"Abşeron -- A1" MTK tikdiyi binalarda işlərin keyfiyyətinə və müştərilərinə göstərdiyi yüksək xidmətə görə, ölkənin seçilən tikinti şirkətlərindən biri kimi tanınır -- ARAŞDIRMA

WhatsApp Image 2022 05 13 at 13.37.05

Araşdırma nəticələri, həqiqət və reallıqlar da təsdiq edir ki, bu MTK barəsində yazılan böhtan və yalanlar qəbuledilməzdir 

Xeyli vaxtdır ki, ölkə başçısının ciddi tapşırığı əsasında, yaşayış məntəqələrinin arxitektura görünüşünə xələl gətirən köhnə və qəzalı tikililərin sökülməsi, yerində yaraşıqlı çoxmərtəbəli binaların tikilməsi ilə bağlı pilot və digər layihələr həyata keçirilir. Prezidentin məqsədi də budur ki, vətəndaşlar daha yaxşı şəraitdə yaşasınlar, üstəlik şəhər və qəsəbələrimiz daha da gözəlləşsin. Prezidentin belə məsələlərə xüsusi həssaslıqla yanaşmasını hamı bilir. Elə, bu səbəbdəndir ki, həmin layihələr getdikcə daha geniş vüsət alır və tikililən yaraşıqlı binalardakı mənzillərinə köçən vətəndaşlar çox sevinirlər. Di gəl ki, son vaxtların ən gözəl təşəbbüslərindən biri olan həmin layihələrlə, vətəndaşların həyat şəraitlərinin yaxşılaşması üçün, qəzalı və yaraşıqsız binalarının yerində gözəl binalar tikən tikinti şirkətləri haqqında mətbuatda ürəkaçan yazılar oxumaq müşkül məsələyə çevrilib. Bu səbəbdən, araz.az-ın əməkdaşları da, bu vacib məsələ üzərində ciddi şəkildə işləməyə, həmin layihələr barədə araşdırmalar aparmaqla, konkret faktları cəmiyyətə təqdim etməyə daha çox önəm verirlər. İndinin özündə belə, bütün tikilən layihələrlə bağlı araşdırma apararkən, əməkdaşlarımıza tam əminliklə o da məlum olur ki, ölkə mətbuatında, işlərini yüksək səviyyədə quran tikinti şirkətlərinin yaxşı işlərinə kölgə salan böhtan xarakterli yazılar da dərc olunur. Halbuki belə biabırçı hallarla qarşılaşan həmin tikinti şirkətləri, indiyədək, fəaliyyətlərini layihə nəzərdə tutulduğu formatda apararaq, ucaltdıqları yüzlərlə gözəl, yaraşıqlı tikililərdə on minlərlə vətəndaşı daha rahat mənzil sahibi etməklə bərabər, üstəlik on minlərlə iş yeri də açıblar.
Barəsində böhtan və yalanlar yazılan, bir sözlə, belə xoşagəlməz hallarla qarşılaşan həmin tikinti şirkətlərindən biri də, fəaliyyətini Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında quran "Abşeron -- A1" MTK-dır. Bunu kimlər etdirir, niyə və hansı əsaslarla?! Əməkdaşlarımız əsasən bu sualın cavabını tapmaq üçün, öz araşdırmalarını aparıb və sonda belə qənaətə gəliblər ki, "Abşeron -- A1" MTK sakinlərə göstərdiyi yüksək xidmətə görə, ölkənin seçilən tikinti şirkətlərindən birinə çevrilib. Şirkətin tikdiyi yaşayış kompleksindən ev alan yüzlərlə vətəndaş arasında narazı kimsə də yoxdur. Çünki 500 nəfərdən çox müştərisinə "Abşeron -- A1" MTK tərəfindən, ardıcıl olaraq, mənzillərin özəlləşdirilməsi üçün vacib olan, həm də tikintinin yüksək keyfiyyətlə həyata keçirilməsini təsdiq edən çıxarışlar da verilib. Yeri gəlmişkən qeyd edirik ki, araşdırmalar nəticəsində o da məlum olur ki, paytaxtda və digər ətraf yaşayış məntəqələrində ayrı-ayrı tikinti şirkətləri tərəfindən tikilən çoxmərtəbəli binalarda özlərinə mənzil alan müştərilərə belə çıxarışların verilməsi müşkül məsələyə çevrilib. Bu da bir daha onu sübut edir ki, bu MTK-nın rəhbər şəxsləri barəsində bəzi mətbu vasitələrdə dərc olunan yazılarda, onlara qarşı irəli sürülən iddia və ittihamların heç bir hüquqi əsası yoxdur, bunlar tikinti şirkətinin fəaliyyətinə ləkə vurmaq üçün əvvəlcədən düşünülmüş arzuolunmaz və qəbuledilməz aşkar yalan və böhtanlardır.
Doğrusu, araz.az-ın dərc etdiyi bu yazı da, oxşar mövzu silsiləsindəndir və xüsusi olaraq yuxarıda vurğulananlara rəğmən qələmə alınıb. Di gəl ki, əməkdaşlarımızın, digər media qurumlarından olan bir qrup həmkarları ilə birgə, bu məsələyə aydınlıq gətirmək üçün apardıqları jurnalist araşdırmalarından sonra, həmin yazılarda qeyd olunanlara heç cür haqq qazandırmaq olmur. Çünki bu yazılar təəssüf doğuran aşkar böhtan və yalanlar üzərində qurulub. Necə deyərlər, ağına-bozuna baxmadan yazı verənlər unudurlar ki, ölkədə müştərilərinin etibar və inamlarını qazanan tikinti şirkətləri də var və onların barəsində mətbuata yalan materiallar ötürmək vicdan çərçivəsinə sığmır. Ünvanına yalan hədyanlar yazıları bu tikinti şirkəti də, yarandığı vaxtdan indiyədək, sağlam təməlli və müasir görünüşlü bina inşası ilə daim alıcıların diqqət mərkəzində olan "Abşeron -- A1" Mənzil -- Tikinti Kooperativi kimi tanınır. Araşdırmalarımızdan o da məlum olur ki, həmişə öz hərəkətverici qüvvəsiylə, layihə üzrə öhdəsinə götürdüyü və məsuliyyət daşıdığı bütün işlərini müvəffəqiyyətlə yerinə yetirərək, vaxtında və yüksək keyfiyyətlə təhvil verib. Üstəlik, hər bir işində bu şirkət, sahib olduğu potensialını daha da artıraraq, öz müştərilərinin hörmətini və etibarını qazanıb. Həyata keçirdiyi bircə layihəyə diqqət etmək kifayətdir ki, onun gücü və peşəkarlığı haqqında insanda təəssürat yaransın. Konkret desək, "Abşeron -- A1" MTK peşəkar fəaliyyətini dəfələrlə sübut etməklə, sakinlərin etibar və hörmətini təsadüfən qazanmadığını əyani şəkildə göstərib. Alıcıların rahatlığını təmin edəcək yaşayış evləri ilə, bazarda keyfiyyət və rahatlığın ünvanına çevrilib. Elə, insanların komfortunu və rahatlığını düşünməklə də, inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.
Araşdırmalarımızın son nəticəsinə görə, sərfəli qiymət və şərtlərlə alıcılarına yaşayış kompleksində ucaltdığı yeni tikililərdə mənzillər təklif edən şirkətlərdən biri də, həmişə, elə, "Abşeron -- A1" olub. Fəaliyyət göstərdiyi illər ərzində öz etibarlılığı ilə seçilən bu MTK-nın inşa etdiyi yaşayış evlərindən mənzil almaq üçün, çox sərfəli qiymətlərlə alış şərtləri irəli sürülüb. Bu evlərin daha bir üstünlüyü ondan ibarətdir ki, 24 saat mühafizə olunur və yerləşdikləri kompleksin ərazisində yüksək zövqlə abadlaşdırma işləri aparılır, üstəlik, rahat müasir səviyyəli qarajla bərabər, sakinlərin rahatlığı üçün hər şey nəzərə alınır. Mənzillərin sahəsində hər hansı problemdən söhbət gedə bilməz. Keyfiyyətli tikinti materialları vasitəsi ilə, yüksək zövqlə inşa edilən bu yaşayış binaları daimi işıq, qaz və su ilə təchiz edilir. Binalarda modern yük və sərnişin liftləri, habelə, öncədən də qeyd etdiyimiz kimi, yeraltı avtodayanacaqlar nəzərdə tutulur.
Araşdırmalardan sonra gəldiyimiz son qənaət də belədir ki, bütün böhtan və yalanlar, yaradıldığı gündən şəffaflığı və sakinlərə göstərdiyi yüksək xidmətə görə, tanınan tikinti şirkətlərdən birinə çevrilən, hətta 44 günlük Vətən Müharibəsində aktivliyi ilə də seçilən "Abşeron -- A1"-in işinə kölgə salmaqdan başqa bir şey deyil. Elə, araşdırmalar nəticəsində, bu yöndən üzə çıxarılan bəzi mühüm detallar da bunun inkarolunmaz təsdiqidir. Bir daha qeyd etməyi lazım bilirik ki, araşdırmalar zamanı, şirkətin Xırdalan şəhərində tikdirdiyi yaşayış kompleksindən ev almış 500 nəfər sakin arasında, rəhbərliklə hansısa problemi olan bir kimsəni tapmadıq. Bu bir həqiqətdir ki, bu MTK ilə hüquqi müstəvidə müqavilə bağlayan sakinlərin hamısı hər ay ödənişləri rəsmi qaydada həyata keçiriblər və hər hansı qanun pozuntusu da baş verməyib. Doğrudan da, həyata keçirilən ən cüzi miqdarlı prosedurlar belə, Maliyyə şöbəsi və Xəzinədarlıq tərəfindən qeydə alınıb. Elə, bunun nəticəsidir ki, hər kəs aldığı evində rahat və problemsiz yaşaya bilir. Sakinlərə göstərilən nümunəvi xidmət artıq hər kəsə bəllidir. Sonda, bir daha qeyd etmək istəyirik ki, elə, sakinlərə göstərdiyi yüksək xidmətə görə də, "Abşeron -- A1" ölkənin seçilən tikinti şirkətlərindən biri kimi tanınıb.

Məhi ELSEVƏR,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

Əlaqəli xəbərlər