Yanvarın 17-də dağda itkin düşən iki alpinist tapılıb.
Araz.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cantemir Berov məlumat verib. Onun sözlərinə görə, alpinistlər yanvarın 26-da səhər saatlarında tapılıblar.
8 nəfərdən ibarət axtarış-xilasetmə qrupu və bir texnikanın köməyi ilə tapılan alpinistlər Elbrusun şərq yamacında aşkar olunublar. Onların sağ olduğu bildirilir. Yenicag.az