Azərbaycan siyasi düzəninə həmrəylik möhürü vuran partiya

VHP enyenilogo 211x300Partiyanın 30 il öncə, təsis qurultayında irəli sürdüyü şüar bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlamışdır. Nicatımız – Vətəndaş Həmrəyliyindədir!

Vətəndaş Həmrəyliyi Partiyasının tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşür. Partiyanın yaranması Dövlət Müstəqilliyinin elanından bir il sonraya təsadüf etsə də bu məqama gətirib çıxaran yol 1988-ci ilin Meydan hərəkatından başlamışdı. Bu mənada VHP-nin yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

VHP-nin yarandığı siyasi şərait

Milli Azadlıq Hərəkatı Azərbaycanın müstəqilliyinə nail olduqdan sonra yeni dövlətin iqtisadi inkişafı və azad, demokratik cəmiyyətin yaradılması zərurəti yarandı ki, bu da özlüyündə ölkənin rifahını müxtəlif ideyalarda görən şəxslərin başqa-başqa siyasi qurumlarda mübarizəsini şərtləndirdi. Həmin dövrdə – 1992-ci ildə müxtəlif partiyalar yarandı. Hüquqi münasibətlər və siyasi etika çərçivəsində fəaliyyət göstərən belə partiyaların yaranması və hakimiyyət mübarizəsinə qatılması ölkənin inkişafı, fikir azadlığının təmini baxımından bəlkə də uğurlu hal kimi qiymətləndirilə bilər. Ancaq nəzərə almaq lazımdır ki, siyasi partiyaların çoxluğu və bu çoxluğun yarada biləcəyi xaos ərazisinin bir hissəsi işğal olunmuş, müharibə şəraitində olan, şimaldan və cənubdan xarici təhdidlərə məruz qalan Azərbaycan üçün çox təhlükəliydi. Çünki ordunun tam qurulmadığı, könüllü özünümüdafiə batalyonlarının bir mərkəzə tabe olmadığı və mərkəzləşmiş hakimiyyətin formalaşmadığı dövrdə xalqın lokomotivi sayılan insanların siyasi mübarizə yollarının ayrılması fəsadsız ötüşə bilməzdi. Təəssüf ki, həmin fəsadlardan qaçmaq mümkün olmadı. Millət vəkili Sabir Rüstəmxanlı da məhz bu ərəfədə gözlənilən təhlükəni hiss edib, eyni zamanda bu günə kimi Azərbaycanı həm mənəvi, həm də coğrafi baxımdan parça-tikə edən tarixi səhvlərimizdən nəticə çıxararaq həmrəylik ideyasının tərəfdarlarını bir araya gətirdi: 1992-ci il sentyabrın 26-da Gənc Tamaşaçılar Teatrında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) I təsis qurultayını keçirdi. Bu qurultayda Azərbaycanın taleyini düşünən insanlar ölkənin siyasi həyatına yeni ideologiya gətirəcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Meydan hərəkatının lideri, ədəbi və siyasi mübarizəsi ilə bütün ölkə boyu böyük sevgi və nüfuza sahib olan Sabir Rüstəmxanlını Vətəndaş Həmrəyliyi Partiyasının sədri seçərək onun ətrafında birləşdilər. VHP 3 noyabr 1992-ci ildə 7-ci siyasi partiya olaraq dövlət qeydiyyatına alıdı.  VHP-nin ilk addımından nicat yolumuzun Vətəndaş Həmrəyliyində olduğunu bəyan etdi.

Vətəndaş Həmrəyliyi ideyası: tarixi zərurət

Beləliklə hələ müstəqilliyinin bir ili tamam olmamış Azərbaycan Respublikasının siyasi həyatına yeni bir qurum qatıldı: Vətəndaş Həmrəyliyi Partiyası. Dünyanın ictimai-siyasi mübarizələr tarixində yaranmış və dəbdə olan müəyyən ideoloji ənənələrə bağlı olan partiyalardan sonra Vətəndaş Həmrəyliyi siyasi ədəbiyyatda rastlanılmayan bir ad idi və qulaqlara yad gəlirdi. Lakin partiyanın qurucuları adı, zahiri effektləri yox ölkənin və xalqın ehtiyaclarını nəzərə almışdılar, yeni dövlətin maraqları, gələcəyi baxımından ən doğru siyasi yolu seçmişdilər. Yeni dövlət müharibə şəraitində idi, üstəlik erməni işğalçılarına dəstək verən qüvvələr ölkəni zəiflətmək üçün hakimiyyət uğrunda mübarizə aparan digər iddiaçıları və etnik qrupları da qızışdırmaqla yeni münaqişə ocaqları yaratmağa çalışır, qarşıdurmalar, bölücülük meyilləri bir-birini əvəz edirdi. Belə bir vaxtda yeni partiya ölkənin milli varlığının və gələcəyinin təminatı olan əsas prinsipləri, siyasi ideoloji hədəfi düzgün müəyyənləşdirmişdi.

Partiyanı təsis edənlərin çoxu zəngin iş təcrübəsi olan, addımlarının məsuliyyətini dərk edən, meydan hərəkatında sınanıb möhkəmlənmiş və Azərbaycanın bütün bölgələrini əhatə edən ziyalılar idi: Haqq dünyasına qovuşanlara Tanrıdan rəhmət diləyir, digərlərinə indi harda çalışmalarından və hansı siyasi cəbhədə dayanmalarından asılı olmayaraq uğurlar arzulayırıq.

Ölkədə yetərincə tanınan, sevilən, meydan hərəkatının əsas təşkilatçı və liderlərindən biri kimi şöhrət qazanmış Sabir Rüstəmxanlı partiyanın təsis qurultayındakı çıxışında demişdi: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək, vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq… Mən mövcud partiyaların adını mətnə daxil etməklə hələ ilk addımlarını atan təşkilatımızı onlara qarşı qoymaq istəmirəm. Sadəcə ümumi məqsədimizə doğru yolda gələcəkdə hansı ideyanın aparıcı rol oynayacağını nəzərə çatdırmaq istəyirəm və arzu edirəm ki, bu ideya bizim siyasi partiyalar arasında münasibətlərin təməl daşı olsun”.

Müsavat partiyasının ikinci proqramında böyük Məmməd Əmin Rəsulzadənin irəli sürdüyü milli təsanüd (milli həmrəylik) nəzəriyyəsini davam və inkişaf etdirərək Vətəndaş Həmrəyliyinə çevirməklə VHP çağdaş dünyamızda vətəndaşlıq amilinin və vətəndaş cəmiyyəti quruculuğunun ölkənin var oluşu və gəlişməsi baxımından önəmini irəli çəkmişdir.

 

VHP seçkilərdə

VHP seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu ilə ölkənin aparıcı siyasi partiyalarından biridir. VHP müstəqillik dönəminin bütün parlament və bələdiyyə seçkilərində iştirak edən və nəticə əldə edən müxalifət partiyalarından biridir. Vətəndaş Həmrəyliyi Partiyası 2003-cü ildə prezident seçkilərinə qatılmışdır. VHP sədri Sabir Rüstəmxanlının prezidentliyə namizədliyi irəli sürülmüşdür. Prezident seçkiləri zamanı ölkənin bütün böyük şəhərlərində, rayon mərkəzlərində kütləvi görüşlər, seçki zamanı Bakıda möhtəşəm yürüş-mitinq keçirmişdir. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan müstəqillik tarixində hər zaman parlamentdə təmsil olunub. 2020-ci ildə VHP 75 seçki dairəsindən namizəd irəli sürüb və onlardan 3 nəfəri parlamentə seçilib və hazırda ana müxalifət partiyası olaraq Milli Məclisdə vitse-spiker postunu VHP sədrinin müavini Fəzail İbrahimli tutur. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanda keçirilən bütün bələdiyyə seçkilərində iştirak edib. VHP-dən bələdiyyələrə 1999-cu ildə 500, 2004-cü ildə 103, 2009-cu ildə 115, 2019-cu ildə isə 8 nəfər üzv seçilib. Hazırda partiya üzvləri ölkənin 10-a yaxın bələdiyyələrində təmsil olunmaq hüququ qazanıblar. Parlament və bələdiyyə seçkiləri zamanı VHP öz namizədlərinin təşviqat kompaniyası çərçivəsində bütün ölkə boyu görüşlər keçirmiş, bu zaman partiyanın məram və məqsədləri ictimaiyyətə təbliğ olunmuşdur.

VHP siyasi birliklərdə

VHP bu günə kimi müxalifət partiyalarının təşkil etdiyi əksər birlik, blok və digər qurumlarda təmsil olunub. Milli Müqavimət Hərəkatı, Demokratik Konqres, SİDSUH, DUH, Dəyirmi Masa, Müxalifətin Koordinasiya Mərkəzi, İctimai Palata, Milli Şura, Qarabağ Komitəsinin formalaşmasında iştirak edib.

Müxtəlif siyasi bloklarda təmsil olunmaqla bərabər VHP 30 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirmişdir. Bölgədə gedən mürəkkəb ictimai-siyasi proseslər vətəndaş həmrəyliyinin Azərbaycan cəmiyyəti üçün ən düzgün və gələcəyimizə yönəli ideologiya olduğunu sübut etmişdir.

Xarici əlaqələr

Vətəndaş Həmrəyliyi Partiyası bir sıra beynəlxalq təşkilatlar, siyasi qurumlar və xarici ölkələrin siyasi partiyaları ilə əməkdaşlıq edir. Almaniya, ABŞ, İsveç, Polşa, Gürcüstan, Qazaxıstan, Ukrayna, Moldovada fəaliyyət göstərən siyasi təşkilatlar və Türkiyənin MHP, AkParti, CHP, İYİ Parti, BBP və digər partiyalarla VHP-nin sıx əlaqələri var. VHP-çi deputatlar Avropa Şurasının, Avropa Birliyinin və İslam Konfransı Təşkilatının parlament komitələrinin üzvləridirlər, həmçinin VHP-nin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP), ABŞ-ın Respublikaçılar və Demokratlar İnstitutları ilə qarşılıqlı əməkdaşlıq münasibətləri var. VHP sədri Sabir Rüstəmxanlı ABŞ konqresində, İsveç, Almaniya, Belçika, Ukrayna və Avstraliya parlamentlərində keçirilən beynəlxalq konfranslara qatılaraq çıxış edib. VHP üzvləri ATƏT, Avropa Şurası, ABŞ-ın və Avropanın bir sıra ölkələrindəki siyasi partiyalarının təşkil etdiyi konfranslarında iştirak ediblər.

VHP yönətiçiləri

VHP-nin sədri Milli Azadlıq Hərəkatının liderlərindən biri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlıdır. Sabir Rüstəmxanlı 1991-ci ilin 18 oktyabrında qəbul edilən Dövlət Müstəqilliyinin Bərpası haqqında Dövlət Aktının müəlliflərindən, Azərbaycanın 43 İstiqlalçı Deputatından biridir. VHP Siyasi Şurasının üzvləri: Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Felmar Ələkbərli, Rafiq Manaflı, Samir Əsədli, Elxan Mirzəyev, Arif İsmayılbəyli, Yusif Salmansoy, Nəsimi Şərəfxanlı, İbrahim Quliyev, Faiq Balabəyli, Şəfəq Quliyeva, Asif Şəkərli, Səlahəddin Əsgər və Yusif Xantemirov.

VHP hədəfə doğru

Vətəndaş Həmrəyliyi Partiyasının bu günə kimi 8 qurultayı keçirilib. Hazırda partiyanın respublikanın 81 bölgə (şəhər/rayon) və 1 muxtar respublika təşkilatı fəaliyyət göstərir. Bu gün ölkədə gedən proseslər və siyasi partiyaların bəyan etdiyi ideoloji sistem VHP-nin 30 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və müasir olduğunu nümayiş etdirir. Siyasi leksikonumuza Vətəndaş Həmrəyliyi ifadəsini məhz VHP gətirmişdir. Bu gün 82 bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvü vardır. Partiya təşkilatlarında və rəhbərliyində ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda demokratik qüvvələr düşərgəsində ön sırada dayanan partiyalardan biridir. Azərbaycanın iqtisadi yüksəlişi, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfi olaraq qalır.

Partiyanın 30 il öncə, təsis qurultayında irəli sürdüyü şüar bu gün də Azərbaycan siyasi mühitində öz əhəmiyyətini saxlamışdır. Nicatımız – Vətəndaş Həmrəyliyindədir!

VHP Siyasi Şurası

Rəşad Məcid iddialara cavab verdi: “Heç bir siyahıdan söhbət gedə bilməz…”

resadmecidSosial şəbəkələrdə Mətbuat Şurasının İdarə Heyətində edilən yeni dəyişikliklərin gözləntiləri doğrultmadığı bildirilir. İddia edilir ki, MŞ-də əvvəlki şəxslər, hətta vaxtilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənova yaxın şəxslər təmsil olundu, seçkidən əvvəl siyahı tərtib edilib, eyni zamanda qurultay nümayəndələrindən Şuranın yeni sədri Rəşad Məcidə səs vermələri tələb olunub.

araz.az bildirir ki, bununla bağlı R.Məcid  söylənənlərin şaiyə olduğunu deyib.

O bildirib ki, Şuranın İdarə Heyətinin, demək olar, yarıdan çoxu dəyişilib, yeni şəxslər gəlib: “Bu, seçkidir, o boyda proses gedib. Jurnalistlər 301 adamın adını çəkiblər, 28 nəfər jurnalist siyahısına düşüb, 18 nəfər də ictimiayyət nümayəndəsi kimi. Kim “siyahı” deyirsə, göstərsin. O siyahı kimdə olub? Heç bir siyahıdan söhbət gedə bilməz. Tanınan nə qədər redaktorlar var ki, İdarə Heyətinə düşməyiblər. Jurnalistlərin öz seçimləri olub. Düzdür, ayrı-ayrı qruplar var, təbliğat aparıblar, onların nümayəndələri İdarə Heyətinə düşüblər. Məsələn, Ceyhun Musaoğlu yaxşı təbliğat aparmışdı, İdarə Heyətinə düşdü. Eyni zamanda digər yeni media nümayəndələrimiz. İdarə Heyətində tanınmış şəxslər də var, yenilər də. Tam yenilənib. Mətbuat Şurası yeni heyətlə funksiyasını normal yerinə yetirmək əzmindədir. Hesab edirəm, Seçki Komissiyasının üzvləri də hamısı fərqli adamlar idi. Gördünüz ki, yeddidən doqquza artırıldı. Hamısı ümumi qərarla elan etdilər, vəssalam. Təkcə qurultaydan sonra Niyaz Niftiyevin ərizəsi oldu, bunun da izahını Mətbuat Şurası verib…

 

araz.az xəbər portalıl.”

ƏDV limiti artırılsın – Təklif yekdilliklə dəstəklənir

image 750x 63302205c9b84Deputat: “2015-ci ildəki 200 min manatla bugünkü 200 min manat eyni deyil”

AİB sədri: “Dünyada yerli istehsalı artırmaq, ixracı stimullaşdırmaq üçün vergi güzəştləri tətbiq olunur, bizdə isə əksinə - ödəmələri artırırlar”

İqtisadçı: “Hökumət təcili olaraq bu yöndə addımlar atmalı və islahatlara başlamalıdır”

araz.az  Ayna.az-a istinadən bildirir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc əlavə dəyər vergisi (ƏDV) üçün tətbiq olunan limitin artırılması təşəbbüsü ilə çıxış edib. Deyib ki, 2015-ci ildə 116 AZN təşkil edən minimum əmək haqqı məbləği hazırda 300 AZN-ə qədər yüksəlib: “Rəsmi məlumatlara görə, manat ortalama 2016-cı ildə 12,4, 2017-ci ildə 12,9, 2018-ci ildə 2,3, 2019-cu ildə 2,6, 2020-ci ildə 2,8, 2021-ci ildə isə 6,7 faiz inflyasiyaya məruz qalıb. Biznes strukturlarının işçi, ofis və cari xərcləri 2-2,5 dəfə yüksəlib. Bütün bunlar biznes subyektləri arasında mənfəətin azalmasına, dövriyyənin vergidən yayınması meyllərinin artımına gətirib çıxarıb”.

