"Taktiki məna daşıyır" - Ordumuzun maşınlarındakı işarələr nədir?

2022 09 24 110207Sentyabrın 12-dən 14-nə qədər Azərbaycan-Ermənistan sərhədində gedən qızğın döyüşlərdən sonra geri qayıdan hərbi maşın karvanlarımızın üzərində qeyd olunan hərflər və bu görüntülərin sosial şəbəkələrdə əks olunması, olduqca ciddi maraq doğurdu. Bir çoxları bunu hansısa ideoloji amillərlə əlaqələndirsə də, həqiqətdə həmin hərflərin hərbi birləşmələrimizin müxtəlif bölmələrinin adlarını əks etdirdiyi  hərbi ekspertlər tərəfindən şərh edildi.

araz.az xəbər ki, bununla baölı Hərbi ekspert Ədalət Verdiyev yayılan görüntülərə münasibət bildirərək, qeyd edib ki, hərbi maşınlar üzərində qeyd olunan hərflər müxtəlif bölmələrin adlarını təmsil edir və bölmələr arasında rabitə-koordinasiya əlaqələrinin idarəedilməsini asanlaşdırmağa hesablanıb:

Ədalət Verdiyev Ədalət Verdiyev

“...Məlumdur ki, Azərbaycan Ordusunun qoşun növləri həm havada, həm də quruda qarşılıqlı əlaqədə olaraq döyüş əməliyyatı keçirib. Hərbi qulluqçuların təhlükəsizliyi və əməliyyatların havadan/qurudan idarəedilməsini asanlaşdırmaq üçün hərbi texnikaların üzərinə bölmələrin (qrupların) adlarının baş hərfləri ilə fərqlənmə nişanları vurulub (texnikaların üstünə və yanlarına). Fotolardan göründüyü kimi, adi Z-dən fəqlənməsi üçün bu hərfin ortasından xətt çəkilib. Hərbiçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır, yalnız bölmənin adını əks etdirir. Bölmələrimizin adının baş hərfini dəyişməyimiz də mümkün deyil. Kimsə hər hansı bir hərfi ideoloji məqsədlərlə istifadə edirsə, bu o demək deyil ki, biz həmən hərfləri əlifbamızdan çıxarmalıyıq. Odur ki, hesab edirəm ki, döyüşdən qalib olaraq geri qayıdan Azərbaycan əsgərini alqışlamalıyıq, ona ürək dirək verməliyik, onları gələcək qələbələrə ruhlandırmalıyıq. Ordumuz qürurumuzdur!” –deyə, hərbi eskpert bildirib.

Azərbaycan hərbi maşınları üzərində işarələr

Ancaq maraq doğuran başqa bir məqam isə ondan ibarətdir ki, hərbi maşınların, eyni zamanda zirehli texnikalar karvanlarının üzərinə hər hansısa hərflərin qeyd edilməsi, elə həmin hərflərin lap ideoloji məna daşıması bir qəbahət, cinayət, ciddi hərbi nöqsan hesab edilirmi? Nəyə görə bu görüntüləri görən şəxslər həmin dəqiqə o hərflərin ideoloji məna daşıdığını iddia edib, düşmənin bunu təxribat adlandıracaqlarından ehtiyatlanırlar? Lap tutaq ki, üzərində “B” hərfi yazılan karvan Basarkeçər rayonunu, “Z” yazılan avtomobillər Zod kəndini, yaxud Zəngəzuru, “İ” yazılanlar da İrəvanı təmsil etsin. Bu torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır və Azərbaycan əsgəri bu gün də həmin torpaqları bir neçə günlük hərbi əməliyyatla ana Vətənə birləşdirməyə hazır və qadirdir. Hansı ki, elə son döyüşlər də bu ərazilərdə - Ermənistanın özünün hesab etdiyi torpaqlarda getdi.

Azərbaycan hərbi maşınları üzərində işarələr

Həmin hərflərin hansısa ideoloji məna daşıdığının hərbi sahədə, eləcə də siyasi arenada nöqsan olub,olmaması ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Bizimyol.info-ya danışıb. Ekspert bildirib ki, dünyada istifadəsi qadağan edilənlərdən başqa (məsələn faşizmin rəmzi) hər hansı bir işarənin ideoloji əhəmiyyət kəsb edib-etməməsi texnikanın mənsub olduğu ölkəyə görə dəyişir:

“Azərbaycan Ordusunun apardığı müasir hərbi əməliyyatlar xırda detalları belə koordinasiyalı şəkildə planlaşdırmağı tələb edir. Daha əvvəl də aparılan döyüş əməliyyatlarında şəxsi heyətin və döyüş texnikasının üzərinə (qoluna, dəbilqəyə, və s.) fərqlənmə nişanlarından istifadə etmə təcrübəsi olub. Son toqquşmalarda gedən döyüş əməliyyatlarında texnikanın üzərinə vurulan fərqləmə nişanları idarəetmə və koordinasiya baxımından əhəmiyyətli olub. Dünyada istifadəsi qadağan edilənlərdən başqa (məsələn faşizmin rəmzi) hər hansı bir işarənin ideoloji əhəmiyyət kəsb edib etməməsində texnikanın mənsub olduğu ölkəyə görə dəyişir. Bildiyim qədərilə Azərbaycanda buna məhdudiyyət yoxdur. Son döyüşlərdən sonra sosial şəbəkələrdə paylaşılan Azərbaycan Ordusunun bəzi texnikasının üzərində mövcud olan fərqlənmə nişanlarının təyinatı ilə bağlı daxil olan sorğulara cavab olaraq bildirmişəm ki, o işarələr ideoloji deyil, taktiki mənada istifadə edilib”.

araz.azx xəbər portalı.

Əlaqəli xəbərlər