27 Sentyabr – Şəhidlərimizin Anım Günüdür! - TORPAĞI VƏTƏN EDƏN ŞƏHİDLƏR

251664261057Ermənistanla Azərbaycan arasındakı bu münaqişə 3 günün, 5 günün münaqişəsi deyil, 221 il bundan əvvəl Çar Rusiyasının Cənubi Qafqaza işğalçılıq hücumları başlayandan onlara maşalıq edən erməni soysuzlar xalqımızı arxadan vurmaqda davam edirlər. Çox keçmədi ki, çörəyini yeyib, qapısında yallandıqları müsəlman ağalarına xəyanət edən ermənilər maşası olduqları ruslardan öz mükafatlarını aldılar – ruslar İrandan və Osmanlıdan köçürüb gətirdikləri erməni əhalini yeni işğal etdikləri Azərbaycan ərazilərində yerləşdirdilər.

Tarixən heç vaxt vətənləri olmayan ermənilər köçürüldükləri əraziləri – xüsusilə İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərini mənimsəməyə, burada yerli müsəlman əhaliyə qarşı etnik təmizləmə siyasəti yeritməyə, onları minillər boyu yaşadıqları torpaqlardan sıxışdırıb çıxarmağa başladılar.

Bununla da ürəkləri soyumayıb, 1905-ci ildən etibarən son yüz ildə dəfələrlə deportasiya və soyqırımı həyata keçirdilər. 1905-1907 və 1918-1920-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər. Biz həmin vaxtlar erməni faşistlərinin indiki Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər barədə müəyyən qədər məlumatlıyıq. Amma Qərbi Azərbaycanda – İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə və digər tarixi mahallarımızda ermənilərin törətdiyi vəhşiliklər barədə çox az məlumatlıyıq.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etdirilmiş, 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir.

1988-1991-ci illərdə isə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuşdur və həmin insanlar 34 ildir qaçqınlıq həyatı yaşayırlar. Soydaşlarımızın sonuncu deportasiyasından az sonra alovlanan 1-ci Qarabağ müharibəsi qısa vaxtda ərazilərimizin işğala məruz qalması və 1 milyona yaxın soydaşımızın məcburi köçkün həyatı yaşamağa məhkum edilməsi ilə nəticələndi.

Lakin təəssüf ki, beynəlxalq təşkilatlar 30 il susdu, Ermənistanı işğalçı kimi tanımadı, Azərbaycanın haqq səsini eşitmədi, dərdinə dərman olmadı. Əksinə, onların dəstəyindən güc alan Ermənistan Azərbaycana qarşı hərbi təxribatların intensivliyini daha da artırdı.

Ermənistanın növbəti təxribatlarından biri 2020-ci il sentyabrın 27-də oldu və Azərbaycan ona cavab vermək məcburiyyətində qaldı. Lakin bu cavab əvvəlkilərdən deyildi. Bu cavab 200 il ərzində səbr kasası daşmış bir xalqın cavabı idi. Və bu cavab Ermənistan ordusunu darmadağın etdi. 44 gün çəkən müharibə Ermənistanın kaputalisasiya sənədinə imza atması və Azərbaycanın düşmən üzərində möhtəşəm Zəfəri ilə sonuclandı, ərazilərimiz 30 illik işğaldan azad edildi.

Əlbəttə, heç bir müharibə itkisiz ötüşmür. Bu müharibədə də itkilərimiz oldu, igid oğul-qızlarımız Vətən, Torpaq uğrunda şəhid oldular. Biz bu Zəfəri şəhidlərimizin canı, qazilərimizin qanı, əsgər və zabitlərimizin rəşadəti hesabına qazandıq. Və bu gün – sentyabrın 27-də həmin şəhidlərimizin Anım günüdür.

Şəhidlərimiz Dövlətimizin və Millətimizin yaşaması, var olması üçün həyatlarını qurban verdilər.

Şəhidlərimizin hamısı Azərbaycan sevdalısı idi və Azərbaycanımızın ərazi bütövlüyü üçün həyatlarını qurban verdilər.

Şəhidlərimiz hər birimizin dünya və tarix qarşısında başı dik, alnı açıq gəzə bilməyimiz üçün həyatlarını qurban verdilər.

“Torpaq – uğrunda ölən varsa, Vətəndir”! Onlar öz şəhidlikləri ilə torpağı Vətən etdilər!

Onların xatirəsinə Bakıda keçirilən yürüş zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhidlərimizin şəkillərini başları üstünə qaldırdılar. Bu, bütün dünya üçün bir mesaj idi, “Dəmir yumruq” mesajı!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Əziz ƏLƏKBƏRLİ,

Milli Məclisin Deputatı,
Qərbi Azərbaycan İcmasının sədri.

“Bu, artıq müharibə deməkdir” - Beynəlmiləl qüvvələrin Xankəndiyə yeridilməsi məsələsinə SƏRT REAKSİYA

tt 2 768x403ABŞ üçün Ermənistan-Azərbaycan münaqişəsinin ən ideal həlli qondarma “Artsax”a beynəlmiləl qüvvələri yeritmək və bununla da Azərbaycanın əl-qolunu bağlamaqdır”. Bu cür məlumatlar sosial şəbəkələrin erməni seqmentində və mediada yer alıb. Bu məlumatlar  dolayısı ilə ABŞ-ın Xankəndiyə ordu yerləşdirmək niyyətindən xəbər verir. Vaşinqton bununla Cənubi Qafqaza nəzarəti Ermənistanın vasitəsi ilə öz əlinə almaq istəyir. Bəs görəsən yayılan məlumatlar nə dərəcədə realdır? Ümumiyyətlə ABŞ-ın Xankəndiyə ordu yerləşdirməsi yaxud Qarabağa beynəlmiləl qüvvələri cəlb etməsi mümkündürmü?

araz.az xəbər ver ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, bu cür fikirlərin Ermənistan mediasında səsləndirilməsi təəccüblü olmamalıdır: “Hətta rus sülhməramlıları Qarabağ ərazisinə yerləşdiriləndə də qərbyönümlü erməni media resursları və partiyaları buna etiraz edirdilər. Onlar ABŞ və Fransa qüvvələrinin həmin ərazilərə cəlb edilməsinin Ermənistan üçün daha yaxşı olacağı haqda fikirlər səsləndirirdilər. Amma burada əsas məsələ ABŞ və Frananın, yaxud digər Qərb dövlətlərinin həmin ərazilərdə necə yerləşəcəkləri ilə bağlıdır. Onlar Qarabağa haradan gələcəklər? Onları ərazimizə kim buraxacaq? Bütün bu məsələlər qeyri-realdır. Sadəcə olaraq ermənilərin xəstə təxəyyülünün məhsuludur”.

Əhəd Məmmədli də evlənir? » "Dünya" informasiya agentliyi

Politoloqun sözlərinə görə, qeyd edilən bu məsələnin gerçəkləşməsi mümkün deyil: “Buna nə Türkiyə, nə Rusiya, nə də ki Azərbaycan imkan verməz. Bu, artıq müharibə deməkdir. Yəni suveren ərazimizin Azərbaycanın razılığı olmadan təcavüzə məruz qalmasıdır. Heç kəs Ermənistana görə, nəinki Türkiyə və Rusiya, heç Azərbaycanla da müharibə etməz. Bu ancaq ermənilərin istək və arzularında mümkündür”.

Əhəd Məmmədli əlavə edib ki, ABŞ-ın hansısa erməni lobbisi tərəfindən maliyyələşdirilən təşkilatları belə bir fikiri nəzəri cəhətdən səsləndirə bilər: “ABŞ-da seçkilər olacaq. Erməni diasporu isə hər zaman “Demokrat”lara səs verir. Onlar isə xal qazanmaq üçün bu cür ideyalardan və onun gələcək perspektivlərindən danışa bilərlər. Amma bu, mümkün deyil. Çünki ABŞ dövlətinin yox, hansısa ermənipərəst fərdlərin və ya dairələrin fikirləridir”.

araz.az xəbər portalı.  

Azərbaycanlı milyarderlərə qarşı sanksiya tətbiq olundu

qodBöyük Britaniya hökuməti 92 rusiyalıya qarşı sanksiyalar tətbiq edib.

araz.az  xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Sanksiya siyahısında Azərbaycan əsilli biznesmenlər Qod Nisanov və Zarah İliyev də yer alıb.

araz.az xəbər portalı.

