Nensi Pelosinin Ermənistana səfərinin səbəbləri açıqlandı

NENS8“Nensi Pelosinin Ermənistana səfərinin bir neçə səbəbi var: ABŞ da noyabr ayında seçkilərdir, Demokratlar Partiyasının reytinqi çox aşağıdır, erməni əsilli təmsilçi Anna Eşoo və Caki Speieri yanına alıb İrəvana gəlməklə səs qazanmağı düşünür. Demokratlar Partiyası üçün hər səs önəmlidir, çünki Respublikaçılar qalib gəlsə Pelosi tək kreslosundan olmayacaq, həm də son 2 ildə Demokratların etdiklərinə görə bütün “demokratlar elitası” cavab verməyə məcbur olacaq”.

araz.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərlinin sözlərinə görə, Nensi Pelosinin səfəri ilə deyir ki, Nikola dəyməyin, uşaqdır, Ermənistan kimi ölkələrdə (elə bizdə də) bir çox insanlar hakimiyyət üçün ABŞ-ın istəyinin əsas faktor olduğunu düşünən siyasi elita və cəmiyyət var və belə dəstək cəmiyyətdə dəstək görənə etimadı artırır: “ABŞ, Qərb Ermənistanı Rusiyadan ayırmağı sürətləndirir, çünki Cənubi Qafqazda Rusiyaya həm faktiki, həm də hüquqi (KTMT, Gömrük İttifaqı, Kremlin hərbi bazaları) ən sıx və çox bağlı ölkə məhz Ermənistandır. Gürcüstan və Azərbaycan iqtisadi və siyasi olaraq daha çox Qərbə bağlıdırlar. ABŞ (Qərb) Rusiya ətrafında çəmbəri daraldır, burada ən zəif halqa Ermənistandır, çünki həm Gürcüstanda, həm Azərbaycanda hər sahədə Türkiyə var, Ermənistan mütləq Rusiyadan qaçmalıdırsa, bunun da yolu məhz Türkiyədir, Azərbaycanla normal münasibətlərdir. Bu səfər Azərbaycanla ABŞ (Qərb) arasında müəyyən ritorik problemlər yarada bilər, ümid edirəm ki, Nensi Pelosi səhv addımlarla Çinlə Rusiyanı yaxınlaşdırdığı kimi, rəsmi Bakını da Qərblə münasibətlərdən soyutmaz, yəni məntiqlə ABŞ bunu istəməməlidir. Bu səfər Kremlin Ermənistana qəzəbini artıracaqsa, olsun, bu qəzəbin bizim üçün dividentə çevrilməsi yolları da mövcuddur. Amma qlobal olaraq Ermənistanın Rusiya təsirindən çıxmasına mane olmamalıyıq, bu bizə xeyirdir, çünki Kremldən aralanan yol Anadoludan keçir...”.

araz.az xəbər portalı.

Deputat: “Nensi Pelosinin Ermənistana səfəri ABŞ-Azərbaycan münasibətlərinə təhlükədir”

melahet66

“Tayvan səfəri ilə dünya mətbuatının səhifələrində hələ də müzakirə olunan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib. Yeri gəlmişkən qeyd edim ki, Pelosinin Çin üçün “qırmızı xətt” olan Tayvana səfəri beynəlxalq aləmdə təqdir edilməkdən daha çox tənqid olunmuşdu. Görünür, dünyaya demokratiya, ədalət, insan haqları, hüququn aliliyi haqqında dərs verən ABŞ-ın bu qocaman siyasətçisinin siyasi fəaliyyətində götürülmüş öhdəliklərə məsuliyyətli və ədalətli yanaşma, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq hüquq, qanunun aliliyi və obyektivlik kimi amillər yoxdur”.

araz.az  Pravda.az-a istinadən bildirir ki, bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, normalda siyasi görüşləri fərqli olsa da, bütün siyasətçilər üçün dövlət marağı onun qrup və fərdi marağından daha öndə və yüksəkdə dayanır: “Fikirlərimlə hansısa bir siyasətçiyə nəyisə öyrətmək niyyətində deyiləm. Sadəcə bildirmək istərdim ki, ABŞ-ın qocaman siyasətçisi, Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin açıq-aşkar birtərəfli məqsəd və maraqla Ermənistana səfəri Azərbaycan ictimaiyyətində ciddi, haqlı narazılıq yaradıb. Doğrusu, bir deputat kimi ictimaiyyətin və seçicilərimizin, Pelosinin bu səfərinə etiraz edənlərin sualına cavab vermək çox çətindir. Həm yaşda, həm də siyasətdə qocaman olan Pelosi bu səfəri ilə öz şəxsi və qrup marağının, hətta ABŞ-Azərbaycan strateji münasibətlərindən önəmli olduğunu göstərir. Bir tərəfdən deyə bilərik ki, bu, onun şəxsi işidir. Amma ABŞ siyasətində mötəbər vəzifə tutan bir siyasətçinin populist və qrup marağı aydın olduğu qədər də anlaşılan deyil”.

M.İbrahimqızı xatırladıb ki, ABŞ 30 ilə yaxın Qarabağ münaqişəsinin həllində fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biridir: “Belə səfərlər hər zaman Cənubi Qafqazın üç respublikasında həyata keçirilib. Bu mənada, Pelosi ölkəsinin imicinə xələl gətirən, ermənipərəst mövqeyə xidmət edən bu səfəri haqda ciddi düşünməli idi. ABŞ mətbuatında vaxtaşırı olaraq Pelosinin tam erməni diasporu və lobbisinim təsirində, hətta işbiriliyində olması barədə yazılar oxumaq olur. Onun bu səfəri birmənalı olaraq yazılanların etirafı anlamına gəlir. Sözsüz ki, heç kəsin, eləcə də mənim onun erməni sevdalısı olması haqda nəsə bir şey deməyə haqqım yoxdur. Onsuz da San Fransisko və Kaliforniyadan seçilmiş bir konqresmenin ermənilərə münasibətdə tərəfsiz olması da mümkün deyil. Problem ondadır ki, Pelosi Ermənistana sadə bir Amerika vətəndaşı kimi səfər etmir. Erməni sevdasını daim büruzə verən spikerin bu dəfə bu sevdanı nəinki İrəvandan bildirmək istəyir, eyni zamanda İrəvanda Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqeyini də bildirəcək. Öz siyasi fəaliyyətində insan hüquqlarını xüsusi vurğulayan qocaman xanım siyasətçi ötən dövrdə erməni işğalı zamanı bir dəfə də BMT-nin erməni təcavüzü ilə bağlı qəbul etdiyi qətnamələrdən, 1 milyon qaçqın və köçkünün pozulmuş hüquqlarından danışmadı. İqlim dəyişkənliyindən, ətraf mühitin qorunmasından danışarkən bir dəfə də olsun Qarabağda erməni vəhşiliyinin ətraf mühitə vurduğu təcavüzdən danışmadı. Azərbaycan xalqının 44 günlük haqlı davası olan Vətən Müharibəsi zamanı Ermənistanın təcavüzkar ordusunun Qarabağdan çox uzaqlarda - Gəncədə, Tərtərdə, Bərdədə, Mingəçevirdə törətdikləri terroru Pelosi eşitmədi. Terrorun qurbanları olan uşaq və qadınları, mülki insanları eşitmək, nə də görmək istəmədi. Bütövlükdə, bölgədəki gərginliyi yaxşı bilən qocaman xanım siyasətçinin məqsədi İrəvana gedərək iki qonşu arasındakı gərginliyi daha da artırmaqdır”.

Deputat əlavə olaraq bunları deyib:

“ABŞ Təmsilçilər Palatasının sədri xanım Pelosi və onu kimi düşünənlər bilməlidir ki, Azərbaycan xalqının 7-dən 77-yə hər bir vətəndaşı hər qarış torpağı üçün canından və həyatından keçməyə hazırdır. Bu gün Azərbaycan da, onun qəhrəman Milli Ordusu da 30 il bundan öncəki deyil. Azərbaycan xalqının nəyi necə və nə zaman etməyi dəqiq bilən yenilməz və məğlubedilməz Lideri var. Onun sarsılmaz və qətiyyətli siyasi iradəsinin ifadəsi olan “dəmir yumruq”un gücü haqqında da bu gün yetərli məlumatlar var. Şübhəsiz ki, Pelosi çox yaxşı bilir ki, onun dəstəklədiyi, əzizlədiyi və bəslədiyi ermənilər tərəfindən işğal dövründə Qarabağ torpaqlarına minlərlə minalar basdırılıb. Xanım Pelosi bilsin ki, bu gün Azərbaycanın hər bir vətəndaşı onun torpağına, ərazi bütövlüyünə, sərhədinə, müstəqilliyinə və dövlətçiliyinə göz dikənlər üçün bir minadır. Azərbaycan xalqının haqlı davasına susqunluq və ədalətsizlik göstərənlərə qarşı səbr və dözümü 30 il idi. Xanım Pelosinin dilində, yəni amerikan ingiliscəsində desək, “deadline” 30 il idi. Həqiqətən də, bu səfərin məqsədi həm aydın, həm də qaranlıqdır. Nəzərə alsaq ki, artıq erməni saytlarında onun səfər proqramında İrəvandakı sözdə “soyqırım” abidəsinə gül qoymaq və Xankəndinə səfər də var. Belə çıxır ki, bu xanımın məqsədi regiondakı hazırki vəziyyəti daha da ağırlaşdırmaq, ancaq qanamayan yerdən qan çıxartmaq, fitnə və fəsad toxumu səpməkdir. Nə isə, səfərin baş tutmasını gözləyək”.

araz.az xəbər portalı.

Azərbaycan Ermənistanın 32 hərbçisinin meyitini qarşı tərəfə təhvil verdi

kommissiya

Azərbaycan Ermənistanın 32 hərbçisinin meyitini qarşı tərəfə təhvil verib.

Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlum olduğu kimi, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədilmişdir. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki vermişdir.

Həmçinin bildiririk ki, hərbi əməliyyatlardan sonra bizim nəzarətimizə keçmiş ərazilərdə aşkarlanmış 32 Ermənistan hərbi qulluqçusunun meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun aidiyyəti əməkdaşları ilə birlikdə baxış keçirilmiş və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməmişdir. Sentyabrın 17-də həmin meyitlər qarşı tərəfə təhvil verilmişdir.

Hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcəkdir.

araz.az xəbər portalı.

Ermənistanın sərhəddəki təxribat zamanı verdiyi hərbi itkilər açıqlandı - SİYAHI

ermMedia Təhlil Mərkəzi sentyabrın 12-14-də Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşma zamanı Ermənistan tərəfinin məhv edilən hərbi texnikasının və canlı qüvvəsinin sayını açıqlayıb.

araz.az bildirir ki, bu barədə  mərkəzdən   verilən xəbərə görə, Ermənistan tərəfinin 4 radarı, 2 ədəd S-300 5N63 IYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, 2 ədəd S 125 RTS-125 radarı, 1 radioelektron mübarizə vasitəsi jitel, 14 top və haubitsası, 9 minaatan, 32 avtomobil texnikası, 3 KAMAZ, 1 URAL, 1 UAZ, 3 mühəndis texnikası, 1 zenit raket kompleksi, 35 müxtəlif çaplı atıcı silah, 20 əl qumbarası, 2 optik cihaz, 2 rabitə vasitəsi, 14500 ədəd döyüş sursatı və həmçinin müyyən istiqamətlərdə hava hücumundan müdafiə sistemi (HHM) məhv edilib.

Məlumatda qeyd olunub ki, qarşı tərəfin 1 briqadasının disloksiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının atəş mövqeləri dağıdılıb. Qeyd olunub ki, toqquşmalar zamanı 74 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 11 strateji yüksəklik nəzarətə götürülüb. Məlumatda bildirilib ki, Ermənistan tərəfi 450 nəfərədək canlı qüvvə itirib.

araz.az xəbər portalı.

Çap mediası təsis etmək hüququ verilən dövlət orqanlarının adları açıqlandı - SİYAHI

media5Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısı təsdiqlənib.

araz.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Siyahıda aşağıdakı dövlət orqanları yer alıb:

1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

6. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

7. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

8. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

9. Azərbaycan Milli Elmlər Akademiyası

10. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

araz.az xəbər portalı.

9 -dən səhifə 2270

Əlaqəli xəbərlər