“Qeyd olunanları rəhbər tutaraq, ƏDV-nin kiçik və orta biznes subyektləri üçün nəzərdə tutulan limitinin 200 min AZN-dən ilkin olaraq 300 min AZN-ə qaldırılmasını təklif edirəm. ƏDV-dən yenidən mənfəət ödəyicisinə qayıtmaq həddinin 100 min AZN-dən 200 min AZN-ə, müddətin isə bir ildən altı aya qaldırılması təşəbbüsü ilə çıxış edirik”, - deyə AQC sədri bildirib.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, Azərbaycanda illik dövriyyəsi 200 min manat həddini keçən kiçik və orta sahibkarlıq subyektləri əlavə dəyər vergisi ödəyicisinə çevrilirlər. Belə olduğu təqdirdə, mənfəət və sadələşdirilmiş vergi ödəyiciləri ilə müqayisədə ƏDV ödəyiciləri təqribən 2,5-3 dəfə artıq məbləğdə vergi ödəyirlər. Bəzi hallarda isə sahibkarlıq subyektləri daha artıq vergi ödəməkdən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Nəticə etibarilə həm dövlət büdcəsi zərərə uğrayır, həm də sahibkarlar artıq xərcə düşürlər. Eləcə də bu ödənişləri bir çox hallarda kommersiya subyektləri qiymətləri qaldırmaq hesabına kompensasiya etməyə çalışır. Bu da öz növbəsində istehlakçılara zərbə vurur.

İqtisadçı həmkarları V.Orucun ƏDV limitin artırılması təşəbbüsünə dəstək veriblər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında söyləyib ki, sadələşdirilmiş vergi ödəyicilərinə ƏDV üçün tətbiq olunan illik limit mövcud reallığa uyğun deyil: “Təsəvvür edin ki, sonuncu dəfə 2015-ci ildə bununla bağlı qərar verilib. O zaman bu limit 160 min manat həddindən 200 min manat həddinə qaldırılıb. Ötən dövr ərzində ölkədə çox ciddi inflyasiya baş verib. Qiymətlər faktiki olaraq iki dəfə artıb, bütün xidmətlər bahalaşıb. 2015-ci ildəki 200 min manatla bugünkü 200 min manat eyni deyil. Bu baxımdan ekspert Vüqar Orucun bununla bağlı təşəbbüsünü dəstəkləyirəm”.

“Bu, bütün biznes subyektlərinin, eləcə də istehlakçıların mövqeyini ifadə edən bir təşəbbüsdür. Çünki yekunda zərbə həm də istehlakçılara dəyir. Artıq vəsaitə düşən sahibkarlar qiymətləri qaldırmaqla uğradıqları zərəri kompensasiya etməyə çalışırlar”, - deyə deputat vurğulayıb.

Əhmədovun sözlərinə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Dövlət Vergi Xidməti rəsmilərinin iştirakı ilə bu məsələ müzakirə olunub: “Komitə olaraq Dövlət Vergi Xidmətinə bununla bağlı öz təkliflərimizi vermişik. Yəqin ki, yaxın zamanlarda bu məsələyə yenidən baxılacaq və müvafiq qərar veriləcək. Bu gün sahibkar sadələşdirilmiş vergi ödəyicisi kimi VÖEN açır və dövriyyə 200 min manata çatan zaman fəaliyyətini dayandırır. Sonradan yeni bir adla vergi ödəyicisi kimi fəaliyyətə başlayır. Belə olan halda vergi ödəyicilərinin sayı süni şəkildə artır. Hesab edirəm ki, sadələşdirilmiş vergidə dövriyyə həddi müzakirə edilərək 400 min manatadək artırıla bilər. Bu həddi keçən sahibkarlara 15 faizə kimi vergi tətbiq edilməlidir”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da AYNA-ya şərhində təklifi dəstəklədiyini qeyd edib: “Tamamilə haqlı təklifdir. Azərbaycanda istehlakçı hüquqlarının pozulması ənənəyə çevrilib. İstehlakçı hüquqlarının pozulması ilə bağlı əvvəllər ay ərzində yüz şikayət alırdıqsa, artıq bu şikayətlərin sayı minlərlədir. Açıq şəkildə söyləmək olar ki, bu gün istehlakçı hüquqları həm hökumət orqanları, həm də sahibkarlar üçün ən sonuncu məsələyə çevrilib. İş adamları iddia edirlər ki, onların xərcləri çoxdur. İstehsal və idxal xərcləri bahadır, digər yandan da inzibati məhdudiyyətlər mövcuddur”.

“Sadələşdirilmiş vergi ödəyiciləri illik 200 min manat dövriyyə edən kimi ƏDV ədəməyə məcbur olurlar. Bura digər vergi ödəmələrini də əlavə etsək, kifayət qədər ciddi xərc yaranır. Nəticədə sahibkar da dəymiş zərəri ya qiymətləri qaldırmaq, ya da məhsulun keyfiyyətini azaltmaqla kompensasiya etməyə çalışır”, - deyə həmsöhbətimiz bildirib.

AİB sədri 2015-ci ildən bu yana iki dəfədən artıq inflyasiya yaşandığını xatırladıb: “Ərzaq və qeyri-ərzaq məhsullarının, eləcə də xidmətlərin qiymətləri artıb. Ancaq ƏDV üçün tələb olunan limit yerindədir. Bu rəqəm ən azı iki dəfə qaldırılmalıdır. Əks halda biz onsuz da hüquqsuz durumda olan istehlakçıları daha ciddi sınaq qarşısında qoyuruq. Dünyada yerli istehsalı artırmaq, ixracı stimullaşdırmaq üçün vergi güzəştləri tətbiq olunur. Bizdə isə əksinə - ödəmələri artırırlar. Rəsmi dairələr bununla bağlı qərar qəbul etməlidir”.

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli də eyni fikirdədir. AYNA-ya danışan mütəxəssis təklif edir ki, sadələşdirilmiş vergi ödəyiciləri üçün əlavə dəyər vergisi illik 400 min manat həddində müəyyən edilməlidir: “Bununla bağlı iqtisadçı həmkarımız Vüqar Orucun təklifini dəstəkləyirik. Çünki ötən dövr ərzində iqtisadi münasibətlər sistemində baş verən dəyişikliklər, qiymətlərin əhəmiyyətli dərəcədə artması bu qərara yenidən baxılmasını qaçılmaz edir”.

“Sahibkar görəndə ki, illik 200 min manat dövriyyə etdiyi təqdirdə ƏDV ödəyicisinə çevriləcək, bu və ya digər yollarla vergidən yayınmağa çalışır. Nəticədə dövlət büdcəsi zərərə uğrayır. Eləcə də istehlak bazarında qiymətlər artır. Bu da sosial durumu onsuz da acınacaqlı olan əhalini daha çıxılmaz duruma salır. Hökumət təcili olaraq bu yöndə addımlar atmalı və islahatlara başlamalıdır”, - deyə Cəfərli fikrini tamamlayıb.

araz.az xəbər portalı.

Azər Həsrət Mətbuat Şurasının qurultayından danışdı: “Heç kim stəkanda fırtına yaratmağa cəhd etməsin”

azerhesret

“İddia edirlər ki, jurnalistlərin VIII qurultayında saxtakarlıq olub, bir nümayəndəyə iki bülleten verilib. Şəkil və video da paylaşırlar. Amma şəkildə də, videoda da görünür ki, bülleteni alan adamın əlində iki mandat var. Suala cavab olaraq da bildirir ki, digər yoldaşı xahiş edib, adam bülleteni onun yerinə də götürüb. Fəlakət, faciədirmi bu? Təbii ki, deyil. Bilirsiniz niyə? Çünki mandat adamın əlindədirsə, demək ki, mandatın sahibi də ordadır, seçimini özü edəcək. Sadəcə, fürsətkən siqaret çəkməyə, çay içməyə çıxıb. Normal bir haldır”.

araz.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib.

“Digər bir iddia da budur ki, jurnalist bir nəfərin telefonundakı siyahıya baxaraq namizədlərə səs verməsini lentə alır (hələ belə çəkiliş etməyin ədəbsizliyini bir kənara qoyuruq) və iddia edir ki, əvvəlcədən siyahı varmış. Nə qədər anormal olmalısan ki, belə bir iddia irəli sürəsən! Təbii ki, 23 nəfərə səs verəcək adam əvvəlcədən özü üçün bir siyahı-yaddaş tərtib edəcək və səs verərkən ondan yararlanacaq. Burada hansı qanunun hansı bəndi pozulub? Heç bir qanun pozuntusu yoxdur. Daha bir “pozuntu”. Mikrofon qarşısında həyəcan keçirən qadın jurnalist Rəşad Məcidə səs verəcəyini deyir. Sədr vəzifəsinə. Jurnalist də ona yönəldici sual verib çaşdırmağa çalışır. Burda da qanun pozuntusu axtarır. Əgər kimsə öncədən qərarlaşdıraraq, yaxud elə təbliğat nəticəsində Rəşad Məcidə səs verirsə, burda hansı qanun pozulur? Seçki öncəsi əlbəttə ki, təbliğat da var, lap yeri gələndə, həmkar olaraq kimsə kimdənsə kiməsə səs verməyi xahiş də edə bilər. Normal deyilmi bu? Normaldır. Bunu mən deyirəm, Azər Həsrət. Ki, 10 illərdir yalnız Azərbaycanda deyil, beynəlxalq platformalarda da bənzər qurultaylarda iştirak edib belə təbliğat üsullarını görmüşəm. Və şəxsən özümə də yanaşıb səs verməyimi istəyənlər olub. Və şəxsən özüm də başqa nümayəndələrə yanaşıb mənə səs vermələri üçün təbliğat aparmışam. Söz beynəlxalq təcrübədən düşmüşkən, Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu kimi qurumların qlobal qurultaylarında dəfələrlə iştirak etmişəm. Örnək üçün, BJF-də üzv təşkilatların fərdi üzvlərinin sayına görə təşkilata səs haqqı – nümayəndə yeri ayrılır. Həmin nümayəndələrin sayı 1 də ola bilər, 10 və daha çox da. Və hərəsi də bir səs deməkdir. Qurultayda həmin 10 səs sahibi olan təşkilatdan 10 nəfər deyil, 1 nəfər belə iştirak etsə də, yenə seçki zamanı 10 səs verə bilər. Çünki həmin 10 səs o təşkilatın haqqıdır və heç kim o haqqı onun əlindən ala bilməz. Şəxsən mən özüm bir dəfə qurultayda 2 bülleten alıb səs vermişəm. Demək istədiyim odur ki, indi bu “saxtakarlıq” kimi təqdim edilməyə çalışılan hal da o qəbildəndir. Adamın əlində 2 mandat varsa, 2 bülleten alması təbiidir. Qurultay nümayəndələrinin siyahısı dərc edilib, bülletenləri də verərkən siyahıda mandatı yoxlanılaraq onu alan adamın qarşısına işarə qoyulurdu ki, təkrar ala bilməsin. Bu qədər açıq və sadədir məsələ. Ona görə də stəkanda fırtına yaratmaq cəhdi etməsin heç kim...” – A.Həsrət qeyd edib.

araz.az xəbər portalı.

4 -dən səhifə 2270

Əlaqəli xəbərlər