Saleh Rüstəmlidən xəbər var

saleh77Saleh Rüstəmli sərbəst buraxılıb.

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan sabiq icra başçısı Saleh Rüstəmli Moskva hava limanında saxlanılıb. 

araz.az  xəbər verir ki, bu barədə əlumatı S.Rüstəmlinin vəkili Bəhruz Bayramov yayıb. 

Xatırladaq ki, S.Rüstəmli həbs olunanadək Rusiyada yaşayıb. O, 2018-ci ildə Bakıya gəldikdə həbs olunmuşdu. S.Rüstəmli Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub. O zaman onun rəhbərliyi altında Gədəbəydəki Başkənd erməni işğalçılarından təmizlənib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər