TAİB-in təmsilçiləri Türk şəhidlərinin məzarlarını ziyarət ediblər

WhatsApp Image 2022 05 16 at 14.07.33Ötən gün Türk Ağsaqqalları Birliyinin təmsilçiləri Eyvaz Hünbətov, Akif Rufullayev, İlham Qəhrəman, Nicat Hüseyn Dağlar, Elnur Eltürk və Şərafət Şəfa Fatmayı kəndinin qəbristanlığında Türk şəhidlərinin məzarını ziyarət ediblər. Bu barədə Birliyin mətbuat xidmətindən araz.az-a daxil olan məlumata görə, ziyarətdə Azərbaycanda səfərdə olan Türkiyə Jurnalistlər Birliyinin üzvü, türkiyəli jurnalist İzzet Sarı, "İnkişafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri, Öndər.TV-nin təsisçisi Ramil Əliyev, jurnalist Əli Zülfüqaroğlu da iştirak ediblər. Səfər iştirakçiları, öncə, buradakı Azərbaycan və Türkiyə bayraqlarını təzələri ilə əvəz edərək, məzarlarını üstünə tər çiçəklər düzüblər.


Ziyarətçilər 1918-ci ildə erməni terror birləşmələrinə qarşı mübarizədə Azərbaycan əsgərləri ilə yanaşı canlarını qurban vermiş qəhrəman türk əsgərlərini ehtiramla yad edərək, onların ruhlarına dualar oxuyublar.
araz.az xəbər portalı.

Əlaqəli xəbərlər