Tovuz İcra və Probasiya Şöbəsi məhkəmə qərarlarını niyə icra etmir? –VİDEO/ FAKTLAR

edliyye ədliyyəArtıq beş ildən çoxdur ki, Tovuz İcra və Probasiya Şöbəsi əməkdaşlarının fəaliyyətsizliyi ucbatından, Qovlar şəhər sakini Oruc Əhmədova məxsus 0,07 ha həyətyanı torpaq sahəsi Elfaq Abbasov adlı şəxsin  “işğal”ından azad olunmur və bu məsələ getdikcə “şişmək”də davam edir.

 Baxmayaraq ki, qeyd olunan torpaq sahəsinin Oruc Əhmədova məxsus olması ilə bağlı Gəncə İnzibati -İqtisadi Məhkəmənin iki qətnaməsi, Gəncə Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin iki qərarı var. Belə bir qərarların və qətnamələrin varlığına baxmayaraq, Tovuz İcra və Probasiya Şöbəsi əməkdaşlarının hansısa maraqlar çərçivəsində hərəkət etməmələri, bu gün də tərəflər arasında əməlli-başlıca qarşıdurma yaradıb.

Yaşanan olayla bağlı redaksiyamıza daxil olan məlumatların birində qeyd olunur ki, səndemə problemin “dondurulmuş münaqişə”yə çevrilməsində, Tovuz RİH Aparatında vəzifə sahibi olan və geniş ictimaiyyətin “Aptek Sahib” ləqəbi ilə tanıdığı Sahib Əsgərovun əvəzsiz rolu olur. Yəni, bu vəzifə sahibinin Elfaq Abbasovla yaxın qohumluq əlaqəsinin olması, ona “arxa-dayaq” durması və s. bütün məhkəmə instansiyası qərarlarının, qətnamələrinin heçə sayılmasına yollar açır. Belə ki, Sahib Əsgərov bu gün də daşıdığı vəzifəsindən sui-istifadə edir və Oruc Əhmədova məxsus torpaq sahəsinin boşaldılmaması üçün, Tovuz İcra və Probasiya Şöbəsi əməkdaşlarına lazımi təzyiqlərini göstərir. Faktdır ki, Sahib Əsgərov Tovuz RİH başçısının “sağəli”, “qara kassası” olduğundan o, Tovuz İcra və Probasiya Şöbəsinə təzyiq göstərir və işin icra olunmasını məqsədli şəkildə əngəlləyir.

     Düşündürücü hal odur ki, yaşanan belə bir problemlə bağlı çoxsaylı şikayətlər, video/faktlar Ədliyyə Nazirliyinə və digər aidiyyatı dövlət qurumlarına göndərilsə də, nədənsə nə ƏDLİYYƏ NAZİRLİYİ, nə də ki, heç bir dövlət qurumu problemin həlli istiqamətində heç bir tədbirlərini görmürlər.  Hətta, düz beş ildir ki, Ali Məhkəmənin qərarı icra olunmur, yaxud da həmin qərarı icra etmək istəmirlər. Bir çox faktlar, yazılı materiallar və s. dəfələrlə WhatsApp vasitəsilə Ədliyyə Nazirliyində aparıcı sahələrə rəhbərlik edən şəxslərə 050-501-05-XX, 077-631-36-XX, 070-350-65-XX, 077-338-32-XX saylı mobil telefonlarla göndərilsə də, hələ də heç bir nəticə yoxdur. Şikayətçi şəxsin iddiasına görə Tovuz İcra və Probasiya Şöbəsinin əməkdaşları öz vəzifələrini yerinə yetmirlər. Bu da onu sübut edir ki, onların fəaliyyəti faliyyətsliyə söykənir və həmin şəxslərin fəaliyyətləri ancaq və ancaq pul yığmaqdan keçir. Elə ki, yuxarı instansiyalara Tovuz İcra və Probasiya Şöbəsi əməkdaşlarından şikayətlər daxil olur, o halda onlar aidiyyatı qurumlara yalan məlumatlar çatdırırlar. Buna da əsas səbəb, Ədliyyə Nazirliyində nəzarət mexanizminin olmamasıdır. Əgər nəzarət mexanizmi olsaydı, o halda şikayətçi şəxsin çoxsaylı şikayətlərinə nəzarət olunardı və problem indiyə kimi öz həllini tapardı.  Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Mövzu diqqətimizdədir.

Vaqif ƏHMƏDOV

Əlaqəli xəbərlər