Şəhid ailələrinə tikilən evlərə çıxarışların verilməsi uzadılır - Deputatdan TƏKLİF

167005155166cc63a1-a875-4af0-8f6d-1d26b85a2b26.jpg

“Şəhid ailələri və qazilərin problemlərinin həlli dövlətimizin əsas prioritetlərdən biridir. Buna müvafiq olaraq, sözügedən kateqoriyadan olan şəxslər evlə təmin olunurlar”.

araz.az  xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əziz Ələkbərli səsləndirib.

Onun sözlərinə görə, lakin regionlarda şəhid ailələrinə evlər tikilsə də həmin evlərə çıxarışların verilməsi aidiyyəti qurumlar tərəfindən uzadılır: "Belə olan halda isə “Azərişıq” və “Azəriqaz” həmin evləri qaz, işıqla təmin edə bilmir. Soyuqların düşdüyü vaxtda bu məsələnin nə qədər əhəmiyyətli olduğu hamıya bəllidir".

Deputat qeyd edib ki, eyni zamanda, bölgələrimzdə əksər evlərin çıxarışlarının olmadığı da məlumdur: "Yeni layihəyə əsasən, həmin evlərə də kommunal xətlərin çəkilməsində problemlər yaranacaq. Ona görə də, bu qanundan kənar olsa belə, şəhid ailələrinə və qazilərə bu istiqamətdə imkanların yaradılmasını vacib hesab edirəm.

araz.az xəbər portalı.