Lukaşenko ailə üzvlərini Türkiyəyə qaçırtdı?..- GƏRGİNLİK ARTIR!..

49796
 
Belarus lideri Aleksandr  Lukaşenkonun ailə üzvlərini Türkiyəyə göndərməsi haqda informasiyalar yayılıb. 
Moderator.az xəbər verir ki,  bu haqda bəzi Rusiya saytları Belarusun müxalifət mediasına istinadla məlumat yayıb.
 
 
Məlumatda deyilir ki, 9 avqust Prezident seçkilərindən sonra ölkədə yaranamış gərginlikdən sonra Lukaşenkonun ailəsi Minski  tərk edib. 
Aviasiya trafikini izləyən “Flightradar” portalının verdiyi məlumata görə, prezident təyyarələrindən biri Türkiyəyə yola düşüb və artıq ölkənin cənub-qərbində yerə enib. 
Qeyd edək ki, ötən gün Belarusda prezident seçkiləri keçirilib.  İlkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə 1 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib.
Politoloq Anton Davidçenko mk.ru-ya deyib ki, müxalifət avqustun 10-da mümkün qədər daha çox insanı meydanlara çıxarmağa çalışacaq.
Sultan Laçın

Əlaqəli xəbərlər