Azərbaycandan 18 milyon dollarlıq nar ixrac edilib - TONU 2331 MANATDAN

nar

2021-ci ilin 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycandan 18 milyon 63 min dollarlıq nar ixrac edilib.

araz.az  Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ixrac edilən narın miqdarı 13 min 172 ton olub. Narın 1 tonunun ixrac dəyəri 1371 dollar (2331 manat və ya kiloqramı 2,3 manat ) təşkil edib. 

Dövlət Gömrük Komitəsin 2020-ci ilin ilk 10 ayı ərzində nar ixracı barədə rəqəmləri açıqlamamışdı.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər