Şuşa rayonuna daha bir erməni Maral gəldi və kasıblara inək payladı... - FOTOLAR

1634121529 1634121522 1634115731 erm maral susa inekABŞ-ın Los-Anceles şəhərindəki İraq erməniləri ittifaqının vitse-prezidenti Maral Anjarqolyan Laçın dəhlizindəki Rusiya hərbi kontingentinin yaratdığı şərait sayəsində Azərbaycan dövlət sərhədini pozaraq Qarabağın ermənilərin məskunlaşdığı ərazisinə gəlib.
araz.az, moderator.az-a istinadən xəbər verir ki, Xankəndindəki erməni saytalrının yaydığı məlumata görə, erməni Maral Şuşanın Turşsu qəsəbəsində və Xocavənd rayonunun Tağavard kəndində olub.
Erməni qadın “xeyriyyəçi” Turşu qəsəbəsində iki və Tağavard kəndində iki aztəminatlı erməni ailəsinin hər birinə bir inək bağışlayıb.
Xəbərdə bildirilir ki, M. Anjarqolyan 1988-ci ildən bəri Ermənistan və Qarabağdakı yoxsul erməni ailələrinə yardım göstərir.
Xatırladaq ki,  erməni əsilli Livan vətəndaşı Maral Nacaryan da qanunsuz olaraq Qarabağa gəlmişdi. O, son 44 günlük savaşda Azərbaycanın Şuşa və Laçın ərazilərində snayper kimi döyüşlərə qatılmışdı. Bu erməni terrorçu müharibənin son günlərində Azərbaycanın müvafiq qurumları tərəfindən ələ keçirilmişdi. Lakin sonda  Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienkonun vasitəçiliyi ilə  Azərbaycan dövləti humanistlik göstərərək bu erməni Maralı  əsirlikdən azad edib  vətəni Livana göndərib...
Sultan Laçın

Əlaqəli xəbərlər