Ermənilər Laçını da bu cür tərk edir – VİDEO

Screenshot 1 113 1

Üçtərəfli bəyanata əsasən Ermənistanın işğal etdiyi Laçın rayonu dekabrın 1-dən Azərbaycana təhvil verilir.

araz.az Turkustan info-ya istinadən xəbər verir ki, bu rayonda yaşayan ermənilər də Kəlbəcər və Ağdamdakı kimi barbar hərəkətlərini davam etdirirlər. Belə ki, saat 00.00-a kimi rayonu boşaltmaq məcburiyyətində qalan ermənilər evlərini yandıraraq tərk edirlər.

Sosial şəbəkələrdə erməni qız tərəfindən yayılan kadrlar da onların bu əməlini sübut edir.

araz.az

Sonuncu erməni Laçını tərk etdi – VİDEO

Screenshot 2 44

İşğal etdikləri Laçın rayonunu dekabrın 1-də Azərbaycana qaytarmalı olan erməni ordusu və əhalisi artıq rayon ərazisini tərk edib.

araz.az Turkustan.info-ya istinadən xəbər verir ki, bu barədə erməni politoloq Edqar Elbakyan öz feysbuk səhifəsində yazıb. O, Laçından video paylaşaraq “30 noyabr, saat 18:00. Sonuncu erməni Laçını tərk edir” sözlərini yazıb.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 6-cı bəndində Laçının dekabrın 1-də Azərbaycana təhvil verilməsi qeyd olunub.

araz.az

Bakıda yüksək vəzifəyə TƏYİNAT

1606738001 sevinc

Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

araz.az   xəbər verir ki, Süleymanova Sevinc Məmməd qızı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

Binəqədi Rayon İcra Hakimiyyəti faktı təsdiqləyib.

Sevinc Süleymanova 31 avqust 1975-ci ildə Oğuz rayonunda anadan olub. 1982-1992-ci illərdə Bakı şəhəri Binəqədi rayonu H.Cəbrayılov adına 99 № li tam orta məktəbdə təhsil almışdır. 1997-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) Rus dili və ədəbiyyatı ixtisasını, 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə tam yenidənhazırlanma kursunu, 2012–ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakultəsini fərqlənmə diplomu ilə bitirib.

2011-ci ildən Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının Qadınlar Şurasının İdarə Heyətinin üzvüdür.

Əmək fəaliyyətinə 1997-ci ildə Binəqədi rayonu R.İmanov adına 205 № li tam orta məktəbdə rus-dili və ədəbiyyatı müəllim kimi başlayıb, 1998-2019-cu illərdə Bakı şəhəri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini olaraq davam etdirib. 2019-2020-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin məsləhətçisi vəzifəsində çalışmışdır.

Dövlət qulluğunun kiçik müşaviridir.

Ailəlidir, üç övladı var.

Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” + VİDEO

310507
 
Rusiyanın Krasnodar, Rostov, Stavropol vilayətində və başqa şəhərlərdə ermənilər illərdir ki, kompakt yaşayırlar. 
Ermənilər bu yerlərdə bəzən Rusiya qanunvericiliyinə zidd olaraq istədikləri adama heykəl qoyur. (faşist Njdeyə qoyduqları heykəl kimi), mənsub olduqları kafe, restoranları yalnız erməni adları ilə bəzəyir, küçələrin əksəriyyətinə tanınmış ermənilərin adlarını verirlər. Və bütün göstəricilər, reklam şitləri rus dili ilə yanaşı erməni əlifbası ilə də yazılır. 
Rostov vilayətində çəkilən bu videoda yerli rusiyalı təəccübü ilə yanaşı perspektiv təhlükənin də onları gözlədiyini qeyd edir.

"Moskva ona sadiq qalan Bakıya xəyanət etdi" - Maksim Şevçenko

siyaset rus

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi.

araz.az  Azsiyasət.com-a istinadən xəbər verir ki, bunu tanınmış rusiyalı siyasətçi və ictimai xadim Maksim Şevçenko RTVI telekanalında Tina Kandelakiyə verdiyi müsahibəsində bildirib.

Siyasətçi qeyd edib ki, Sovet İttifaqı nasist Almaniyasını məhz Bakı neftinin sayəsində məğlub etməyi bacarıb:

“Buna cavab olaraq Rusiya açıq-aşkar Ermənistanı dəstəkləyərək Azərbaycana xəyanət etdi. Rusiya Sovet İttifaqının Bakının neft sahələrinin ehtiyacları üçün tikilmiş nüvə elektrik stansiyasından İrana gizli şəkildə elektrik enerjisi satan ölkəyə dəstək oldu.

Üstəlik, indi ermənilər öz ölkələrini Rusiyanın Qafqazdakı qalası hesab edir. Təsəvvür edirsiniz, tamamilə Rusiyadan asılı olan cılız Ermənistan özünün qala olduğunu bəyan edir. Əslində isə Ermənistan tamamilə Moskvadakı erməni lobbisindən asılıdır”.

Şevçenko onu da vurğulayıb ki, Moskvadakı erməni lobbisi Vladimir Putinin şəxsən bu mövzuda ağlabatan mövqe tutduğu bir vaxtda Rusiya hakimiyyətini Azərbaycana qarşı istiqamətləndirib:

“Lakin Putin həmişə İlham Əliyevlə şəxsi münasibətlərini qoruyub”.

5 -dən səhifə 1069

Əlaqəli xəbərlər