Yanan helikopter, yaman helikopter! - “Terror və kənar müdaxilə ehtimalı...”

c2tymMDIBUkfSYyasdmG
 
Məlum olduğu kimi, noyabrın 30-u Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mİ-17 markalı helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdə olan hərbi qulluqçulardan 2-si yaralanıb,14-ü isə həlak olub. Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib. 
Müdafiə Nazirliyindən cəlb olunmuş mütəxəssis tərəfindən “qara qutu”nun götürülməsi təmin edilib və  onun tədqiqi aparılır. Hazırda hadisənin baş vermə səbəbi dəqiq bəlli olmadığından ictimaiyyət arasında müxtəlif fikirlər, suallar səsləndirilir. Kimisi məlum qəzanın təxribat olduğunu iddia edir, kimisi  də onu ehtiyatsızlıq və ya  hava şəraiti ilə əlaqələndirir. 

Qəzanın başvermə səbəblərinə dair versiyalar barədə “Sherg.az”a danışan hərbi ekspert  Ədalət Verdiyev bildirib ki, iddialar siyahısında terror və kənar  müdaxilə ehtimalı tamamilə istisnadır:
“Üstünlük verdiyim prioritet versiyaları arasında texniki nasazlıq və pilot ehtiyatsızlığı ön sırada yer alır. Məncə,bunların üzərində daha çox dayanmaq olar.Təbii ki,digər səbəblər də araşdırılacaq”.
 
Hərbi ekspert hər bir halda hüquq- mühafizə orqanlarının bütün mövcud versiyaları nəzərdən keçirəcəyini diqqətə çatdırıb.
 araz.az xəbər portalı.

Əlaqəli xəbərlər