"Uğurlu cavab tədbirləri Azərbaycan Ordusunun hərb elminə gətirdiyi növbəti yenilik oldu" - Zakir Həsənov

ZAKIRHESENOV

Müxtəlif qoşun növü bölmələrinin gecə saatlarında eyni anda bir neçə istiqamətdə çətin relyefli, dağlıq ərazidə qarşılıqlı əlaqədə həyata keçirdiyi uğurlu cavab tədbirləri Azərbaycan Ordusunun hərb elminə gətirdiyi növbəti yenilik oldu.

araz.az  xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində keçirdiyi xidməti müşavirədə deyib.

Z.Həsənov qeyd edib ki, bu döyüşlər dünyanın aparıcı hərbi mütəxəssisləri tərəfindən araşdırılacaq və təhlil ediləcək.

araz.az xəbər portalı.

“Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir

 названияÜnsiyyəti hər kəs üçün daha əlçatan etməyi hədəfləyən “Nar”, BMT tərəfindən qəbul olunmuş 23 Sentyabr -- Beynəlxalq Jest Dili gününə öz dəstəyini ifadə edir. Belə ki, eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasının önəmini dərk edərək, mobil operator KSM strategiyası çərçivəsində, bu istiqamət üzrə mühüm sosial əhəmiyyətə malik layihələr həyata keçirir.
        

       Bu barədə, mobil operatordan araz.az-a daxil olan məlumatda bildirilir ki, “Regional İnkişaf” İctimai Birliyinin “Sosial layihələr” müsabiqəsinin qalibi olan “Doğma jest dili” lüğətinin ölkədə ilk dəfə elektron versiyası – jestdili.az saytı, “Nar”ın da dəstəyi ilə ərsəyə gətirilib. Bu elektron lüğət artıq bir ildir ki, Azərbaycanda eşitmə məhdudiyyətli insanların vahid jest dili lüğəti kimi istifadə olunur. 3000-ə qədər söz və söz birləşməsinin izahedici mətnləri, 2000-dən çox jestin şəkilləri və videoları yerləşdirilən sayt eşitmə və nitq məhdudiyyətli şəxslər və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyənlər üçün  böyük əhəmiyyət kəsb edir. Elektron lüğət Azərbaycan və rus dillərindədir, hər kəs üçün açıqdır və mobil cihazlar üçün də uyğunlaşdırılıb. Layihə haqqında ətraflı məlumatı hazırladığımız videoçarxdan izləyə bilərsiniz.

https://wetransfer.com/downloads/b2e40d05d120321c4bf2f8144fa093b420220921094906/a95cde

     Bundan başqa, mobil operator 2016-cı ildən bölgələrdə və paytaxtda eşitmə məhdudiyyətli insanların əmək yararlılığına və cəmiyyətə inteqrasiyasına dəstək üçün, “Təlim Məktəbi” layihəsini həyata keçirir. Davamlı layihələrdən olan “Təlim Məktəbi” sayəsində eşitmə və nitq məhdudiyyəti olan insanlar müxtəlif peşələr üzrə praktiki təlimlərdən keçir və onların uyğun iş yerləri ilə təmin olunmasına dəstək göstərilir. Ümumilikdə, təlimlərdən bu günə qədər 100-dən çox insan faydalanıb. “Nar”ın eşitmə və nitq məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası üçün sosial layihələri, həm də BMT Qlobal sazişinin bir üzvü olaraq, dayanıqlı inkişaf məqsədlərinə olan öhdəliyinə sadiqliyinin ifadəsidir.


        Ümumiyyətlə, “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə, ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq, sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

0 jest dili az

araz.az xəbər portalı. 

Azərbaycan əhalisinə XƏBƏRDARLIQ - Bu günlərdə telefonla danışmayın

1663913465 hava simsekFövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

araz.az bildirir ki, FHN-in Mətbuat Xidmətindən verilən məlumatda deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq tədricən ayın 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bir sıra ərazilərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı baş verən yanğının sürətlə yayılma riskini nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Bundan əlavə, yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir".

araz.az xəbər portalı.

Sizin gördüyünüz işin, fəaliyyətinsə bir adı var: KODU XƏYANƏT!

56d777a7 b6a2 4913 b6fb 2ff95685bdbcAslanlar döyüşdə olanda, çaqqallar hinlərdən toyuq -cücə çırpışdırar.Bu gün Azərbaycanın igid oğulları Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə əzəli və əbədi torpaqlarımızı ermənilərin 100 illik əsarətindən xilas edərək sarsılmaz bir inamla məqsədə doğru irəlilədiyi, son 30 ildə erməni vandallarının xarabazara çevirdiyi Qarabağı heç kəsin yardımı olmadan azad etdiyi və hər yerdə geniş quruculuq işlərinə başlayıb Böyük qayıdışa hazırlaşdığı bir vaxtda içimizdə " sapı özümüzdən olan baltalar" ( bəlkə də erməniliyini gizlədən satqınlar) bizi kürəyimizdən vurmağa can atır.  

   Məşhur bir deyim var: " düşmən o kəsdir ki, sənə qəsdən, bilərəkdən pislik eləyir!" Bu gün quzu dərisinə bürünən bir dəstə çapolçu özünü “xilaskar” qiyafəsində təqdim etməyə çalışır. Əcaba bu " xilaskarlar" 1988- ci ildə , on minlərlə soydaşımızın varını-dövlətini əlindən alıb, başını yarıb, gözünü çıxarıb qışın soyuğunda qarlı dağlardan aşıb doğma yurd-yuvalarını tərk edərək qaçmağa məcbur edilənlərin faciəsini nə tez unutdular? Niyə illər sonra belə bu insanların-Azərbaycana pənah gətirənlərin hüquqlarını müdafiə etmək barədə düşünmədilər? Hər hansı bir Beynəlxalq tədbirdə haqq səslərini qaldırıb bu insanların yaşantılarından söz açmağa qeyrət göstərmədilər? Əksinə, pusquya çəkilib məqam, fürsət gözlədilər? Bəs kimdir bu gün bizim dövlətimizin haqq işini müdafiə etmək əvəzinə, ermənilərin və onlara dəstək verənlərin yambızını öpənlər ki, indi baş qaldırıb suyu bulandırmağa çalışırlar? 

      Sual olunur "Əgər siz belə "vətəncanlı" idinizsə, niyə bu 30 illik işğal dövründə bir dəfə də Zəngəzur, Göyçə demədiniz? Niyə onda ermənilərdən, onların havadarlarından və hələ də “üç meymun oyunu” oynayan dünya liderlərindən və ictimaiyyətindən "Zəngəzur- Göyçə Dövləti”nin ərazi bütövlüyünü, müstəqilliyini tanımağı tələb etmədiniz!? Bu torpaqların xilası naminə ətrafınızdakı havadarlarla, “qüdrətli siyasətçilərlə" qurduğunuz "dövlətin" ordusu, topu-topxanası ilə onu erməni işğalından azad etmədiniz? Niyə indi Azərbaycanın on minlərlə igid oğunun qanı-canı və ölkənin Ali Baş Komandanı İlham Əliyevin mükəmməl və ardıcıl siyasəti, dəmir iradəsi və yumruğu ilə azad edilən torpaqlarda yeni bir "dövlət" yaratmağa qalxmısınız? Xeyir ola? Bu ixtiyarı və cəsarəti sizə kim verib ki, yoğurub, yapmadığınız kökəni sahiblənmək xəyalına düşmüsünüz?! 

    Dünyanın istənilən ölkəsində, ən ali siyasət meydanlarında Azərbaycanın haqq səsini ucaldan da, ermənini təcavüzkar, işğalçı adlandırıb danılmaz faktlar, təkzibedilməz dəlillərlə onların bu torpaqlara gəlmə olduqlarını sübut edən də Azərbaycan dövlətinin başçısıdır-cənab İlham Əliyevdir! O illərdir ki, ən uca kürsülərdə hər kəsin eşidəcəyi və anlayacağı dildə danılmaz dəlil və sübutlarla hayların “qədimliyinin” mif olduğunu açıqlayıb və dönə-dönə kimsədən çəkinmədən bəyan edib ki, haylar zaman-zaman xaricdəki havadarların tulapayı sədəqəsi və dəstəyi ilə bizim halal-hümbət torpaqlarımızda Hayastan adlı dövlət qurmağa nail olsalar da oralara sahiblənə bilməyiblər. Əksinə,o yerlərin əzəli və əbədi sakinlərinin-azərbaycanlıların varlığını danacaq bütün vasitə və üsullara əl atıblar; şəhər, rayon və kəndlərin adını dəyişdiriblər, qədim tikililərimizi yer üzündən siliblər, Məscidlərimizi dağıdıblar! 

   Ölkəmizin başçısı XX yüzilliyin sonunda yeni torpaqlar qamarlamaq eşqinə düşən hayların arzusunu gözündə qoyanda siz Türkiyə küçələrində simit, saqqız satırdınız! İndi sizi hansı "top oyatdı ki" sahibiyəm deməyə zərrəcə haqqınız olmayan torpaqda kağız üstə dövlət yaradıb ona rəhbərlik etmək iddiası ilə ara qarışdırır, dünyanın fikrini yayındırmağa, hayların ağzına saqqız verməyə çalışırsız? 

     Bizim Ali Baş komandan təğyiri-libas olub əynində döyüş uniforması düşməndən azad edilən torpaqlara bir-bir heç kəsdən və heç nədən çəkinmədən bayraq sancanda, hay bayquşlarının viranə qoyduğu məscid divarlarını öpəndə siz hardaydınız? 

Bu gün sizə "zəhər verən o kərtənkələlərə ( əgər cəsarətiniz çatırsa) niyə demirdiniz ki, bu azğın topluma bir göz ağartsın! Sizin kimilər bu gün erməni şovinistlərinin və dünyanın düzənini öz milyardlarının həcmini artırmaq naminə min bir oyundan çıxanların dəyirmanının heç bir vintciyi də deyilsiniz. Buna əmin olun! Siz sadəcə bu günkü reallığı görməyən ətrafınızda baş verən siyasi oyunlardan baş çıxarmağı bacarmayan və nəhayət Azərbaycanın bu günkü inkişafını və uğurlarını həzm etməyi bacarmayan bir dəstə qaraguruhsuz! Və ən ağrılısı da bilirsinizmi nədir? Siz özünüzü Qərbi Azərbaycanlı kimi qələmə verib yüz minlərlə soydaşımızın həm cəbhədə, həm ictimayi - siyasi aləmdə, həm elm-təhsil, mədəniyyət, bir sözlə həyatın bütün sahələrində öz zəhməti, fəallığı, dürüstlüyü, sədaqəti ilə məxsus olduğu millətin maraqlarını müdafiə edənlərin adına qara ləkəsiniz!
Siz kağız üzərində özünüzü "yaratdığınız dövlətin şahı, kralı da, baş-ayaq naziri" elan etsəniz də yenə bizim üçün heç kim, heç nəsiniz!!! 

Bütün çabalarınız sabun köpüyü kimi bircə andaca yox olub gedəcək, çünki bu ölkə sizin kimi “dövlət quranları” çox görüb. Sizin gördüyünüz işin, fəaliyyətinsə bir adı var: XƏYANƏT!
Telli PƏNAHQIZI.

Paşinyan Arayiki Qarabağ haqda bəyanatını dəyişməyə məcbur etdi...

1663823349 pasinyan arayik qarabaSentyabrın 13-də Ermənistanın təxribatı nəticəsində sərhəddə baş vermiş qanlı toqquşmalardan sonra  artıq  32-ci ildir ki, Moskvanın dəstəyi ilə Azərbaycan torpaqlarında qondarılmış və hazırda Rusiya "sülhməramlı" hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan verdiyi bəyanatı cəmi iki saat sonra dəyişməli olub.
 
araz.az  xəbər verir ki, Ermənistanın "Past" nəşrinin yazdığına görə, Arayiki bəyanatı dəyişməyə baş nazir N.Paşinyan məcbur edib.
“Sentyabrın 14-də Nikol Paşinyanın Ermənistan parlamentində “sənədə imza atmaq” barədə məşhur bəyanatından sonra minlərlə vətəndaşımız Baqramyan prospektinə axışıb. Və bundan əvvəl böyük izdihamdan qorxan Nikol Paşinyan "Facebook"-da canlı yayım vasitəsilə deyilənləri “təkzib etməyə” və ya “tərcümə etməyə” çalışıb.  Elə həmin vaxt Arayik Arutyunyan da bəyanat yayıb və baş verənlərə kifayət qədər sərt qiymətlər verib: 
 “Biz dəfələrlə bəyan etmişik və indi də təsdiq edirik ki, Artsaxı Azərbaycanın bir hissəsi kimi tanıya biləcək bütün sənədlər bizim üçün qəbuledilməzdir”- erməni qəzeti  belə yazır.
Ermənistan nəşri daha sonra yazır ki, bir neçə dəqiqəlik fərqlə separatçı-terrorçu rejimin qondarma "xarici işlər naziri" də oxşar nota-bəyanatla çıxış edib. Lakin bu bəyanatdan düz iki saat sonra Arutyunyan məzmunu əvvəlkindən açıq şəkildə fərqli olan daha bir açıqlama verib. 
“Ermənistan hakimiyyəti ilə əldə olunan razılaşmaya əsasən onların imzaladığı istənilən sənəddə Artsax xalqının maraqları və fikirləri nəzərə alınmalıdır”, - deyə Arutyunyan bu dəfə bildirib.
“Past” qəzetinin yazdığına görə, Arutyunyanın ilk bəyanatından sonra Nikol Paşinyan ona zəng edib və kifayət qədər sərt tonda bu cür davranışın yolverilməzliyini bildirməklə ondan yeni bəyanatla çıxış etməyi tələb edib.
"Görünür, bu, öz təsirini göstərib. Bunu həm ikinci bəyanat, həm də Arayikin mesajları ilə müşayiət olunan son video-müraciəti sübut edir"- deyə erməni nəşri bildirib.
 
araz.az xəbər portalı.

6 -dən səhifə 2270

Əlaqəli xəbərlər