Rusiya Gürcüstan sərhədinə texnika yeritdi

8737995530efffa967591393491962 btr1

Gürcüstanın “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsinin Rusiya tərəfində zirehli transportyorlar yerləşdirilib, blok-postlar qoyulub.

araz.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Rus hərbçilərinin peyda olmasından sonra Gürcüstana keçmək istəyənlər arasında çaxnaşma yaranıb. İnsanlar arasında belə bir şayiə yayılıb ki, guya gələn hərbçilər sərhədi keçmək istəyən bütün kişiləri yoxlayacaqlar.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) hərbi texnikanın “Yuxarı Lars” sərhəd keçid məntəqəsinə yeridilməsi faktını təsdiqləyib:

“Zirehli transportyorlar oradadır, lakin heç bir blok-post qurulmayacaq. Ehtiyatda olanlar heç bir sərhəd rəsmiləşdirməsini tamamlamadan keçid məntəqəsini yarıb ölkəni tərk etmək istəyirlərsə, o zaman müdaxilə olunacaq. Keçid məntəqəsi normal rejimdə işləyir, hərbi çağırış yaşda olan kişi vətəndaşların çıxışına heç bir məhdudiyyət qoyulmayıb”.

araz.az xəbər portallı.

Siyavuş Novruzov: “Fərqi yoxdur, Rusiyada yaşayan azərbaycanlı, ya rus, səfərbərliyə getməlidirlər”

siyavus1“Azərbaycanda ikili vətəndaşlıq yoxdur. Azərbaycan dövləti bu barədə elan edib. Qanuna görə, kimsə başqa bir ölkənin vətəndaşlığını qəbul edirsə, o adam dərhal Azərbaycan vətəndaşlığından imtina etməlidir. Rusiyada yaşayan həmvətənlərimizin bir çoxu gizli yolla Rusiyada vətəndaşlıq sənədi alıblar. Belə olan tərzdə onlar Azərbaycan vətəndaşlığından çıxmalı idilər. Bunu etməyiblər, Azərbaycan vətəndaşlıqlarını da saxlayıblar. Rusiyadakı bir qrup azərbaycanlı belədir. Həm Rusiyanın, həm də Azərbaycanın vətəndaşıdırlar. Bu, ciddi qanun pozuntusudur. Rusiya qismən səfərbərlik elan edib, yaş həddi müəyyənləşdirib. Artıq burda fərqi yoxdur, azərbaycanlı, rus, ya da hansı millətdən olur-olsun. Hər kəs qanunvericiliyə tabe olmalı, səfərbərliyə getməlidirlər”.

araz.az  Pravda.az-a istinadən bildirir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Rusiyada yaşı səfərbərliyə düşən kifayət qədər azərbaycanlı var: “Milliyyətcə azərbaycanlı olmasına baxmayaraq, hansısa dövlətə deyə bilmərik ki, sən öz vətəndaşını səfərbər etmə. Bu məsələ birtərəfli deyil. Bu baxımdan da çətinlik var.  Çünki vaxtında qanunauyğun addım atılmayıb. Lakin bir qrup azərbaycanlı da var ki, onlar əzəldən Rusiya vətəndaşıdırlar. Rusiya səfərbərlik elan edib, bu, dövlətin qanunudur. Dövlətin ərazisində yaşayan hər bir şəxs bu qanuna tabe olmalıdır. Azərbaycan ərazisində yaşayan başqa xalqların nümayəndələri ölkə qanunlarına uyğun hərəkət edirlər, Azərbaycan vətəndaşıdırlar. Onlar Azərbaycanın qəbul etdiyi hər bir qərara tabe olmalıdırlar. Əks halda digər qanunlar işə düşəcək. Bu qayda Rusiyada da eynilə tətbiq olunur”.

O, “Siyavuş Novruzov Rusiya Federasiyasının “Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə" ordeni ilə təltif edilib, Rusiyaya döyüşə getsin” deyənlərə belə cavab verib: “Sovet hökuməti dövründə bir ölkə idi. Pribaltikadan gələnlər də eyni adam idi, ukraynalı, belarus, özbək, qazax, azərbaycanlı da, gürcü də, erməni də. Hamımız Sovet dövlətinin vətəndaşı idik. Bu vətəndaşlıq borcumuzu da yerinə yetirmişik, hərbi xidmətdə olmuşuq. Hərbi xidmətdə göstərdiyimiz yaxşı nəticələrə görə təltif edilmişik. Bu, tamamilə başqa şeydir. İndi Rusiya başqa, Azərbaycan başqa dövlətdir. Mənim başqa bir dövlətin daxili işlərinə qarışmağa, nəsə etməyə nə qanuni, nə də mənəvi, nə də başqa cəhətdən səlahiyyətim yoxdur”.

araz.az xəbər portalı.

3 -dən səhifə 2270

Əlaqəli xəbərlər