“Vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb olacaq” - Partiya sədrindən maraqlı İDDİA

1631976518 1631968681 resize 12

Peyvənd əleyhinə açıqlamaları ilə tez-tez gündəmə gələn Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanın yeni açıqlaması müzakirə obyekti olub.

araz.az  OXU24.com-a istinadən bildirir ki, partiya rəhbəri bu dəfə vaksinlərin əks təsirindən söz açaraq qeyri-adi iddialar irəli sürüb. Belə ki, Ərbakan RNA texnologiyasına əsaslanan peyvəndləri vurduranların yarı insan, yarı meymun uşaqlar dünyaya gətirə biləcəyini deyib: “Bu vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb ola bilər”.

Vaksin vurdurmadığını və vurdurmaq fikri olmadığını deyən F.Erbakan Kayseridəki mətbuat konfransında yerli peyvənddən də söz açıb. O, son çarə olaraq TURKOVAC-a üstünlük verə biləcəyini qeyd edib.

“Əslində vaksin vurdurmağa ehtiyac olmadığını düşünürəm. Mənə görə, ümumiyyətlə, peyvənd vurdurmamaq yaxşıdır və bu, mənim şəxsi seçimimdir. Amma məcbur qalsam, təbii ki, dövlətin qaydalarına qarşı gələ bilmərəm. Ona görə də vaksinlər arasında TURKOVAC-ın daha uyğun olduğunu fikirləşirəm”, – deyə siyasətçi əlavə edib. 

 

 

araz.az xəbər portalı.

Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

bandicam 2021 09 18 16 52 25 766Sentyabrın 17-də Vaşinqtonda Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal ilə ABŞ dövlət katibinin köməkçisi Vendy Şerman və siyasi məsələlər üzrə müşavir Viktoria Nulandın başçılıq etdiyi nümayəndə heyətləri arasında siyasi məsləhətləşmələr aparılıb.

araz.az  Demokrat.az-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli əlaqələrə yanaşı, Suriya, Livya, Əfqanıstan, Aralıq dənizinin şərqi, Cənubi Qafqaz, Orta Asiya, Uzaq Şərq, Afrika ilə bağlı məsələlər də müzakirə edilib.Sonda Türkiyə ilə ABŞ arasında siyasi məsləhətləşmələrin müntəzəm olaraq davam etdirilməsi ilə bağlı razılığa gəlinib.

 

araz.az xəbər portalı.

Adil Əliyev: “Beynəlxalq qanunu pozsaydıq, ölkəmizi Suriyaya, Liviyaya, İraqa çevirərdilər”

adilaliyev66

“İnsanıq, düşməni tam məhv etmək fikrində də deyilik. Müəyyən problemlərimiz var, sərhədlərin demarkasiyası və delimitasiyası müzakirə olunur. Görürsünüz, dünya bizə qarşıdır. İşğal altında olan torpaqlarımızda 30 il vəhşi heyvanlar saxladılar, dünya ictimaiyyəti bir söz demədi. Düşmən kilsəsinin bir kərpici düşəndə dünyanı üstümüzə qaldırırdılar”.

araz.az Pravda.az-a istinadən  xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

A.Əliyev qeyd edib ki, Azərbaycanı sevən, dəstəkləyən dövlətlər azdır: “Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində 44 günlük Vətən müharibəsində qalib gəldik. Azərbaycana qarşı olan dövlətlər müharibə dövründə susqunluq nümayiş etdirdilər. Düzdür, dəstək verməsələr də, bəyanatlar da səsləndirmədilər. Dövlətimiz müharibəni beynəlxalq qanunlara riayət edərək apardı. Hansısa qanunu pozsaydıq, ölkəmizi sanksiyaya məruz qoyardılar, beynəlxalq qurumlardan təcrid edərdilər, sərhədlərimizi bağlayardılar, Suriyaya, Liviyaya, İraqa çevirərdilər. Şəhidlərin qanı bahasına əldə edilən qələbəni tam hesab etməyənlər də var. Azərbaycana Allah kömək oldu, xalqımız birləşməyi bacardı”.

 

 

araz.az xəbər portalı.

“Varlıların açdığı məktəblər kasıb ailələrin istedadlı uşaqlarının üzünə bağlıdır” – Etibar Əliyev

etibareliyev1“Vəzifədən böyük pullar qazanan şəxslərin bir qismi bizneslə məşğul olub şirkətlər açanda birdən yadlarına düşdü ki, orta məktəb də yaxşı gəlir gətirir. Özü də necə gəlir?! Orta məktəb təsis etməyə başladılar. Hər uşağa 7 min manatdan 10 min manata qədər təhsil haqları müəyyənləşdirirlər. Varlıların açdığı yaraşıqlı məktəblər kasıb ailələrin istedadlı uşaqlarının üzünə bağlıdır”.

araz.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev bildirib.

O qeyd edib ki, istedad pulla ölçülmür: “Kasıb ailələrdən çıxan xeyli istedadlı uşaqlar var ki, orta və ali məktəbləri yüksək nailiyyətlə başa vururlar. Dünyada istedadlı uşaqları çıraqla gəzirlər, onları oxudurlar, işlə təmin edirlər. Bu, bizim varlılar üçün meyar deyil. Meyar yalnız puldur. “Pulun varsa, gəl oxu” prinsipi xeyli istedadın sönməsinə səbəb olur. Özəl məktəb sahibləri! İstedadlı kasıb uşaqlara heç olmasa 10 faiz kvota ayırın. Milləti siz də sevin! Onlar gələcəkdə sizin məktəbi təmsil edəcəklər və sizə reytinq qazandıracaqlar. Axı yaratdığınız məktəb bu dövlətdən qazandığınız vəsaitin hesabınadır. Orda kasıbların da vergi payı var”.

 

 

araz.az xəbər portalı.

Yasamal İcra Başçısının rüşvət alma faktı təsdiqlənir

1631951648 476

İndi Mikayıl Müşfiqin abidəsinin yanında mədəni tədbirlər deyil, alkaşların 'serenadası' səslənir. Məsələnin ən ağrılı tərəfi odur ki, proseslər Yasamal icra başçısı Elşad Həsənovun gözlərinin qarşısında və dolayısıyla, himayəsi ilə baş verir.

Görünən odur ki, Elşad Həsənovun arxası çox böyük yerlərə 'söykənir', əks halda Prezident və 1-ci Vitse-Prezidentin olduqca həssas yanaşdıqları bu abidəni bu formada 'kababxanaya' satmazdı!?

Onu da qeyd edək ki, artıq bir çox ictimai xadim, mədəniyyət sahəsində öz sözünü demiş şəxslərlə əlaqə saxlanılıb, münasibət öyrənilib. Çox güman, yaxın günlərdə Elşad Həsənovun bu özbaşınalığı və mədəni terroru ilə bağlı ölkə başçısına və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlanacaq.

Məlumat üçün qeyd edək ki, 16 iyun tarixində məsələ ilə bağlı 7NEWS.az saytında yazı dərc edilmişdi. Yazıdan az qala 1 ay öncə icra hakimiyyətinə rəsmi sorğu göndərilmiş, medianın bütün etik normalarına uyğun addımlar atılmışdır. İcra Hakimiyyətinin bu günə qədər rəsmi cavab ünvanlamaması və 'EveRest' restoranın fəaliyyətinin davam etdirilməsi növbəti yazının dərcinə ehtiyac yaratmış oldu.

Oxucularımıza bundan öncə 7NEWS.az saytında dərc edilən yazını təqdim edirik.

Bu günlərdə 7NEWS.az redaksiyasına maraqlı məlumat daxil olub. Məlumatda qeyd edilir ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsi yerləşən park növbəti dəfə zəbt olunub. Bundan öncə də bu ərazi zəbt olunacaqdı, hətta dahi yazarın heykəli də aşırdılmışdı. Bakı şəhəri, Yasamal rayonu ərazisində İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı görkəmli şairMikayıl Müşfiqin abidəsi götürülmüşdü.Sonra Prezident İlham Əliyevin tapşırığı ilə abidə əvvəlki yerinə qaytarılıb.

Görünən odur ki, ölkədə gedən prosesləri, islahatlar dalğasını dərk etməyən və yaxud qulaqardı vuran məmurlar, sahibkarlar hələ də iş başındadırlar.

Belə ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsi yerləşən parkın ərazisini "EveRest" adlanan restoran zəbt edib. Şikayətçinin dediklərini araşdırmaq üçün ünvana yollandıq və yerində dəqiqləşmə apardıq. Əməkdaşımız şikayətçinin redaksiyamıza ünvanladığı müraciətin həqiqət olduğunu üzə çıxardı.

Eyni zamanda, əldə etdiyimiz məlumata görə binada yerləşən "EveRest" restoranının açıq havada zəbt etdiyi ərazi qeyri-qanunidir və "aylıq haqq” müqabilində işləyir. Məlumatda qeyd edilir ki, "EveRest" restoranının sahibi Mikayıl Müşfiqin abidəsini zəbt etmək, qeyri-qanuni yolla varlanmaq üçün hər ay Yasamal Rayon İcra Hakimiyyətinə 2000 manat məbləğində pul ödəyir.

Məsələ ilə bağlı dünən Yasamal Rayon İcra Hakimiyyətinə rəsmi sorğu vermişik. İcra Hakimiyyəti onlara qarşı olan iddianın əsassız olduğunu isbatlamaq üçün biabırçılığa son qoymalı, parkın qanunsuz zəbt olunan hissəsini azad etməli, vətəndaşların istifadəsinə verməlidir. Əgər heç bir reaksiya olmayacaqsa, o zaman deyilənlər öz təsdiqni tapmış olacaqdır. İstənilən halda, Prezidentin ziyarət etdiyi abidənin ərazisini hansısa restorana icarəyə vermək, sözün elə əsl mənasında harınlıqdır.

Xatırladaq ki,Mikayıl Müşfiqin heykəlinin yarım əsrədək yaşı var və "Azərbaycan Respublikasının ərazisində olan, dövlət tərəfindən qorunan tarixi və mədəni abidələr" siyahısına daxildir.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə 05 iyul 2021- tarixində rəsmi müraciət etdik. İcra hakimiyyətinin nümayəndəsi redaksiyamızla əlaqə saxlayaraq, obyektin qanunsuz olaraq fəaliyyət göstərdiyini bildirdi: ""EveRest" restoranı icra hakimiyyətindən, Ticarət departamentindən və digər aidiyyatı qurumlardan heç bir icazə almadan park ərazisini zəbt edib və qanunsuz ticarətlə məşğul olub, bu hal aradan qaldırılacaq.”

Biz də redaksiya olaraq 10 gün ərzində ərazini reyd elədik. Gördüyümüz mənzərə isə sözün əsl mənasında Yasamal rayonunda olan dərəbəyliyi, açıq özbaşınalığı ifadə edirdi. Belə ki, restoran park ərazisinin daha böyük hissəsini zəbt edib və daha böyük ticarətə davam edib. Görünən odur ki, şikayətçinin redaksiyamıza ünvanladığı müraciət həqiqətdir və Yasamal icra başçısı son olaylardan sonra Prezidentə qarşı çıxaraq dahi yazarımız Mikayıl Müşfiqi restorana maraq müqabilində "satıb”.

İcra Hakimiyyəti məsələ ilə bağlı məlumatlandırılıb və rəsmi cavablarını da oxucularımıza çatdıracağıq.





 

 

araz.az xəbər portalı.

11 -dən səhifə 1805

Əlaqəli xəbərlər