Bakının mərkəzində partlayış: 1 yaralı - YENİLƏNİB +

received-10155254814888030-11517033532.jpgHadisə yerinə gəlmiş “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.

“Report”un xəbərinə görə, o bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub: “Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.

“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.

R.Əliyev hadisə nəticəsində ölənlərin olmadığını, bir nəfərin xəsarət aldığını bildirib.

***

Bakı metrosunun "28 May" stansiyasının yaxınlığında, Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada qaz sızması nəticəsində partlayış olub.

Qəza səhər saatlarında baş verib. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var.

Qəza ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra rəsmi məlumat yayılacaq. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Əlaqəli xəbərlər