Rusiyanın Dostluq Ordeninin yüksək vəzifə tutmuş bu şəxslərə verilməsinin bir adı var -- DÜŞMƏNÇİLİK!

4807"Belələri ilə düşmən kimi rəftar olunmalı, əməlləri ifşa edilməlidir!" -- ASLAN İSMAYILOV

       "Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun Rusiyanın Dostluq Ordeni ilə təltif olunmasını başa düşürəm. Baş nazir Əli Əsədovun, keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun da bu ordeni almalarını vəzifələri ilə əlaqələndirmək olardı ki, iki ölkənin münasibətlərinin yaxşı olmasında rolları var. Rusiya ilə əlaqəli olan elm, mədəniyyət adamlarının da almasını başa düşmək olar. Məsələn, Kamal Abdulla Slavyan Universitetinin rektoru kimi bu ordeni alması təəccüblü deyil.
Ancaq kimsə mənə bu ordenin xarici siyasətə, beynəlxalq əlaqələrə heç bir aidiyyatı olmayan Ramiz Mehdiyevə, Yaqub Eyyubova, Əli Həsənova, Siyavuş Novruzova verilməsini izah edə bilməz".
araz.az xəbər verir ki, bu barədə olduqca düşündürücü açıqlamasını  tanınmış hüquqşünas Aslan İsmayılov özünün  Facebook səhifəsində paylaşıb. Bu açıqlamasında, o, bunun ancaq bir adının olduğunu xüsusi olaraq vurğulayıb: "Daxili siyasəti Azərbaycanın yox, Rusiyanın maraqlarına uyğun qurmaq, vətəndaşlara müstəqillik yox, Rusiyanın köləsi hisslərini aşılamaq, öz vəzifələrindən Azərbaycan Dövlətinin maraqlarına yox, Rusiyanın Dövlət maraqları üçün istifadə etmək!
Bəli, adlarını çəkdiklərim və onların çevrəsi Azərbaycan Dövlətinin yox, Rusiyanın maraqlarına qulluq ediblər və bu gün də, həmin fəaliyyətlərini davam etdirirlər. Ona görə də, onların fəaliyyəti uzun illər məhz Azərbaycan Dövlətinin maraqlarına qulluq edənləri ləkələmək, təqib etmək, ölkədən didərgin salmaq olubdur. Bunu son 20 ildə şəxsən öz həyatımın hər anında görmüşəm. Son günlər də, onlar, itirdikləri mövqeləri ilə barışmaq istəmirlər. Açıq, ya gizli şəkildə müqavimət göstərirlər. Özü də, bunu, çox hiyləgərcəsinə, Ramiz Mehdiyev sayağı edirlər.
Hesab edirəm ki, ölkə rəhbərliyi artıq bu barədə eyhamla yox, açıq danışmalıdır. Bunun adı DÜŞMƏNÇİLİKDİR və belələri ilə də, DÜŞMƏN kimi rəftar olunmalı, əməlləri ifşa edilməlidir.
Əminəm ki, ölkə rəhbərliyi 5-ci kolon deyəndə də, məhz, onları və onlara qulluq edənləri nəzərdə tutur. Nəzərə alsaq ki, bu il Qarabağı azad etmək üçün son şansımızdır, bu işlərdə gecikmək olmaz. Onların bütün əlaqələri müəyyən olunub, ifşa edilməli və bütün dövlət orqanlarından təmizlənməlidirlər. Bu işlərdə hər gecikdirilmiş gün müstəqilliyimizə təhdiddir. Bu gün postsovet məkanında baş verənlər buna əyani sübutdur".



araz.az xəbər portalı.

Əlaqəli xəbərlər