Məhkəmə Əli Kərimlinin şikayəti ilə bağlı qərar verib

1600158748 likrimliBakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin şikayətinə baxılıb.

araz.az “Report”a istinadla xəbər verir ki, hakim Şərafət Məmmədovanın sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, AXCP üzvlüyündən xaric edilmiş Əliyev Aydın Sədətqulu oğlu “ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması” iddiası ilə Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia iyun ayında təmin edilib. Əli Kərimli həmin qərardan şikayət verib.

Xatırladaq ki, Aydın Əliyev Nəsimi Rayon Məhkəməsində verdiyi ifadəsində bildirib ki, 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət-Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb və onun normal fəaliyyətinə imkan verməyib.

AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ilə A. Əliyev partiya sıralarından kənarlaşdırılıb

 

araz.az

Əlaqəli xəbərlər