Kəlbəcərin diplomsuz direktor müavinləri vəzifədən AZAD EDİLDİ

 экрана 2022 06 25 130012

6 Kəlbəcər məktəbində direktor müavinləri vəzifələrindən azad edilib.

araz.az-ın əldə etdiyi məlumata əsasən, buna səbəb həmin şəxslərin ali təhsilli olmamalarıdır.

Kəlbəcər Rayon Təhsil Şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiq ediblər.

Qeyd edək ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilən Namiq Rəcəbovun rüşvətə, korupsiyaya, eləcə də qanunsuz fəaliyyətlə bağlı islahatlara başladığı bildirilir. Direktor müavinlərinin vəzifədən azad eilməsi də bu qəbildəndir.  

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər