TRT-nin filmi: Moskva bilir ki, Bakı sonadək gedəcək – Video

Screenshot 1 69

TRT Vorld II Qarabağ Müharibəsi haqqında sənədli film (ingiliscə) hazırlayıb.

araz.az Turkustan.info-ya istinadən xəbər verir ki, sənədli filmdə rəsmilər, II Qarabağ müharibəsinin şahidləri və jurnalistlərin fikirlərinə yer verilib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sənədli filmdə erməni vandalizmindən və rəsmi İrəvanın Azərbaycana təcavüzündən danışıb:

“Füzuli Azərbaycanın, Azərbaycan mədəniyyətinin bir hissəsidir. Təəssüf ki, 28 ildən çox davam edən erməni işğalı nəticəsində Füzulidəki hər şey məhv edilib. Burada bircə dənə də olsa, sağlam bina yoxdur. Füzuli işğaldan azad edildikdə Azərbaycan əsgərləri bayrağımızı sancmaq üçün bir sağlam bina tapmaqda çətinlik çəkdilər…”

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı hərbi əməliyyatlar barədə danışıb və qeyd edib ki, çətinliklərə baxmayaraq, Azərbaycan Ordusu qarşısına qoyulan tapşırığı yerinə yetirmək üçün əlindən gələni etdi:

“Ordumuz hücum etdi və bu istiqamətdəki bütün əraziləri düşməndən azad etdi”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev qeyd edib ki, bu “ayaq izlərinin” əbədi davam etməyəcəyini Moskvanın da başa düşdüyünə ümid edir:

“27 illik işğal tarixi dövründə Azərbaycan heç bir zaman işğal faktı ilə razılaşmadı. Hətta beş ildən sonra əgər Azərbaycan suverenliyi qalan ərazilərdə (Rusiya sülhməramlılarının nəzarətində olan ərazi – red.) bərpa olunmasa belə, Azərbaycan sonuna qədər gedəcək və ərazi bütövlüyünü bərpa edəcək”.

Axar.az saytının ingilis dili versiyasının redaktoru Rəfiqə Məmmədzadə filmdə bildirib ki, azərbaycanlı gənclər arasında öz qonşularımıza qarşı ağrı və nifrət olduğunu qəbul etməliyik:

Bu, təkcə torpaqlarımızın 30 illik işğalı ilə bağlı deyil, bu, həm də yaxın keçmişdə gənclərimizin öz ana vətənləri uğrunda verdiyi itkilərlə bağlıdır. Vətəndaşlar arasındakı sülhə nail olmaq mümkündür, amma bu bir gecədə baş verməyəcək. Bunun üçün uzun vaxt lazımdır. Lakin öncə erməni tərəfi öz aqresiyasını və ərazi iddialarını kənara qoymalidır. Biz bu sülhü onlardan daha cox istəyirik, çünki onlar məğlub tərəfdir”

Məğlubedilməz “Ailə Strategiyası”...-Rövşən Novruzoğlunun yeni tədqiqatlarından

1610821598 rof

Düşmənə qarşı yeni tədqiqatlar, məlum olmayan həqiqətlər-tanınmış politoloq Rövşən Novruzoğlunun bitirdiyi yeni maraqlı və dəyərli tədqiqatlar haqqında... 

Müəllif sonuncu iki kitabı haqqında araz.az-a danışdı:  “l Xanımın Missiyası” (“Mehriban Ana”) və “Azərbaycan Prezidenti Millətini Genetik Ölümdən Necə Xilas Etdi?” adlanan kitablarda Azərbycan prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı l Vitse-prezident Mehriban xanım Əliyevanın dövləti və milli maraqlarımız naminə birgə fəaliyyətindən bəhs olunur.  

1.Müharibə qurtardı. Dünya bu dəfə yeni strategiya ilə tanış oldu: Düşməni məğlub edən, onu hər cür zəlil qoyan, tarixdə ilk dəfə diqqəti cəlb edən “Ailə Strategiyası” ilə. Tanınmış siyasətçi Rövşən Novruzoğlu Azərbaycanın l Xanımı müharibədə ölkə başçısının həmişə yanında olan və mənəvi qələbələrin təminatçısı, ölkənin l Vitse-prezidenti Mehriban xanım Əliyeva ilə bağlı “l Xanımın Missiyası” (“Mehriban Ana”) kitabını bitirib. Hissə-hissə ölkə mətbuatında dərc olunan kitab böyük rezonansa səbəb oldu.

Qeyd: Müəllif hörmət və izzət sahiblərindən xahiş edir ki, həmin kitabın kütləvi nəşrində iştirak etsinlər. Bu kitab həm də düşmənə öldürücü zərbədir.

2.Müəllifin ikinci kitabı belə adlanır: “Azərbaycan Prezidenti Millətini Genetik Ölümdən Necə Xilas Etdi?”.

İşğal olunmuş ərazilərimiz 28 ildən sonra düşməndən azad olundu... Bu dünya tarixində 5-ci belə hadisədir. 28 ildən sonra bir daha məlum oldu ki, millətimizin qəsdinə duran, bizi genetik cəhətdən qırıb, məhv etmək üçün “16 qanlı strategiya” hazırlayan, nəsillərimizi tarixdən silmək üçün hər şeyini girov qoyan ermənilər və onların havadarları həm fiziki, həm mənəvi–psixoloji, həm əxlaqi və həm də hərb strateji mənada məğlub oldular...Pentaqonun (ABŞ) kəşfiyyat araşdırmalarına görə ötən əsrdə 83 millət de-fakto yer üzündən silinib. Eyni zamanda digər məlumata görə 2025-ci ilə qədər yer üzündən silinəcək millət Azərbaycan olmalı idi. Bu baş tutmadı,..səbəb cənab İlham Əliyevin dəmir strategiyası oldu. 

Tanınmış tədqiqatçı, topladığı fakt və sənədlərlə ermənilərə qənim kəsilmiş professor Rövşən Novruzoğlu “Azərbaycan Prezidenti Millətini Genetik Ölümdən Necə Xilas Etdi?” kitabını da bitirib.

(Baş verən faciələrin, iqtisadi, ictimai–siyasi, ekoloji, politoloji Akademik təhlil)

Qeyd: Müəllif hörmət və izzət sahiblərindən xahiş edir ki, həmin kitabın kütləvi nəşrində iştirak etsinlər. Bu kitab həm də düşmənə öldürücü zərbədir.

Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi

avropa mehkemesi 1024x576Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair dövlətlərarası ərizə hazırlanaraq 2021-ci il yanvarın 15-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilib.

araz.az  Turkustan.info-ya istinadən xəbər verir ki, ərizənin hazırlanmasına beynəlxalq hüquq aləmində tanınmış ekspertlər və Azərbaycan Respublikasının aparıcı hüquqşünasları cəlb olunublar.

Ərizədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət və dini etiqad azadlıqlarının, işgəncəyə və pis rəftara məruz qalmamaq, mülkiyyət və sərbəst hərəkət hüquqlarının pozulması məsələləri qaldırılır, həmçinin Azərbaycanın 3890 vətəndaşının itkin düşməsi və Ermənistanın bu şəxslərin aqibətinin araşdırılması üçün hər hansı tədbir görməməsi barədə dəlillər irəli sürülür.

Bununla yanaşı, 2020-ci ilin iyul ayında Ermənistan Respublikasının silahlı qüvvələrinin Tovuz istiqamətində hərbi təxribatı nəticəsində Azərbaycan vətəndaşlarının İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan hüquqlarının pozulmasına dair faktlar da ərizədə öz əksini tapıb.

Azərbaycan Respublikasının şanlı Qələbəsi ilə nəticələnmiş 44 günlük müharibə zamanı Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizin dinc sakinlərinə qarşı qeyri-insani, beynəlxalq humanitar hüquqa, xüsusən Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən şəhər və kəndlərin, mülki infrastrukturun kasetli və fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlər ilə atəşə tutması, bunun nəticəsində 93 şəxsin, o cümlədən 12 uşağın və 28 qadının həlak olması, 423 şəxsin, o cümlədən 51 uşağın və 104 qadının yaralanması, Gəncə şəhərində çoxmənzilli 10 bina daxil olmaqla 264 evin tamamilə dağıdılması, 9294 fərdi evə və digər əmlaklara ziyan vurulması barədə sübutlar təqdim edilərək İnsan Hüquqları üzrə Avropa Konvensiyanın pozulması əsaslandırılır.

Ərizədə, həmçinin Ermənistanın işğal etdiyi ərazilərdə külli miqdarda mina basdırması, şəhər və kəndlərimizi yerlə yeksan etməsi, habelə işğaldan azad edilmiş ərazilərimizə 2020-ci il 10 noyabr tarixli kapitulyasıya aktından sonra qanunsuz silahlı birləşmələr göndərməsi səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının öz evlərinə qayıtmaq hüququndan məhrum edildiyi vurğulanır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilmiş sənəddə vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası üçün Ermənistandan zəruri tədbirlərin görülməsi tələb olunur.

“Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim?” – Bayram Səfərov

bayram seferov

Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib.

B.Səfərov insanlarının onun haqqında yazdıqlarından narahat olmadığını bildirib:

“Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim? Orada olan insanlara mən hesabat verməliyəm ki? Mən neyləyirəmsə, işimi necə icra edirəmsə mən bilirəm. Qardaş, mən dövlət məmuruyam. Onlar mənim icra başçısı kimi necə işlədiyimi bilməzlər. Onların savadları odur. Ağıllarına nə gəlir yazırlar”.

Unikal.org

Ermənilər Qarabağa göndərilməmək üçün ayağa qalxdılar – CANLI YAYIM

ermeniiiiiiiiiii e1610788192450Bir neçə gündür İrəvanda aksiya keçirən orduya məcburi hərbi xidmətə çağırılanların valideynləri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşür.

araz.az Turkustan.info-ya istinadən xəbər verir ki, iclas hökumət binasında baş tutur.

Valideynlər övladlarının Ermənistan ərazisində xidmət etmələrini və Qarabağa göndərilməmələrini tələb edirlər.

Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl Qarabağ döyüşlərində həlak olan və itkin düşən hərbi qulluqçuların valideynləri ilə də görüşmüş, lakin valideynlər bu müzakirədən razı qalmadıqları üçün həftələrlə aksiyaları davam etdirmişdilər. 

14 -dən səhifə 1207

Əlaqəli xəbərlər