Əflatun Amaşov: “Dəhşətdir, qorxuncdur, əsl mənəvi terrordur”

eflatun66 1

“Buna nə deyəsən, nə ad verəsən! Söhbət Milli Məclisin deputatı Sevinc Fətəliyevanın adından onun dilə gətirmədiyi, yazmadığı fikirlərin yayılmasından gedir. Həqiqətən dəhşətdir, qorxuncdur, əsl mənəvi terrordur. Sanki kimlərsə oturub insanlarımızın əsəbləri ilə oynamaqla, cəmiyyətdə nüfuza və statusa malik şəxsləri insanların gözündən salmaqla məşğuldur. Hadisəyə başqa ad tapa bilmirəm. Çünki edilən hərəkət yalanın son dərəcə incə şəkildə düşünüldüyündən xəbər verir”.

araz.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə.Amaşov hesab edir ki, bu “əməlin” hədəfi yalnız Sevinc Fətəliyeva deyil: “Onun başına gələn hər birimizin başına gələ bilərdi. Məqsəd Azərbaycan adlı ölkədə ümumən deputat, məmur, bu və ya digər dərəcədə məsul vəzifə tutan şəxləri toplumun gözündən salmaq, onlara qarşı total antipatiya yaratmaqdır. Ən pisi isə odur ki, indiki durumda bu sayaq yalanlardan, qeyd etdiyim kimi, mənəvi terrordan heç birimiz, heç bir cəmiyyət üzvü, ictimai şəxs sığortalanmayıb. Ona görə də əlaqədar qurumlar dərhal hərəkətə keçərək aşkar cinayət əməlini həyata keçirənlərin dərhal cəzalandırılmasını təmin etməlidirlər”.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər