Sərdar Cəlaloğlu: “Ev işlərini görmək qadının borcudur”

SERDARCELALOGLU88"Ev işlərinə görə, kişinin xanımına müəyyən miqdarda məvacib ödəməsi tamamilə yanlış yanaşmadır. Ümumiyyətlə ailə daxilində tənzimlənən bu cür məsələləri ümumiləşdirmək olmaz. Ev işlərini görmək qadının borcudur. Kişi isə, əlbəttə ki, ona hansısa işlərdə və ya uşaq tərbiyəsində köməklik göstərə bilər".

araz.az  Pravda.az-a istinadən bildirir ki, bunu açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O bildirib ki, belə məsələlərə mütləq individual yanaşmaq lazımdır: "Ola bilər ki, hansısa ailədə kişi və ya qadın müəyyən qədər əmək qabiliyyətini itirib, ağır xəstədir və s. Belə olan halda, kişi də, əlbəttə ki, qadına kömək edə bilər. Lakin hesab edirəm ki, kişi evinə çörək pulu gətirməli, qadın isə o gəliri düzgün bölüşdürməyi bilməlidir".

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər