Azərbaycan Milli Xalça Muzeyində “Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi” açılacaq

1663315772311751415 1000x669Sentyabrın 17-dən Azərbaycan Milli Xalça Muzeyində “Geyimin cazibəsi: Belqrad Etnoqrafiya Muzeyinin sərgisi” açılacaq.

Milli Xalça Muzeyindən  araz.az-a  bildirilib ki, Azərbaycanla Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş sərgidə Belqrad Etnoqrafiya Muzeyinin kolleksiyasından 64 eksponat nümayiş olunacaq. Serb xalqının mədəni irsini, onların keçmiş həyat tərzini özündə ehtiva edən bu nümunələr Balkan yarımadası və Orta Dunay düzənliyi ərazisində istifadə olunan, XIX-XX əsrlərə aid qadın və kişi geyimləridir. Əsasən gödəkcə və jiletlərdən ibarət olan eksponatların zəngin bədii tərtibatı, nəbati motivli rəngarəng naxışları Orta Dunay ərazisində kənd təsərrüfatının inkişafını, torpaqlarının zənginliyini, məhsuldarlığını simvolizə edir. Bunlar naxış elementlərinin, rənglərinin, biçiminin, formasının harmoniyasına görə yüksək zövqlə hazırlanmış, şəhər və kəndlərə məxsus gündəlik, həmçinin bayram geyimləri kimi xarakterizə olunan nümunələrdir.1663315772797748526 1000x669

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Serbiya Respublikası Mədəniyyət və Media Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyinin təşkilatçılığı, Serbiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilən sərgi oktyabrın 16-dək davam edəcək.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün serb xalqına aid ənənəvi tikmə naxışlarının tətbiqi ilə “özün rənglə”, fetr üzərində qaytanla sancma və sanama tikmələri üzrə ustad dərsləri keçiriləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Milli Xalça Muzeyi və Belqrad Etnoqrafiya Muzeyi arasında 2016-cı ildən başlanan qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində bir neçə layihə reallaşdırılıb, sərgilər keçirilib.16633157732348634391 1000x669

araz.az xəbər portalı.

Ermənistan Rusiyanı təhdid edir: “102 saylı bazanı rədd etmək lazımdır”

FotoJet 33

Ermənistanda bir sıra dairələr Rusiyanı açıq şəkildə təhdid etməyə başlayıb.

Belə ki, Ermənistanın “Erməni qartalları – Vahid Ermənistan” Partiyasının sədri Xaçik Asryan bununla bağlı fikirlər səsləndirib.

O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanı qorumalı olduğunu bildirib:
“Ya KTMT bizi qoruyur, ya da Ermənistan blokdan çıxır və 102 saylı Rusiya hərbi bazasını rədd edir”, - deyə X.Asryan qeyd edib.

araz.az xəbər portalı.

 

Qərbi Azərbaycan İcmasından ermənilərin son hərbi təxribatlarına kəskin etiraz -- BƏYANAT

ab9fcc03 cb26 4416 94c4 df151f44e361          Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti irimiqyaslı hərbi təxribatları ilə bağlı, Qərbi Azərbaycan İcması da, kəskin xarakterli Bəyanat verib. İcmadan araz.az-a da daxil olan bu Bəyanatda, mənfur düşmənin bəd niyyətli bu əməlləri daha kəskin şəkildə pislənir.  Həmin Bəyanatda deyilir:

“Araz” qəzetinin 16 yaşı tamam oldu

2022 09 15 559548 araz

MÜŞFİQƏ

Bu gün Britaniyada azərbaycan dilində çıxmış ilk qəzetin 16 yaşı tamam olur. “Araz”ın ilk sayı 15 sentyabr 2006-cı ildə Londonda çapdan çıxıb. Qəzet Britaniyada yaşayan və təhsil alan bir qrup azərbaycanlı gəncin səyləri və ilk universal musiqi məktəbi “All Talents Music School” şirkətinin dəstəyi ilə fəaliyyətə başlayıb. İlkin olaraq ayda bir dəfə 24 səhifədən ibarət olmaqla 5 min nüsxədə nəşr edilib.

973443 araz2

Qəzetin təsisçi redaktoru isə Vüsal Həmzəyevdir. V.Həmzəyev bildirib ki, təsisçi kimi bu tarix onun həyatının ən unudulmaz günlərindən biridir. Onun sözlərinə görə, müxtəlif ölkələrdəki Azərbaycan icmalarının yaşamı və fəaliyyəti, Azərbaycan Respublikası və Güney Azərbaycanda baş verən mühüm hadisələr barədə məqalələrin dərc edildiyi aylıq qəzetdə “Qonaq” (İngiltərədə yaşayan azərbaycanlı ailələrlə söhbət), “Səyahət”, “Əcnəbi ailə” rubrikaları maraq doğurub. Qəzet Londondakı Azərbaycan və türk icmalarının sevimli mətbuat orqanına çevrilməyi bacarıb.

Hazırda internet üzərindən fəaliyyətini davam etdirən “Araz” Avropa və dünyanın digər bölgələrində yaşayan azərbaycanlıların fəaliyyəti və xaricdə Azərbaycanla bağlı təşkil edilən tədbirləri işıqlandırılır, mühacirətdəki azərbaycanlılarla müsahibələr hazırlanır, xarici medianın Azərbaycanla bağlı dərc etdiyi məqalələr azərbaycan dilində oxucuya təqdim edilir. Eləcə də Londondakı Azərbaycan məktəbindəki yeniliklər, buradakı Azərbaycan Evində keçirilmiş Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı tədbirlər geniş işıqlandırılır.

Lakin “Araz” Böyük Britaniyada çıxan yeganə Azərbaycan dilli qəzet deyil. Belə ki, 2008-ci ildən Londondakı Odlar Yurdu Cəmiyyətinin təsisçiliyi ilə eyni adlı qəzet nəşrə başladı. Eləcə də 2013-cü ildə azərbaycanlı tələbələr üçün “Birlik” qəzeti fəaliyyət göstərdi. Cəmi 3 nömrəsi işıq üzü gördü.

araz.az xəbər portalı.

 

10 -dən səhifə 2270

Əlaqəli xəbərlər