“Xankəndidə rus alimə abidə qoyulması təxribatdır” - Oqtay Qasımov

oqtay qasimov1 1 1

“Xankəndidə Rusiya Elmlər Akademiyasının akademiki, hidrogen bombasının yaradıcılarından biri, hüquq müdafiəçisi və ermənipərəst Andrey Saxarovun abidə kompleksinin açılmasını təxribat hesab edirəm. Hər kəsdə 10 noyabr bəyanatından sonra Qarabağ bölgəsində yerləşən rus sülhməramlıların fəaliyyətinə dair narahatlıq var idi. İndi biz bunun təsdiqini görürük.

araz.az  Teleqraf.com-a istinadən  bildirir kibunu  politoloq Oqtay Qasımov Xankəndidə Rusiya Elmlər Akademiyasının akademiki, ermənipərəst Andrey Saxarovun abidə kompleksinin açılmasına münasibət bildirərəkən deyib.

“Üstəlik orada rus icmasının yaradılmasından danışılır, halbuki Qarabağda barmaqla sayılacaq qədər rus qadınları var. Orada hansısa formada rus icmasının yaradılmasından, rus dilinin mövqeyinin gücləndirilməsində, Xocalı ərazisində guya hərbi hissələr yaradılmasından və orada Rusiyanın görkəmli şəxslərinin, hərbi nümayəndələrinin heykəllərinin qoyulmasından bəhs edilir. İndi də Xankəndidə akademik Andrey Saxarovun heykəlinin açılışı olur. Bu tipli hadisələr onu göstərir ki, Rusiya tərəfindən belə addımların atılması qəbul edilməzdir”, - o bildirib.

Politoloq xatırladıb ki, Rusiyanın bir çox şovinist dairələrinin, son olaraq Lepexin adlı ekspertin açıq şəkildə təhdid dili ilə danışdığı müşahidə edilib: “Burada rus sülhməramlılarının uzun müddət qalacağını qeyd etmələrini, sanki belə mesaj vermələrini müşahidə edirik. Necə ki Moldovada, Gürcüstanda və digər yerlərdən çıxmaq istəmədikləri kimi, burada da onu təkrarlamağa cəhd edirlər. Sanki olduqları yerin sahibləri bunlardır və məsələləri də bunlar həll edirlər. Açığını deyim ki, bu, Ermənistana da sərf edən variantdır. Çünki Paşinyan və digərləri məsuliyyətdən qaçmaq üçün Rusiya amilini önə sürür. Odur ki, Rusiyanın belə addımları birmənalı təxribat kimi dəyərləndirilməlidir”.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər