Amerika azərbaycanlı milyarderlərə də sanksiya tətbiq etdi - Siyahı

3c1228e61425fe141233166c21b30bff.jpg

ABŞ Maliyyə Nazirliyi Konqresə təqdim etdiyi “Kreml hesabatı” sanksiyalar paketinə 210 nəfərin adını daxil edib.

Araz.az xəbər verir ki, hesabatda adları yer alan şəxslərdən 114-ü Rusiyanın yüksək vəzifəli şəxsləri və dövlət şirkətlərinin rəhbərləri, 96 nəfəri isə oliqarxdır.

Siyahıda yer alanlar sırasında Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno, onun müavini Aleksey Qromov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov, Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko, Dumanın spikeri Vyaçeslav Volodin, “Rosneft”in rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və s. adı var.

Oliqarxlar siyahısında isə Əlişir Usmanov, Roman Abramoviç, Süleyman Kərimov, Yevgeni Kasperski, Oleq Deripaska, German Qref, Vladimir Kostin yer alıb.

***

“Kreml hesabatı”na Rusiya Nazirlər Kabinetinin əksər üzvləri daxil edilib.

Siyahıda Nazirlər Kabinetindən 30 nəfərin adı yer alıb. Bunlardan bir neçəsini təqdim edirik:

1. Dmitri Medvedyev – Baş nazir;

2. İqov Şuvalov – Baş nazirin müavini;

3. Sergey Prixodko – Baş nazirin müavini;

4. Aleksandr Xlopin – Baş nazirin müavini;

5. Vitali Mutko – Baş nazirin müavini;

6. Arkadi Dvorkoviç – Baş nazirin müavini;

7. Olqar Qolodets – Baş nazirin müavini;

8. Dmitri Kozak – Baş nazirin müavini;

9. Dmitri Roqozin – Baş nazirin müavini;

10. Sergey Şoyqu – Müdafiə naziri;

11. Maksim Oreşkin – İqtisadi İnkişaf naziri;

12. Vladimir Medinski - Mədəniyyət naziri;

13. Nikolay Nikiforov – Rabitə naziri;

14. Aleksandr Tkaçev – Kənd Təsərüffatı naziri;

15. Aleksandr Novak - Energetika naziri;

16. Anton Siluanov – Maliyyə naziri;

17. Sergey Lavrov – Xarici işlər naziri;

18. Vladimir Kolokotsev – Daxili işlər naziri.

Siyahıda həmçinin Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev, Baş Qərargah rəisi Valeri Gerasimov, Prezidentin Ətraf Mühitin Qorunması, Ekologiya və Nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov, Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Korobov, Moskva meri Sergey Sobyanin, Baş prokuror Yuri Çayka, Rusiya Dəmiryollarının rəhbəri Oleq Belozerov, “Rostex”in rəhbəri Sergey Çemezov, “Rosatom”un rəhbəri Aleksey Lixaçev, “Transneft”in rəhbəri Nikolay Tokarev, “Qazprombank”ın rəhbəri Andrey Akimov, “Aeroflot”un rəhbəri Vitali Savelyev, “Başneft”in rəhbəri Andrey Şişkin, “Tatneft”in rəhbəri Nail Maqanov yer alıblar.

Oliqarxların siyahısında azərbaycanlı milyarderlərə də yer verilib. Bunlar sırasında Araz Ağalarov, Fərhad Əhmədov, Qod Nisanov, Zarax İliyev və Vahid Ələkbərovun adı var.

Siyahıya həmçinin Ələkbərovun ortağı olan Leonid Fedun da düşüb. ABŞ burada Rusiya ermənilərinin ən varlı iş adamı olan Samvel Karapetyanı da unutmayıb. Siyahıya Tatarıstanın keçmiş prezidenti Mintamir Şaymiyevin oğulları Ayrat və Radik, Putinin dostları Arkadi və Boris Rottenberqlər, Gennadi Timçenkonun da adları daxil edilib.

Qeyd edək ki, bu siyahıda yer alan şəxslərin heç birinə sanksiyalar tətbiq edilməyəcək. Ekspertlər sadəcə olaraq bu hesabatla ABŞ rəhbərliyinin CAATSA qanununun öhdəliklərini icra etdiyini bildiriblər. Onların fikrincə, siyahıdakı şəxsləri heç bir məhdudiyyət gözləmir, amma bu siyahı onlara gələcəkdə müxtəlif bölgələrdə müxtəlif əngəllərin yaradılmasına, onlara qarşı xüsusi diqqət göstərilməsinə səbəb ola bilər. Bir sözlə, bu şəxslər daima “arzuolunmazlar” siyahısında yer alacaqlar.

SANKSİYA.jpg (136 KB)

2.png (125 KB)

3.png (133 KB)

4.png (155 KB)

Teleqram əvəzi: "Cənab general, məni qəbul edin!!!"

1517297868_27336283_802680356601828_3432556012467804872_n.jpg

və yaxud
"Proşşu, qospodin general, prekratite etu bumajnuyu volokitu"
 
Daxili işlər nazirinin müavini, DİN Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasova
Surəti
Daxili İşlər Naziri general-polkovnik Ramil Usubova,
Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşova 
 
Salam, cənab general!
 
Yox, narahat olmayın, elə bilməyin ki, ümidimi Sizdən, bu dövlətdən, bu dövlətin vətəndaşlarına verdiyi insan hüquqlarının toxunulmazlığına təminatdan üzmüşəm, ya da indiyə qədər Sizin haqqınızda olduğum və yazdığım yüksək fikirlərdə nəsə, hansısa redaktələr etmişəm və yaxud dəyişmişəm. Əsla! Sizi başa düşürəm, Sizə müraciətdən sonra Yasamal RPİ 28-ci bölməsinin rəisi polis polkovnik-leytenantı Eldar Qazıbəyovun mənə yazdığı cavabı oxuyanda nəinki başqalarının, hətta Özünüzün də özünüzə - daxili işlər orqanlarına və Şəxsinizə münasibətinizdə təbəddülatlar yarana bilər.
 
Boş verin, cənab general! Mən generalı əsgərə qurban verənlərdən deyiləm. Siz də mənə görə heç də pis olmayın! Pis olmalı ayrı məqamlardı ki, mən də onlara görə bu sətirləri yazıram və Sizinlə görüşə ümid edirəm. Çünki bu görüşə razılıq Sizin vəzifə borcunuz, mənim isə vətəndaşlıq haqqımdır! Beləliklə...
 
Mənim sevimli generalım, bilirsiniz söhbət nədən gedir, niyə Sizə bir daha və yenidən müraciət edirəm? Əvvəla, nəinki Sizə bu müraciətdəki mətni, hətta yeddicə sözlük, 47 işarəlik "xahiş edirəm, məni qəbul edin, cənab general!!!" teleqramını vurmağa pulum yoxdur! Və... heç kimdən də borc istəyə bilmirəm!
 
Bunun bir səbəbi odur ki, dostlarımın - yazılarımın və mübarizəmin pərəstişkarlarının - biri mənə ancaq kirayədə qalmağa ayda bir dəfə yardım edir, qalan az bir qismi də yazılarımı həftədə, ayda bir-iki dəfə dərc etməklə öz ailə büdcələrindən kəsib mənə qonorar qismində verirlər. Ki... mən itib-batmayım, keçinməyim, keçinim, yazım, yaradım! Bunları Sizə ona örə yazıram ki, biləsiniz: mənim gəlirlərimin demirəm, aylıq qazancımın "dlya nepredvidennıx lişnıx rasxodov" (Siz rusca oxumusunuz, gözəl bilirsiniz, mən də Azərbaycan dilində situasiya ilə bağlı dəqiq ifadəsini bilmədiyim bəzi söz birləşmələrini və fikirləri rusca yazacam, üzrlü sayın - A.C.) qrafası yoxdur!
 
... Rahib Sabir oğlu Abdullayev mənim üçün "nepredvidennıy lişnıy rasxod"du. Həə, doğru təxmin etdiniz, daha doğrusu, artıq dəqiq bildiyiniz kimi, Ağdaş rayon poliş şöbəsində sahə müvəkkili işləyən polis leytenantını deyirəm. Belə lap dəqiq olar: "Daxili İşlər Nazirliyinin qanqsteri-killeri, bu yaxınlarda intihar etmiş Hacı Məmmədovun ruhu cisminə köçmüş varisi".
 
Cənab general, elə bilməyin ki, mən Eldar Qazıbəyovdan gileyli qaldım. Onun özünə də, əmisi Etibar Qazıbəyova da, müavininə də... hörmət bəslədiyim digər polislər kimi hörmətim var, qalır, olacaq da. Amma və lakin... başınızı ağrıtmayım deyə day burdan oyana birbaşa keçirəm mətləbə!
Deməli, hörmətli cənab rəis əlli gündən sonra yazır ki, bir il qabaq yazdığım ərizəyə baxıb. Baxan gözləri var olsun. Bu isə o deməkdi ki, möhtərəm rəis bu günün işini nəinki bu gündən sabaha, lap elə bu ildən o ilə qoyanlardandı və bizim möhtəşəm qanunvericilərimiz də məhz hörmətli cənab rəis Eldar Qazıbəyov və onun timsalında digərləri üçün xoş olsun deyə, nəzərdə tutublar ki, dəmiri isti-isti döyməkdənsə, elə 15 günə də döymək olar! Fəqət həqiqətdə heç 35 günə də döymədi və ümumiyyətlə döyənə oxşamadı deyə Sizə üz tutdum! Sizə üz tutan kimi axşam çağırdı, özü, müavini, yaşadığım ərazinin sahə müvəkkili ilə iş otağında saat 19-20 radələrində görüşdüm. Etiraf edirəm, həyəcanlıydım, fikirlərimi, "Rahib polis"in yazdığı latayır, təhqiramiz ifadələri olduğu kimi çatdırdım, öz düşüncələrimi dedim. Sağ olsun, səbrlə dinlədi, üzrxahlığımı qəbul etdi, mənim yanımda özü də, müavini də dəfələrlə bu qanqsterin nömrəsinə - (+994) 55 247 80 16-ya zəng elədilər.
 
"Rahib polis" cavab vermədi!
 
Məsləhət bildilər ki, indi gecdi, "baksell"-dən sabah aydınlaşdırarıq. Təşəkkür etdim, internetdən pulsuz "truecaller" proqramının yüklənməyinin mümkünlüyünü nəzərlərinə çatdırdım. Ki... o halda onlar daha rahatlıqla hansı nömrənin kimə məxsus olmağını aydınlaşdıra bilərlər.
İnandım səmimiyyətlərinə - bildirdilər ki, narahat olma, general göstəriş verib, cənab nazir polis işçilərinin saxta profillərlə sosial şəbəkədə olmasına çox pis baxır, dərhal sistemdən xaric edir, get, toxum-tayfandan da, özündən də arxayın ol, bir-iki günə həll edərik! Bu qədər səmimiyyətin qabağında day heç nə demədim! Demədim ki, məni dolamayın! Dedim ki, rəis, əgər həmkarınızı bada vermək istəmirsinizsə, küçədən birini tutun gətirin, deyin bu "Rahib polis"di və mən ərizəmi geri götürüm, sizə də, cənab generala da təşəkkür edim, ancaq bir şərtlə ki, adamın ad-familiyasını, iş yerini mənə verin. Mən özüm detektivlik etmirəm ona görə ki, dəqiq bilirəm polisdi, sabah mənə torba tikəcəksiniz ki, polis işçisinin həyatına müdaxilə edir, onun şəxsi həyatı haqqında materiallar toplayır, özfəaliyyətlə məşğuldu, nə bilim, fantaziyanız Puşkinin istedadına dov gəlir! Dedilər, ağsaqqal, get, arxayın ol!
 
Düz 10 gün arxayın oldum! "Tıkk" olmadı və birdən-birə bu şanlı məktub gəldi!
Məktubu oxuyanda şəkərə tutulmadım... yaxşıdı!
Məktubu oxuyanda havalanmadım... yaxşıdı!
 
Möhtərəm və möhtəşəm general, mən Hacı Məmmədovun məhkəmə prosesində şahid ifadələrindən və digər mənbələrdən sızan informasiyalara, eləcə də özünün etiraflarına, həm də çoxlu detektiv ədəbiyyat oxuduğuma, kriminal kinolara baxdığıma, BİT-də, 17 saylı CÇM-də olduğuma, məhbusların danışdıqlarına görə bilirdim ki, polis adamın başına torba keçirib oğurlayır, adamın cibinə narkotik maddə atır, "hal şahidi" adıyla etmədiyi cinayətdə iştirakını üzə adam durğuzmaqla adama "sübut" edir, ayaqlarının altından o qədər vurur ki, böyrəklərin dağılır, irin-qan gedirsən bayıra, "faber əməliyyatı" keçirir, zəng etmədiyin adamdan "hədə-qorxuyla pul almısan" ittihamıyla gedər-gəlməzə göndərir...
 
Mənim əziz generalım, 30 illik jurnalistlik fəaliyyətimdə həm Azərbaycanda, həm də dünyada polislərin cahanşümul istedadlarının üsul və növləri barədə əldə etdiyim məlumatları tam yazsam, roman olar, ona görə də burasınacan yadımda qalanı yazıb keçirəm hörmətli cənab rəis Eldar Qazıbəyovun postmodern və kreativ yaradıcılığını nəzərinizə çatdırmağa, lütfən, tanış olun!
 
Bəri başdan deyim ki, mənim o Kərgəlan kəndində yaşayan, azərbaycanca düz-əməlli danışa bilməyən 70 yaşlı bisavad anam inanmaz, amma inanmıram ki, Siz - Moskvada ali hüquq təhsili almış, professional əməliyyatçı-kriminalist, nəinki qanunları gözəl bilən, hətta tarixçilərin və onların şairə anaları haqqında da məlumatı olan bir peşəkar... inansın Eldar Qazıbəyovun bu... cavabına.
 
Eldar Qazıbəyov keçənilki müraciətimə bu ilin 01.01.2018 tarixində - yəni bütün ölkəboyu hər yerdə yanvarın 4-cən iş günü olmadığı halda, - gəlib işə və çıxış sayı 094-8435C olan cavab yazıb, imzalayıb - inanan daşa dönsün əgər həmin günü hörmətli cənab rəis gəlib işə və mənə cavabı imzalayıb! Burasına sonra qayıdarıq və inamsızlığımı əsaslandıracam. Cavabı oxuyaq! Cavabda bildirilir:
 
"Hörmətli cənab Canıyev.
YERİNDƏ MÜDAXİLƏ: Cənab general, sağ olsun e hörmətli cənab rəis, mənə "hörmətli cənab Canıyev" yazıb müraciət edib, amma axı mənə, şikayətçiyə niyə hörmətli və həm də cənab müraciəti? Axı mənim qoltuğuma qarpız yox, əlimə vermək lazım idi... o məktubu ki, orada yazılsın: "Vətəndaş Canıyev, səni və ailə üzvünü seksual təcavüzə məruz qoyacağı ilə hədələyən, nəslinin bütün qadınlarını ən dərin metro stansiyası olan "Sahil" dayanacağının eskalatoruna düzüb ucugüləbətinli söyüşlərə qonaq edib növbəti dayanacağa yola salan qanqster Rahib Sabir oğlu Abdullayevdir, Ağdaş rayon polis şöbəsində sahə müvəkkili işləyir, polis leytenantıdır, səninlə söhbət edərkən zənglərimizə cavab verməməsinə baxmayaraq, əməliyyat tədbirləri nəticəsində onu telefonda da olsa yaxalayıb danışmışıq, özü də sənə və ailə üzvünə qarşı əxlaqsız davranışını, danışığını, hədələrini etiraf edib, ona başa salmışıq ki, neynirsən elə, adam ərizəsini geri götürsün, bundan əlavə, biz də öz növbəmizdə tabeçiliyində olduğumuz Yasamal RPİ-nin rəisinə məruzə etmişik ki, vətəndaş Aydın Məmməd oğlu Canıyev şikayətində haqlıdır, yəqin ki, rəis də lazımi struktura məlumat verib, çox ola bilsin ki, səni yaxın vaxtlarda daxili təhqiqat idarəsinə dəvət edəcəklər üzləşmə üçün. Bizim səlahiyyətimiz bura qədər idi. Sənə DTİ-dən cavab gəlməsə, bizlik deyil!" Və... vicdanlı bir Azərbaycanlı vətəndaşı olaraq etiraf edirəm ki, xəbərim var: həqiqətən də Eldar Qazıbəyov əməliyyat tədbirləri keçirib, yazdığım məlumatları əldə edib, öz vəzifə borcuna uyğun addımları atıb! Amma və lakin... görün çininə qurban oldğum rəis Eldar Qazıbəyov etdiklərini bir qırağa qoyub, əvəzində mənə nə yazır:
 
"Sizi narahat edən şəxsin müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər görülsə də (-də də bitişik yazılıb), müsbət nəticə əldə olunmamışdır! Tərəfimizdən tədbirlərimiz davam etdirilir. Müsbət nəticə əldə olunan kimi bu barədə Sizə (siz niyə böyük yazılsın ki? - A.C.) əlavə məlumat veriləcəkdir!"
Ey Azərbaycan xalqının "poqonu"-polis çinini, eyni zamanda, Azərbaycan əxlaqını, kişiliyini, ilk növbədə isə Prezidentinin göstəriş və tövsiyələrini uca tutan Uca Generalım! Ani bir diqqət yetirin: 01.01.2018-ci ildə imzalanan cavab məktubu mənə... 27.01.2018-ci ildə çatdırılıb! Əgər bu məktub mənə 26 gün sonra çatdırılacaqdısa, niyə iş günü olmayan bir vaxtda imzalanırdı ki? Məgər 28-ci bölmənin dəftərxanası bu qədərmi astagəldir? Məgər Azərbaycanda rabitə sistemi bu qədər bərbaddır? Məgər Yasamal rayon rabitə idarəsi bu qədər faciəli şəkildə gec çatdırır məktubları? Mənə hətta şifahi şəkildə cavab vermək səlahiyyəti də olan Eldar Qazıbəyov niyə məni bölməyə çağırmırdı ki, halbuki 28-ci PB ilə mənim yaşadığım ünvanın arasında cəmi 150 metr məsafə, iki dəqiqəlik vaxt var? Üstəlik də tet-a-tet görüşdə tamam ayrı əminlik, səmimilik, yüksək əxlaqi dəyərlər, qanunun aliliyini ehtiva edən jestlər nümayiş etdirən Eldar Qazıbəyov nədən belə özünüifşaya imza atsın?
 
Eldar Qazıbəyovun kreativliyi və postmodernliyi ondadı ki, O mənə yalan yazmayıb, əksinə, özünə böhtan atıb! O dəqiq bilir məni və ailə üzvümü hədələyən "Rahib polis" kimdir! Eldar Qazıbəyov aciz polis işçisi deyil və rəisi olduğu ərazidə quş quşluğuyla səkə bilmir! Professionaldır! Vicdanlıdır! Ləyaqətlidir! Kişilikdən və mərdlikdən xəbərdar, hali insandır! Ağlı başında, mühakimə qabiliyyəti çevik olan dəyərli bir soydaşımızdır!
Özü öz əleyhinə ifadə verməyi bilirsinizmi nəyə görədir?
Rahib Sabir oğlu Abdullayev doğrudan da Hacı Məmmədovun yeni variantıdır! Heç kimi hərləmir, üzr istəmirəm kobud və qeyri-etikliyə görə - bu statusdadı o bu dəqiqə!
Siz polis polkovnik-leytenantı səviyyəsinə və bölmə rəisliyinəcən yüksəlmiş Eldar Qazıbəyovun əlində nömrə və ad bəlli ola-ola 50 (əlli!!!) günə həmkarını tapa bilməməsinə inanırsınızmı, cənab general?
Bunu adı ya "obvesti vokruq paltsa"dı, ya da "bu xiyarı yeməlisən!!!"
Bu... cavab deyil! Bu... adama ana söyüşüdür!
Cənab general, mən sağ üz nahiyəsi parezi və mikroinsult keçirmiş adamam! Amma düşünmək qabiliyyətimi itirməmişəm! İşimi, ailəmi, sağlamlığımı, hətta azadlığımı itirmişəm - məndən asılı olmayan nəsnələrdi! Və bu itkilərim Azərbaycan adına olub, Azərbaycandakı haqsızlıqlarla mübarizədə olub! Bu ayrı yazılıqdı. Amma şərəf və ləyaqətimi qorumaq mənim öz əlimdədi və öz iradəmdən asılıdı! Onu sındıra, tapdaya bilməzlər!
Mənə variant tanıyın! Məni qəbul edin - oxuyun "Rahib Abdull" niki ilə mənə facebookda yazdıqlarını, dinləyin telefonda mənə dediklərini! Və nəzərə alın ki, Rahib Sabir oğlu Abdullayev bu davranışı mənə Prezident İlham Əliyevin hakimiyyətinə qarşı etiraz mitinqində iştirak etdiyim vaxtda sərgiləməyib, mən onun şəxsi avtomobilini əzdiyimə görə etməyib, mənim yazılarımda təhqirə və yaxud hədəyə məruz qalıb mənə cavab verməyib, o bunu mən kirayədə qaldığım evin içində ağrıdan yata bilməyəndə, gecə saat 03.00-04.00 radələrində edib, hansı ki həmin məqamlarda mən sosial şəbəkədəki dostlardan müalicəm üçün gərəkən dərmanları tapıb almağım üçün yardım umurdum! Evimin içinə burun soxub!
 
Kimi və niyə qoruyursunuz?
 
1 ay 19 gündü mən bu insanın hədələrini və təcavüzünü önləməyi düşünürəm! Siz nəyi gözləyirsiniz?
Doğrudan tapa bilmirsiniz? Sizmi? Ölkədə hakimiyyətə qarşı üç silahlı çevrilişi darmadağın edən polis indi bu qədərmi acizləşib? Özünüzə niyə böhtan atırsınız? Yoxsa, cəmiyyətə mesaj verirsiniz ki, Azərbaycan polisi Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətini qorumayacaq, hələ istəsə, lap sizin şərəf və ləyaqətinizi də tapdalaycaq?
 
SON: Niyə cənab nazirə yox, məhz Sizə müraciət edirəm ard-arda, cənab general? Səbəblərinin bir qismini ilk müraciətimdə demişəm, bir qismini görüşəndə deyəcəm, birini də indi deyirəm: çünki cənab nazirə məhz Siz, elə Siz müraciət edəcəksiniz, ona görə ki, belə bir kadrı məhz Sizi aldadaraq polisə işə götüzdürüblər! Və mən Sizi çox istədiyimdən istəyirəm ki, nəinki məni və ailə üzvümü söyəni, hədələyəni, seksual təcavüzə məruz qoyacağını bəyan edəni, həm də Sizi aldadanı, zərbə altında qoyanı tanıyasınız! Üstəlik də... növbəti dəfə polis sıralarına zabit götürəndə Lev Qumilyovun anasının kimliyini soruşmaqdansa, xahiş edirəm, soruşun görün onlar bilirlərmi DİN-də mətbuat xidməti və daxili təhqiqat idarəsi var və funksiyaları nədir? Çünki bilməyəndə məni söydüklərindən də betər onları söyürlər ki, nədi, nədi, biz jurnalistlər onlara arxalanırıq, onları böyük bilirik - yazışma durur, tanış ola bilərsiniz!
 
Məni qəbul etməsəniz, Sizi başa düşərəm, anlayaram ki, gücünüz çatmır - Hacı Məmmədova kiminsə gücü çatırdı??? Sadəcə, deyin ki, açıl başımdan. Yoxsa Eldar Qazıbəyov kimi məni dolamayın! Sizə yaraşmaz! Hər halda, generallıq təkcə rütbə deyil, həm də ser statusunda seçilmişlikdi! O halda mən ayrı hüquqi variant taparam. Mənim gözləməyə vaxtım və səbrim yoxdu ki, görək haçan Rahib Sabir oğlu Abdullayev DİN-in xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili olacaq və baş bankirin arvadını qaçıracaq, o da Prezidentə çıxacaq, sonra bu "Hacı Məmmədov" zərərsizləşdiriləcək...
Sizə dərin hörmətlə,
Aydın Canıyev,
müstəqil jurnalist
 
p.s. Hörmətli Əflatun Amaşov, xahiş edirəm zənglərimə cavab verin və Ağdaş rayon polis şöbəsində sahə müvəkkili işləyən Rahib Sabir oğlu Abdullayevin mənə yazdıqlarını və dediklərini həm oxuyun, həm də dinləyin. Bunu ona görə istəmirəm ki, ya nazirə deyəsiniz məni qəbul etsin, ya Milli Məclisdə səsləndirəsiniz, ya da ki bəyanat yayasınız. Sadəcə...15 gündü müraciət yazmışam, "həyatım təhlükədədir" deyirəm, bir dəfə maraqlanmayıbsınız! Nəzərinizə çatdırmaq istəyirəm. Yoxsa Siz daha Mətbuat Şurasının sədri deyilsiniz?
 
Miq.Az

Əhəd Abıyev prezidentə Kərəm Həsənovdan şikayət etdi "Daşkəsən Filiz Saflaşdırma"nın özəlləşdirlməsinə görə...

1517245452_1517235933_1517228543_1-1.jpg

"Daşkəsən Filiz Saflaşdırma" ASC-nin özəlləşdirlməsinə süni maneələr yaradılır. 

Araz.az xəbər verir ki, bunu Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans çərçivəsində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib. 

Onun fikrincə, həmin müəssisəinin özəlləşdirilməsi ilə bağlı ölkə prezidentinin tapşırığı yerinə yetirilmir: "Cənab prezidentin göstərişinə baxmayaraq bu müəssisənin özəlləşdirilməsi yubadılır. Bir neçə dəfə hərrac keçirilsə də, hansısa səbəblərdən özəlləşdirmə baş tutmadı". 

İcra başçısı tədbirdə iştirak edən iqtisadiyyat naziri Şahin Mustafayevdən məsələnin sürətləndirilməsini xahiş edib. Nazir isə deyib ki, "Daşkəsən Filiz Saflaşdırma"nın özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) səlahiyyətindədir. 
Xatırladaq ki, "Daşkəsən Filizsaflaşdırma" ASC-də sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında Prezident İlham Əliyevin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə müəssisə özəlləşdirilmək məqsədi ilə ƏMDK-nın balansına verilib. Azbaku.info

Mehman Əliyev medianı “xilas” edirmiş, yoxsa, kiminsə torbasını tikirmiş?

Mehman_Əliyev.jpg

Araz.az xəbər verir ki, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin rezonans doğuran müsahibəsinə bəlkə də ilk baxanlardan olmuşam. Açığını deyim ki, elə həmin an onun səsləndirdiyi fikirlərlə bağlı münasibət bildirməyi özüm üçün zəruri saydım. İkinci gəldiyim qənaət isə Mehman Əliyevin heç də cəmiyyətə şişirdilərək təqdim olunan “kristal”,“əjdaha jurnalist” kateqoriyalarına uyğun gəlməməsi ilə bağlı oldu. Bir daha əmin oldum ki, klassik misalda səslənən, – “danış, deyim kimsən” – ifadəsi yerində söylənibmiş. Mehman Əliyev danışdı və əsl iç üzünü ortaya qoymuş oldu. Ən azı mənim kimi, onu uzaqdan tanıyanlar, dərindən bələdçiliyi olmayanalar üçün, Mehman Əliyev 41 dəqiqəlik müsahibədə özünü açıb – tökməsi ilə bir çox gizli mətləblərə aydınlıq gətirdi. Qeyd edim ki, Mehman Əliyevin müsahibəsinin rezonans doğurmasının başlıca səbəbi hec də onun səsləndirdiyi ağıllı fikirlərlə bağlı deyildi. Sadəcə, Prezidentin köməkçisi Əli Həsənovun özü barəsində səslənən ittihamlara cavab verməsindən sonra, istər-istəməz müsahibə ətrafında müzakirələri qızışdırmış oldu. Kimin bu müzakirələrə hansı məqsəsdlə qatıldığı barədə də konkret fikir deyə bilmərəm. Ancaq etiraf edim ki, yalnız Əli müəllimin cavabından sonra mövzuya reaksiya bildirənlər arasında bir tıxacın yarandığını müşahidə etdim. Elə buna görə də, aranın bir qədər sakitləşməsini gözlədim. Ən əsası da izlədim ki, bəlkə mənim Mehman Əliyevə vermək istədiyim cavabı da müəlliflərin yanaşmasında gördüm.

Foto – Məhəmmədəli Qəribli

Təbii ki, elə olacağı təqdirdə nəsə əlavə fikir bildirməyə də lüzüm görməzdim. Ancaq təəssüf ki, həmkarlarımızın Mehman bəyə verdikləri cavablarda mənim altını xüsusilə cızdığım məqamlara aydınlıq gətirilmədi. Hörmətli Əli Həsənovun barəsində səslənən fikirlə impulsiv reaksiya verməsi çox normaldır və etiraf edim ki, cavabdakı fikirlər əsl dövlət adamına xas olan tərzdədir. Çünki Mehman Əliyev Prezidentin köməkçisi barədə kifayət qədər sərt ittihamlar səsləndirmişdi və həmin firiklərə cavabı yalnız Əli müəllimin özü verə bilərdi. Mehman Əliyevin müsabibəsindən sitat: “İş ondadır ki, məndə olan məlumat hakimiyyət daxilindən gələn məlumat deyil, yəni üçüncü tərəfdən gələn məlumat idi ki, Əli Həsənovla Zakir Qaralov prezidentin yanına girib əsaslandırmağa çalışıblar ki, “bu adam dövlətçiliyə, hakimiyyətə qarşı kifayət qədər təhlükəlidir və s. Bunu həbs eləmək lazımdır. 2018-ci il prezident seçkiləri zamanı bu adam bizim üçün problem yaradacaq”. İndi bunlar hansı “dəlil”ləri gətirib, hansı “fakt”ları təqdim ediblər, mən bilmirəm. Amma mən istərdim, çox istərdim ki, bunlar bunu təkzib eləsinlər”.
Göründüyü kimi, Mehman Əliyev bu fikirləri ilə ortaya kifayət qədər mötəbər sübut və dəlillər qoymadan ölkənin ən ali postlarında çalışan 2 şəxsinin və ən əsası da ölkə başçısının barəsində ciddi itthamlar səsləndirir. Bəli, əslində, onun məlum ittihamı yalnız Əli Həsənovla, Zakir Qaralova tuşlanmayıb. O, həm də ölkə başçısının reputasiyasına xələl gətirə biləcək fikirləri cəmiyyətə təqdim edib. Əvvəla özü barəsində yüksək fikir formalaşdırmağa çalışıb ki, güya Mehman Əliyev kimi “önəmli persona”nı həbs etmək üçün Prezidentdən xüsusi icazə alıblar.

Mehman Əliyevin məntiqi bunu deməyə əsas verir ki, nəticədə o, həbs edilibsə, deməli, bu məsələ Prezidentin istəyi ilə reallaşıb. Fakitiki olaraq, bu adam ölkə başçısını sifarişli həbslər həyata keçirməklə bağlı əsasız ittihamla şantaja məruz qoyur. Ən vacib məqamlardan biri isə Meham Əliyevin bu məlumatın hardan əldə etməsilə bağlı söylədikləridir. Deyir ki, ona bu məlumat hakimiyyət daxilindən yox, üçüncü tərəfdən ötürülüb. Onda sual yaranır: Görəsən, Mehman Əliyevin təbirincə desək, Prezidentin otağında gedən söhbətin məzmununa tam bələd olan həmin üçüncü tərəf kimdir? Bu olduqca ciddi məqamdır. Belə çıxır ki, ölkə başçısının otağında gedən istənilən söhbətlər barədə, üçüncü tərəf vasitəsi ilə Mehman Əliyev istənilən məlumatı əldə etmək iqtidarındadır?
Görəsən, Mehman Əliyev hansı görəvi yerinə yetirir ki, ona bu qədər etimad göstərilir? Meham Əliyev Azərbaycan cəmiyyətində jurnalist kimi tanınsa da, sonradan məlum olub ki, o, xaricdən ölkəyə gətirilən qrantların alınmasında əsl bos funksiyasını həyata keçirib. Yəni onun rəyi, təqdimatı olmadan hətta ən radikal müxalifətçilər belə hakimiyyətin siyasətilə uzalşamayan layihələri xarici donorlara keçirə bilməyiblər. Onun hansı fondlardan kimin vasitəsilə, hansı məbləğlərdə qrant alması və sonra kimlərlə şərik formada həmin məbləğləri həzmdən keçirməsi barədə də məlumatlar az deyil. Gəlin, bir fakta diqqət edək. Bununla sübut olunacaq ki, Azərbaycana qarşı daima qərəzli mövqelərilə seçilən təşkilatlara Mehman Əliyevin sözü necə keçərli olub.

Həbsdən azad olunandan sonra, Eynulla Fətullayev öz jurnalist fəaliyyətini bərpa etməyə qərar verir və Norveç səfirliyindən, Soros və Marşall fondlarından haqqin.az media layihəsinin yaradılmasına qrantlar alır. Ancaq E.Fətullayevin adına qeydiyyatdan keçmiş təşkilat olmayıb ki, hesabına pul daxil olsun. Və onda o, “Turan” rəhbərliyinə Nəcəf Nəcəfovun jurnalist fondu vasitəsi ilə layihəyə qrantlar almaq xahişilə müraciət edib. E.Fətullayevin Mehman Əliyev həbsdə olarkən bu mövzu ilə bağlı səsləndirdiyi fikirlərinə diqqət yetirək: Mən onda Sorosdan, Norveç və Almaniya hökumətlərindən haqqin.az layihəsinin yaradılmasına təxminən 200 min dollardan çox pul aldım. Bizim saytımız, çoxlarının iddia etdikləri kimi, hökumətin yox, Qərbin pulu ilə yaradılıb. Və Mehman Əliyevlə Şahin Hacıyev bunu bilirlər. Mən həqiqətən də Mehman Əliyevə və Şahin Hacıyevə xahişlə müraciət etmişdim, çünki mən həbsxanada olanda onlar mənim hüquqlarımı müdafiə edirdilər. Mənim qeydiyyatdan keçmiş təşkilatım yox idi. Bundan başqa, Fondun vəzifələrindən biri də jurnalist layihələrinə kömək etməkdən ibarətdir. Və böyük minnətdarlıq hissilə yada salıram ki, onlar mənə kömək etdilər. Mən saytı yarada bildim. Yəni pulu mən almışam, Mehman Əliyev yox”.

Foto- Eynulla Fətullayev və Mehman Əliyev

Göründüyü kimi, Mehman Əliyevin sözü hətta ölkələrdə rəngli inqlablar edərək, hakimiyyətləri dəyişmək iqtidarında olan qurumların yanında belə müzakirəsiz qəbul edilib. Məhz bu baxımdan da, indiki həssas məqamda, seçki ilinə onun belə “rıvok”la başlaması da təsadüfi deyil.
Gəlin başqa bir fakta da diqqət edək:
Çoxları deyir ki, Mehman Əliyevin verdiyi müsahibədə başlıca hədəf Əli Həsənov olub. Mən isə fərqli düşünürəm. Hesab edirəm ki, Mehman Əliyevin səsləndirdiyi fikirlərin tuşlandığı ən başlıca hədəf elə ölkə başçısı və onun yürütdüyü siyasi kurs olub və bu təsadüfi deyil. Hörmətli Əli Həsənov cavabında bu məqamlara ustalıqla aydınlıq gətirdiyi üçün, əlavə şərhə zərurət duymuram.
M.Əliyev bir budaqda oturub yüzünü tərpətdiyi məlum müsahibədə həm də öz həmkarlarını hədəfə alıb və çox təəssüflə qeyd etmək istərdim ki, həmin xüsusda jurnalist adına yaraşmayan ifadələrə yol verib.
Sitat:”…Həmin o medialardır ki, növbəyə düzülüb hökumətdən mənzil almaq, pul almaq və s. üçün dilənirlər. Neçə illərdir mən onları tanıyıram, elə dilənirlər”.
Bunun “tərcüməsi” belədir ki, Mehman Əliyev Azərbaycan hakimiyyətindən ev və fəxri ad alan jurnalistləri dilənçilər kimi xarakterizə edir. Mən hakimiyyətdən mənzil və fəxri ad almayan bir jurnalist kimi, Mehman Əliyevin nəzərinə çatdırmaq istəyirəm ki, əsl dilənçilik öz dövlətindən nəsə almaq deyil, xaricdən qrant alıb, oradakı ağalarının tapşırıqlarını yerinə yetirməkdir.

