Paşinyan Söyüdlü qızılına yiyələnmək istəyir - QALMAQALLI MƏDƏN MACƏRASI

3784763738445- Burada nə olacaq bilmirik. Heç nə demirlər. Gah söyləyirlər bağlanacaq, gah deyirlər heç nə olmayacaq və işlər davam edəcək, gah da ümumiyyətlə, susurlar. Azərbaycanlılar isə kombinatı faktiki tam nəzarətə alıblar. Kombinat guya işləyir. İşləməsə, bundan yaxşıdır.

araz.az  Milli.Az-a istinadən bildirir ki, 57 yaşlı Aram Vardanyan qəzəbindən əlini yanındakı maşının qapısına vurur. Maşın onundur - köhnə VAZ-2106.

Aram Vardanyan kombinatın işsiz qalmış yüzlərlə erməni işçisindən biridir.

Ermənistanın ən böyük sənaye müəssisələrindən biri olan, ermənilərin "Sünik vilayəti" dedikləri Qərbi Zəngəzurda yerləşən Zəngəzur mis-molibden kombinatı (ZMMK) indi iflic vəziyyətdədir.

Daha konkret olsaq, Ermənistanın dağ-mədən sənayesinin "onurğa sütunu" olan ZMMK ilə bahəm, Qafan dağ-mədən kombinatı (QDMK) da faktiki işləmir.

ZMKK almaniyanın "CRONIMET Holding GmbH" şirkətinin törəmə subyektidir və Azərbaycan ərazilərini zəhərləyən məkanlardan biridir.

Kombinatın zəhərli tullantıları Araz çayının sol qolu olan Oxçuçaya axıdılır. Böyük hissəsi Qərbi Zəngəzurda olan Oxçuçayın aşağı hissəsi erməni işğalından azad edilmiş Zəngilan ərazisi ilə axır və sonda Araza qovuşur.

Ermənilər də ZMMK və QDMK-dan çox zəhərli tullantıları Oxçuçaya axıdırlar. Beləcə, sadəcə Oxçuçay yox, Araz çayı da zəhərlənir.

Bəlli ki, ağır metal birləşmələrinin duzları çay sahillərinə, oradan da ətrafa yayılır.

Zəngəzur və Qafandakı kombinatlarla bağlı problemlər tək ekoloji məsələlərlə bitmir.

ZMMK-nın, yəni Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin 60 faizini rusiyalı iş adamı Roman Trotsenko satın alıb.

O, əksər hissəsi Kəobəcər ərazisində olan Söyüdlü (Zod) qızıl yatağının da Ermənistan ərazisində qalmış hissəsinin yeni sahibidir.

"Müharibə başa çatandan sonra uzun müddət fəaliyyətsiz qalan yataqda işlər davam edir. Logistik sxemi və avtomobil nəqliyyatının hərəkət sxemini dəyişməli olduq. İndi hər şey normaldır", - Roman Trotsenko bildirib.

R.Trotsenkonun "GeoProMining" şirkəti eyni zamanda Sotk (Sotk, Ermənistanın Gegarkunik vilayətindəki qızıl mədənləri ilə məşhur olan bir kənddir) qızıl mədəninin əsas səhmdarıdır. O, həm də Aqarak (Aqarak, Ermənistanın cənubundakı Syunik vilayətinin Meğri Bələdiyyəsindəki bir kənddir - kənd, Araz çayının sol sahilində, Meğridən 9 km cənub-qərbdə, Ermənistan-İran sərhədindədir) mis-molibden kombinatı və Meğradzor (Ermənistanın Kotayk vilayətində, Hrazdanın 15 kilometr şimal-qərbində bir kənddir) mədənlərinin də sahibdir.

Trotsenko bütün bunlarla yanaşı, Ermənistanın Lori vilayətində, Vanadzor şəhərindən 70 kilometr şimal-şərqdə yerləşən Teğut mədəninin səhmlərini də satın almaq fikrindədir.

Roman Trotsenkonun Ermənistanda bu aktivlər əldə etməsi bilavasitə baş nazir Nikol Paşinyanla danışıqlardan sonra mümkün olub. Onunla Paşinyan arasındakı vasitəçi isə baş nazirin müavini Mher Qriqoryan olmuşdu.

Məhz Qriqoryanın vasitəçiliyi ilə Trotsenko ZMMK-nın səhmlərinin 60 faizini satın alıb.

Satınalma başa çatandan sonra Trotsenko baş nazir N.Paşinyandan kombinatın sabiq baş direktoru və ən böyük səhmdarlarından bir Mher Palaskova qarşı qaldırılmış cinayət işinin dayandırılmasını istəmişdi.

R. Trotsenkonun Ermənistanın dağ-mədən sektorunda dominant mövqe qazanması səbəbindən, ermənistan ictimaiyyətində inhisarçılıq yaratmaq, torpağını xarici bir oliqarxın əlində cəmləşdirməyin təhlükəli olması kimin iddialar səsləndirilib. Erməni mütəxəssiləri isə dövlətin nüfuzuna xələl gətirməmək səbəbindən, mədən yenidən satın alınmalı və ictimai, dövlət mülkiyyətinə verilməsini bildiririblər. Daha sonra mütəxəssilərin açıqlamalarına görə, ZMMK-nın səhmlərinin 15%-nin Ermənistan hökumətinə, xüsusən də N.Paşinyana təhvil verildiyi səbəbindən erməni ictimaiyyət arasında inamsızlıq əhvalı yaranıb.

Digər erməni ekspertlər isə mədənlərin bir nəfərin əlində cəmlənməsini çox təhlükəli oluğunu, Ermənistanın strateji əhəmiyyət kəsb edən obyektlərinin bir adamın əlində toplandığını, Ermənistanın R.Trotsenkodan asılı vəziyyətinə düşəcəyini, bu yolla da ER-ın dövlət müstəqilliyinin təhlükə altında qalacağını hesab ediblər.

Belə ki, erməni ekspertlər ZMMK-nın rəhbərliyinin istənilən zaman mədənlərin 6 ay işləməyəcəyi ilə bağlı qərar qəbul etməsi, nticəsində xeyli sayda insanın ac qalması, nə qədər xarici valyuta axının dayanacağını, vergi toplama sahəsində yalnız bir adamın qərarından asılı olacağını və Ermənistanın sadəcə dağılmaq vəziyyətinə düşəcəyini vurğulayırlar.

ZMMK-nın, Zəngəzur mis-molibden kombinatının real sahiblərindən biri Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın kürəkəni, ölkənin Vatikandakı sabiq səfiri Mikael Minasyandır.

Ermənistanın baş naziri Nikol Paşinyan da qalmaqallı iş adamı Roman Trotsenkonun bu kombinata gətirməklə M.Minasyanın, daha doğrusu, Serj Sarqsyanın gəlir mənbələrindən birini nəzarətə almağa çalışıb.

... Zəngəzur mis-molibden kombinatı ilə bağlı müəmmalı situasiya davam edir. Buradal kimin faktiki, kimin kağız üzərində sahib olduğunu çalışan ermənilər hələ çox cəhd göstərməli olacaqlar.

Əsas hissəsi Kəlbəcərdə yerləşən Söyüdlü qızıl yatağına isə Nikol Paşinyanın tamahı səngiməyib.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər