Tiflis İrəvana silah daşınmasını blok etdi – Rusiyadan reaksiya

zatulinGürcüstanın NATO ilə əməkdaşlığının və alyansa üzvlük cəhdlərinin davam etməsi Rusiya ilə münasibətlərin ciddi normallaşması imkanlarını bloklayır.

Turkustan.info xəbər verir ki, bunu Rusiya Dumasının MDB İşləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə komitəsinin sədr müavini Konstantin Zatulin deyib.

“Bir müddət əvvəl Gürcüstan Rusiya ilə müqavilə əsasında tranzitlə Ermənistana gedən hərbi texnika tədarükünü bloklayıb. Ermənistanın bizimlə ümumi sərhədi yoxdur. Gürcüstan bunu gerçəkləşdirməyə imkan vermədi, əvəzində ABŞ Dövlət katibi Mayk Pompeodan təşəkkür aldı. Bu, keçən həftə baş verdi. Onun minnətdarlığı ictimai şəkildə dilə gətirildi. Əgər Gürcüstan bizə mane olmağa, təkərimizə çomaq soxmağa davam edirsə, Rusiya ilə hansı etibar və hansı münasibətlər barədə danışmaq olar?” – deyə o bildirib.

Zatulin NATO-nun postsovet məkanına təsir uğrunda mübarizə apardığını deyib. 

araz.az

Əlaqəli xəbərlər