Düşünürəm ki, “Turan” rəhbərinə bu cavabı məndən yaxşı verməyi bacaran və bunu etməyə borclu olan həmkarlarımız az deyil. Mən bu sıraya heç də hökumətdən ev və ya hansısa təltiflər alan bütün jurnalistləri aid etmək istəmirəm. Ancaq həqiqətən müstəqil, hətta müxalif mövqelərini qoruyaraq mənzil alan və bunun müqabilində hakimiyyətin onların qarşısında heç bir şərt qoymadığı, yenə əvvəlki mövqelərində qalaraq bu peşə ilə məşğul olan həmkarlarımızın susqunluğu məni həqiqətən təəccübləndirdi. Elə bilirəm ki, konkret adlar çəkməyə ehtiyac yoxdur.
Çünki heç kimsə belə kateqoriyadan olan jurnalistlərin mövcud olmaması ilə bağlı mənimlə mübahisəyə girişməz. Belə zərurət yaranarsa, adlar çəkə bilərəm.
Yaxşı, onlar niyə susur? Axı, Mehman Əliyevin ümumi anlamda şamil etdiyi dilənçi sözündən onlara da pay düşmüş olur. Olmaya, həzm etmək istəyirlər həmin “epiteti”? Məhz həmin kateqoriya adamların Mehmana verəcəyi cavab Əli müəllimdən qabaq olmalıydı.
Mehman Əliyevin müsahibəsindəki başqa bir məqam isə məndə onun barəsində oyunbaz və ciddilikdən uzaq olan adam obrazını yaratdı. Bu adam özünü medianın təəssübkeşi kimi qələmə verir və deyir ki, hakimiyyətin bütün medianı ələ almaq siayəsti yürütməsi onu dərindən narahat edir.

Foto- Jurnalistlərə mənzillərin verildiyi bina

Sonra isə bildirir ki, hakimiyyətin hansısa qolunu təmsil edən nümayəndələrlə medianın inkişafı yönündə danışıqlar aparıb. Hətta Mehman Əliyev bir az da irəli gedərək, 3 həftəlik türmə ekskursiyası zamanında öyrəndiyi jarqon ifadələrdən istifadə etməklə, kimlərəsə “işverən” belə deyir. Ancaq mən Mehman Əliyevin fikirlərini dərin analiz edəndən sonra belə qənaətə gəldim ki, onu heç də hakimiyyətin medianı ələ keçirməsi narahat etmirmiş. Bu, dəqiqdir. Belə olsaydı, niyə həmin “kristal” adam məlum mövzudakı müzakirələri elə hakimiyyətin özü ilə aparırdı? Qoy Mehman Əliyev bizə cavab versin görək, onun hakimiyyətdəki adamlarla apardığı müzakirələr nəticə versəydi, nə olacaqdı? Yəqin o düşünür ki, hakimiyyət Mehman Əliyevin “nizama salacağı” medainı onun özünə verəcəkdi ki, aparsın Sorosa xidmət göstərsin?
Yox, o, bu qədər də sadəlövh deyil ki, belə nağıllara inanmış olsun. Özünün səsləndirdiyi fikirlərindən sonra bir qənaətə gəlirəm ki, Mehman Əliyevin bu işlərdə bircə səmimi niyyəti olub. Media siyasətini yürüdən adamları qaralayıb bütün təşəbbüsü öz əlinə almaq. Mən elə Meham Əliyevin bu hərəkətinə özünün işlətdiyi jarqon ifadələrə xas tərzdə cavab vermək istərdim. Hörmətli Meham Əliyev, sizin etdiyiniz əməlin adı media təəssübkeşliyi deyil, torbatikənlikdir. Bəli, özünüzün etiraf etdiyiniz əməllərə bundan başqa ad vermək mümkün deyil.

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Karasu Əməliyyat Şirkəti və Şirvan oil şirkətlərindəki miliyonlarla dollar korrupsiya qalmaqalında Prezident qizlarının adl hallanır

ob_915ba4_karasu-operating-company-102363-630626.jpg

Araz.az-ın xəbərində deyilir ki, 35 gun oncə Karasu şirkətinə məxsus "Bakineç" adli 1961 il istehsali olan yeralti təmir agregati dovlət nömrə nisanı 18 T 088 təmir adi altinda "Texoil" sirkətinə gondərilərək təmirinə 60 000 azn pul silinib. Nəqliyyat vasitəsi təmirdən guya yenidən gəlsədə  nasazliq ucbatindan istismara buraxilmayib.
Heç bu haqda Istismar akti tərtib olunmayıb.
 
 
FHN tərəfindən istismara yararligi barədə sinaq testi kecirilməyib. Adı çəkilen nəqliyyat vasitəsi hal hazirda Karasu sirkətinin nəqliyyat sobəsinin temir bazasinda qalmaqdadir.
"Bakineç" 18 T 088 agregati "Texoil" sirkətinə Karasu sirkətinin nəqliyyat meneceri Arif Alisov ve nəqliyyat sexinin rəisi  Adil Bəylərov tərəfindən gondərilib
 
Məlumat üçün bildirlir ki hər iki şəxs yaxın qohumdur(bacanaqdır) eyni zamanda Karasu Əməliyyat Şirkətinin təminat şöbəsinin meneceri Arif Alişov məsələnin qabardılmaması üçün  öz həmkarlarına bu işlərdə Prezidentin qizi Arzu Əliyevanın adını hallandırır.Məsələnin araşdırılması üçün Arif Alişovun korrupsiya əməllərini ispat edəcək böyük maliyyə yeyintisi sənədləri  vitse prezident Mehriban Əliyevanın şəxsən özünə göndəriləcək.Miliyonlarla dollar vəsaitin yeyilməsi işində Karasu Əməliyyat Şirkətinin nəqliyyat sexinin müdiri Adil Bəylərovunda əməyi az deyildir.Belə ki o hər yerdə DTX nin idarə rəisi General Cehun Şadlinskinin adını cəkərək məmurun onun yaxın qohumu oldugunu dilə gətirir bu işlərdə onların əl ayagına dolaşanların Cehun Şadlinski tərəfindən cəzalandırılacagı ilə hədələyir.
 
 
Bizə veriləm məlumatda  bildirilir ki ,Adil Bəylərovun oglu İlkin Bəylərov DTX nin əməliyyat müvəkkilidir.Artıq 10 ildir Karasu Əməliyyat Şirkəti icərisinə sızan  Akif Covdarov və Rəsul Rəsulov qruplaşması  bu gündə Prezident ailəsinin adından acıq aşkar qorxmadan  istifadə edərək Karasu Əməliyyat Şirkətini talayırlar
 
Beləki adi cekilən nəqliyyat sahəsi üzrə menecer Arif Alişov qulluq və vəzifə səlahiyyətlərini aşaraq özunə məxsus 90 TM871 nomrəli "niva" markali nəqliyyat vasitəsini "Gts Solition Alyan" şirkəti vasitəsi ilə Karasu sirkətinə günü 90 AZN-ə icarəyə götürüb ve hal hazırda nəqlıyyat sexinde kirayədədir
Nəzərə alaq ki təkcə 2015 -16 və 2017  illərdə Karasu sirkətinin nəqliyyat sexindən 200 nəfər ixtisar adi altinda xaric olinmuslar. Şirkət rəhbərliyi ısə ixtisar olunanlari sirkətdə yaranan maliyyə cətinliyi ilə əlaqələndirmisler. Gorunduyu kimi sirkətin maliyyə cətinliyinin səbəbləri artiq goz qabagindadir.
 
 
 
Bundan başqa əldə olunan məlumatda bildirilir ki, təkcə 2015 16 17  ıllərdə "Karasu Şirkətinə" nəqlıyyat vasitələri üçün 9  milliyon dollarlıq ehtiyyat hissələri yazıldığı halda bu yalnız sənəd üzərində qalırmiş əslində isə şirkətə həç bir ehtiyyat hissəsi gəlmirmişdır.Bütün işlərdə cinayətkar şəbəkə ilə əlbir olub Karasu Əməliyyat Şirkətini talayan şirkətin  maliyyə işləri üzrə rəisi Nazim Babaşyev həbs olunarsa bütün korrupsiya əməllərini bir bir söyləyər
Bələkı hal hazırda 2017 ilin birinci rübündə Karasu şirkətinın nəqliyyat vasitələrinə 400  min AZN ehtiyyat hissələri yazılsada şirkətə heç bir mal gətirilməmiştir.
Şirkətin anbarı xüsüsi mühafizə olunur vidəo kamera müşahidəsi var əlaqədar qurumlar bununla bağlı kameralara baxış keçirib şirkət anbarina daxil olan istənilən malı araşdıra bilər.
"Global Energy Şirkəti"-nin təhlükəsizlık menecerı MTN bandasının baş qəhrəmanı Rəsul Rəsulovın qohumu  Vüqar Rasulovdur
 
Təminat meneceri isə İntiqam Sadiqovdur.Karasu Şirkətinin nəqliyyat sahəsində  fəaliyyət göstərən icarə şirkəti GTS  Solitions Alyans ofşor şirkətinin Azərbaycan Prezidenti İlham Əliyevin qizları Arzu və Leyla Əliyevaya oldugunu şirkət meneceri Arif Alişov 2015 ildən çəkinmədən  söyləyir.
 
Bildiririk ki GTS Solitions Alyans adlı offşore şirkəti Karasu Əməliyyat Şirkəti Şirvan oil o cumlədən Abşerov Neftcala oil şirkətlərində artıq 5 ildir heç bir vergi ödəmədən  fəaliyyət göstərir.İllik gəliri isə 5 miliyon dollardır
 
 
Məluam olmuşdur ki ,Arif Alişov Adil Bəylərov və Şirvan oil şirkətinin vitse prezidenti ,İslam Ovciyev Global Energy şirkətinin bir neçə rəhbər işcisi Hikmət Alişov və Təminat işləri üzrə menecer İntiqam Sadiqov, qabaqcadan əlbir olaraq və vəzifə səlahiyyətlərindən sui istifadə edirək ,şirkətə lazim olan nəqliyyat vasitələrini *nəqliyyat vasitəsinin zavodda satış dəyərindən 10 dəfə artıq qiymətə alaraq külli miqdarda özlərinə qazanc əldə ediblər.Məsələnin üstü acılan zaman isə bu işlərin arxasında Prezident qizlarının durdugunu dilə gətirərək məsuliyyətən yayınmışlar
 
 Nəqliyyat vasitələrinə Karasu və Şirvan oil şirkətlərində baxış kecirən yerli işcilər  Russiyadan zavod adi ilə alınan nəqliyyat vasitələri yeni olmadıgını aşkara çıxarmışlar.Əməliyyat Şırkətləri üçün alınması nəzərdə tutulan xüsusi texnikaların yerinə  Russiyanın Dagistan respublikasında və Tatarısdanda   köhnə model xüsusi nəqliyyat vasitələrini rənglədərək Rusya Federasyasında  özlərinə məxsus olan şirkətlər üzərindən həmin texnikaları Azərbaycana gətirmişlər və nəticədə miliyonlarla dollar özlərinə qazanc əldə etmişlər
 
 
Zavoddan yeni adla alınan nəqliyyat vasitələri Şirkət ərazisində cəmi 6 ay işləmişdır.
 
Mövzunu gündəmdə saxlayacıq və Karasu Əməliyyat Şirkətinin rəhbərləri haqqında yeni korrupsiya sənədləri yayınlayacıq. Turaninfo.org

971 -dən səhifə 1070

Əlaqəli xəbərlər