“Sahə müvəkkilləri də din xadimləri ilə birgə intiharlara qarşı mübarizəyə qoşulmalıdır...”
Seyid Camal Əzimbəyli: ”Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu istiqamətdə layihələr hazırlayıb həyata keçirməlidir...”
Xəbər verdiyimiz kimi, Özbəkistan məscidlərində cümə namazı zamanı imamlar intiharın İslamda ən böyük günahlardan biri olması haqda moizələr oxumağa başlayıb. Bu cür tədbirlər ölkə başçısı Şövkət Mirziyoyevin hökumət iclaslarından birində son dövrlərdə ölkədə özünəqəsdlərin sayının artması ilə bağlı narahatlığını ifadə etməsindən sonra Nazirlər Kabineti nəzdində Dini İşlər Komitəsinin tapşırığı ilə həyata keçirilir.