunlaşıblar. Bu ərazinin adı ilk dəfə daha qədim mənbələrdə - e.ə. 2450-ci ilə aid Ebla sənədlərində Suriyanın şimalında yaşayan aramilərin adı ilə bağlı olaraq Arme kimi çəkilib. E.ə. VIII əsrin ortalarında Urartu hökmdarı II Sardurinin kitabəsində Şimali Suriyaya hücumu zamanı yenə burada aramilərin ölkəsi olan Armenin adı çəkilib. Beləliklə, mənbələr sübut edir ki, Arme, Armina və Armeniya adlarının haylara heç bir aidiyyatı yoxdur. Hayların Qafqazın yerli xalqı olduğunu heç bir mənbə sübut etmir. Əksinə, onların Qafqaza gəlmə olduğunu sübut edən yüzlərlə etibarlı mənbə və dəlillər mövcuddur”.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər