Deputat Əziz Ələkbərli Saatlı rayonunda, şəhid Ariz Məhərrəmovun anım mərasimində iştirak edib

WhatsApp Image 2021 10 23 at 01.13.29Oktyabrın 20-də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun giziri Ariz Fərzulla oğlu Məhərrəmovun il mərasimi keçirilib. Rayondan araz.az-a verilən məlumata görə, bu mərasimdə millət vəkili Əziz Ələkbərli, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.WhatsApp Image 2021 10 23 at 01.13.29 1

Ariz Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ariz Məhərrəmov oktyabrın 20-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Saatlı rayonunun Qara Nuru kəndində dəfn olunub.WhatsApp Image 2021 10 23 at 01.13.29 2

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ariz Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.WhatsApp Image 2021 10 23 at 01.13.29 3

İl mərasimindən sonra şəhid Ariz Məhərrəmovun Qara Nuru kənd qəbiristanlığındakı məzarı ziyarət edilib və məzarı üstünə gül dəstələri qoyulub, əziz xatirəsi hörmətlə yad edilib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.WhatsApp Image 2021 10 23 at 01.13.30

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər