Fulya Öztürk Bakıda tanınmış jurnalistin toyunda... - Foto

 экрана 2022 05 29 094635"TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəmizə gələn türkiyəli aparıcı Fulya Öztürk toy mərasiminə qatılıb.

araz.az  xəbər verir ki, aparıcı Lalə Azərtaş toy mərasimindən Fulya Öztürk ilə foto paylaşıb.

"Fulya Öztürk dedi ki, Laləm, heç vaxt Azərbaycanda toy mərasimində olmamışam. Dərhal dedim ki, o zaman getdik, bizim Nurlanla Ayselin toy günüdür. Dostlar, xoşbəxt olun", - qeyd edib.

Tanınmış jurnalist, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev ailə qurur.

Qeyd edək ki, Fulya Öztürk FOX TV-nin "Umudun olsun" verilişinin aparıcısıdır.

 araz.az xəbər portalı.

Əlaqəli xəbərlər