“Britaniyanın Ermənistana etirazına səbəb Rusiya ilə münasibətlərin intensivləşməsidir” - Elşad Mirbəşiroğlu

elsadeliyev“Ermənistanda Azərbaycanla sülh sazişinin imzalanmasına qarşı çıxan qüvvələr hər zaman olub. Təbii ki, hazırki vəziyyətdən yararlanıb hakimiyyətə gəlmə istəyi də mövcuddur. Ermənistan müxalifətinin təbirincə desək, indiki şəraitdə ən real vasitə Paşinyanın Qarabağla bağlı yürütdüyü siyasətdir. Bu siyasəti bəhanə gətirərək, hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir.

araz.az   bildirir ki, bu sözləri  Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, ermənilərin milli maraqları ilə bağlı səslənən fikirlər, sərgilənən mövqe manilpulyasiyadan başqa bir şey deyil: “Onsuz da Azərbaycan Ermənistanın işğalına son qoyacaqdı. Bunu Ermənistanın özü də, dünya erməniçiliyi də çox yaxşı başa düşürdü. İşğaldan azad olunmuş ərazilərimizə diqqət yetirək. Bu ərazilər qarışıq şəkildə minalanıb, darmadağın edilib, daş üstündə daş qalmayıb. Heç bir infrastruktur quruculuğu həyata keçirilməyib. Dünya erməniçiliyi ən azından Ermənistana dəstək ola, məsləhət verə bilərdi ki, işğal altında saxladıqları ərazilərimizdə yaşayış üçün şərait yaratsın. Bu şəraiti isə heç vaxt yaratmayıblar”.

E.Mirbəşiroğlu qeyd edib ki, bu gün Ermənistan müxalifəti guya iqtidarın Azərbaycanla münasibətləri normallaşdırması istiqamətində atmaq istədiyi addımlara etiraz göstərir: “Əslində isə onlar hakimiyyətə gəlmək istəyirlər. Həmçinin kənar dairələr də Paşinyana təsir göstərməyə çalışır. Böyük Britaniya səfirliyinin də indiki şərtlər daxilində hökumətdən narazılığını bildirməsi Ermənistanla Rusiya arasında son dövrlərdə münasibətlərin intensivləşməsi ilə bağlıdır. Bildiyimiz kimi, Paşinyanın  Rusiyaya səfərləri son dövrlər intensiv xarakter alıb. Qərb dairələri də Paşinyanın bu mövqeyindən ciddi narahadır. Burada həm də Ermənistan-Rusiya münasibətləri ilə bağlı Qərb dairələrində yaranmış narahatlıq da öz təsirini göstərir. Nəzərə almaq lazımdır ki, Ermənistandakı müxalifət hakimiyyətə gəlmək üçün istənilən cinahdan dəstək almağa çalışacaq. Bu gün onların marağı məhz siyasi hakimiyyətlə bağlıdır”.

Deputatın sözlərinə görə, müxalifət istəyinə nail olsa da, Paşinyandan fərqli siyasət yürüdə bilməyəcək: “Çünki indiki şərait və şərtlər buna imkan vermir. Bizim üçün ən əsas məqam Azərbaycanın öz ərazilərinə sahib olmasıdır. Azərbaycan ərazisində yaşayan azsaylı ermənilər də gec-tez qanunlarımıza tabe olaraq bizim ərazilərimizdə mövcudluqlarını digər xalqların nümayəndələri kimi sürdürə biləcəklər. Əks təqdirdə onlar separatçı qismində ölkəmizdən rədd ediləcəklər. Bunun başqa yolu yoxdur. Azərbaycanın təhlükəsizliyinə bundan sonra hər hansı təhdid yaranarsa, ona uyğun adekvat addımlar atmaq imkanı mövcuddur. Bunu bütün dünya çox gözəl başa düşür”.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər