ŞOK: Tanınmış hüquqşünas Qarabağa keçməyə QƏRAR VERDİ – “01 sentaybr 2018-ci il tarixdə, Bakı vaxt ilə səhər saat 9-00 da...”

14232610_128163910972424_842083779827376469_n.jpg

Tanınmış hüquqşünas Camal Əhmədov özünün Facebook səhifəsində beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edib. Muxalifet.az xəbər verir ki, artıq ahıl yaşında olan hüquqşünas doğulduğu Qarabağ torpağına keçib, orada can vermək istədiyini bəyan edib. Onun müraciətini olduğu kimi dərc edirik:
“BMT Təhlükəsizlik Şurasına, ATƏT-ə, bütün dünya dövlətləri və dünya ictimaiyyətnə!!!
Hörmətl insanlar, hamınıza məlum olduğu kimi, artıq 30 ildir ki, Ermənistan dövləti özünün işğalçı siyasətini davam etdirməkdədir. BMT TŞ-nın qəbul etdiyi məlum qətnamələrini icra etmir. 25 ildir işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarını geriyə çəkmir. 25 ildir didərgin ömrü sürərək, dözür və səbr edirik. Artıq səbrimiz tükənmişdir. Mən istər milli, istərsə də beynəlxalq qanun və konvensiyalarda nəzərdə tutulmuş hər hansı bir tələbi pozmadan, dinc və əliyalın olaraq, öz doğma torpaqlarımıza qayıtmağa qərar verdim.
66 yaşlı qoca və ağır formalı insult xəstəsi olan pensiyaçıyam. 01 sentaybr 2018-ci il tarixdə, Bakı vaxt ilə səhər saat 9-00 da Yevlax-Laçın magistral yolunun 49-cu kilometrliyindəki qoşunların təmas xəttindən işğal altında olan Ağdam rayonunun Baş Qərvənd kəndinə - doğulub boya-başa çatdığım doğma yurduma keçəcəyəm. Mənim və mənimlə birlikdə doğma yurdlarımıza qayıdan insanların təhlükəsizliyimizin təmin edilməsini hamınızdan xahiş edirəm.
Biz, dinc və əlyalın insanlar olaraq, doğma torpaqlarımızda ömür sürməyə hüquqlu və qərarlıyıq.
Səmimiyyətlə, Azərbaycan vətəndaşı Camal Xuduş oğlu Əhmədov”.

 

Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarının sayı açıqlandı

XIN001.jpg
Bu gün Azərbaycanda 65 ölkənin diplomatik nümayəndəliyi var. Ölkəmizdə 20-yə yaxın beynəlxalq təşkilat fəaliyyət göstərir. Həmçinin, 12 fəxri konsulluq var.

Aleksandr Lukaşenko əyyaşlıq edən dövlət məmurlarını vəzifələrindən kənarlaşdırıb

Lukasenko.jpg

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə ciddi kadr dəyişiklikləri aparıb.

126 saylı məktəb ləğv olundu, valideynlər aksiya keçirdi – Prezidentə müraciət

mekteb126.jpg126 nömrəli məktəbin şagirdləri valideynlərinə heç bir məlumat verilmədən müxtəlif məktəblərə köçürülüblər.

Bu barədə Qaynarinfo-ya valideynlərdən biri məlumat verib. O, nazirin müvafiq əmri ilə məktəbin idman təmüyyülü ediləcəyinin əsas göstərildiyini bildirib:

“İdmançılar üçün idman təmayüllü məktəb adı ilə biz valideynlərə heç bir məlumat verilmədən uşaqlarımızı ayrı-ayrı məktəblərə yönləndiriblər. Tədris ilinin başladığı bu ərəfədə şagirdlərin məktəblərindən didərgin salınması doğrudurmu? Biz valideynlər olaraq avqustun 29-da məktəbin önündə aksiya keçirərərk, etirazımızı bildirdik”.

Qarabağ TV ilə bağlı Prezident İlham Əliyevə müraciət edildi

qarabagTV.jpgSiyasi elmlər üzrə fələsəfə doktoru, dosent Zaur Əliyev Qarabağ TV ilə bağlı Prezident İlham Əliyev, Azərbaycan Respublikasının birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

970 -dən səhifə 1212

Əlaqəli xəbərlər