“Diaspor quruculuğu istiqamətində inkişaf var” – RƏY

diaspor 2

“Diaspor quruculuğu istiqamətində müəyyən inkişaf var. Bu proses gənc Azərbaycan dövləti üçün yenidir. Ümidvaram, bu inkişaf davamlı olacaq, Azərbaycanın, ümumilikdə Türk Dünyasının diaspor fəaliyyəti gücləndiriləcək, müvafiq birlik yaradılacaq ki, türk dövlətlərinə qarşı aparılan çirkin kampaniyaya qarşı müəyyən qüvvə ilə çıxış etməyə imkanlar olsun. 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb və vahid ideya, maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı üçün çalışılır. Böyük işlər hələ qarşıdadır”.

araz.az  Pravda.az-a istinadən bildirir ki, bu sözləri  Milli Məclisin deputatı Asim Mollazadə Diasporla İş üzrə Dövlət Komitəsinin 20 illik yubileyi barədə danışarkən deyib.

“Diaspor quruculuğu istiqamətdə hələ çox işlər görülməlidir. Xaricdə yaşayan azərbaycanlılar öz dövlətinin, millətinin hüquqlarını müdafiə etmək üçün müəyyən siyasi təhsilə malik olmalı, yaşadıqları ölkələrin ictimai fikrinə, hökumətinə, mediasına, qanunvericilik orqanına öz təsirlərini göstərməyi bacarmalıdırlar. Strateji Yol Xəritəsi istiqamətində mühüm işlər görülür və bunun gücləndirilməsi üçün xaricdə yaşayan hər bir azərbaycanlı imkanlarını səfərbər etməlidir. Özfəaliyyət güclənməlidir ki, müəyyən nəticələri görək. Buna nail olmaq üçün çox iş görmək lazımdır”, - deputat bildirib.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər