Əli İnsanovun partiyası dövlət qeydiyyatına alınıb

1634825199 107824479 0x2a0198Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.

araz.az
-ın məlumatına görə, bununla Əli İnsanov “Facebook” səhifəsində paylaşım edib.

Ə. İnsanov bildirib ki, 2021-ci il 21 oktyabr tarixində Ədliyyə Nazirliyində Haqq Ədalət Partiyasının Dövlət qeydiyyatına alınmasını təsdiq edən 1121-P1-0063 qeydiyyat nömrəli şəhadətnamə HƏP Mərkəzi İcra Aparatı rəhbəri Elşən Bayramlıya təqdim edilib.

Dövlət qeydiyyatına alınan digər siyasi qurum Azərbaycan Yüksəliş Partiyasıdır.

Bu barədə partiyanın sədri Anar Əsədli “Facebook” səhifəsində məlumat verib.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər