Bərdədənin icra başçısı küçə itlərinin kütləvi qırğınını həyata keçirir- Video

BA907011 8F2C 4665 8B69 65BDF9636B4A 660x330araz.az   Azinforum.az-a istinadən  xəbər verir ki, bir neçə gündür ki, sosial şəbəkələrdə Bərdə rayonunda küçə itlərinin kütləvi öldürüldüyünə dair videolar paylaşılır. Artıq bu məsələ heyvan hüquqlarını müdafiə edən fəalların da diqqətini cəlb edib. Onların qənaətincə bütün bu qanunsuzluqların başında Bərdənin icra hakimi Vidadi İsayev durur. Xüsusilə də Bərdə şəhərindəki 866 saylı məhəllənin bəzi sakinləri əllərində silah küçə heyvanlarını qanunsuz qətliamını həyata keçirirlər. Çox maraqlıdır ki, yerli hüquq-mühafizə orqanları da bu qanunsuzluqlara göz yumurlar. Qeyd edək ki, belə hallara görə ölkəmizin beynəlxalq nüfuzuna da ciddi zərər dəyə bilər. Çünki müasir dünyada heyvan hüquqlarına çox həssaslıqla yanaşırlar. Ümidvarıq ki, bütün bu neqativliklərlə bağlı ciddi ölçü götürüləcək.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər