Saakaşvilinin tərəfdarları yenə mitinq keçirir — FOTO

bandicam 2021 10 24 23 22 54 897

Gürcüstanda sabiq prezident Mixeil Saakaşvilinin saxlandığı Rustavi həbsxanasının yaxınlığında onun tərəfdarlarının mitinqi keçirilir.

araz.az  bizim.media-ya istinadən xəbər verir ki , bu haqda informasiyanı “Sputnik Georgia” nəşri yayıb.

Mənbə yazır ki, onlar eks-prezidentin mülki klinikaya köçürülməsini tələb edirlər.

Bundan əvvəl siyasətçi aclıq aksiyasına başlayıb və həbsxana xəstəxanasına yerləşdirilməkdən imtina edib.

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Gürcüstanda ona qarşı bir neçə cinayət işi başlanıb. Onlardan ikisi üzrə artıq qiyabi hökmlər çıxarılıb.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər