Ölkəmizin Moldovadakı Səfirliyində Ümummilli Liderin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş maraqlı tədbir keçirilib

qudsi osmanov masetjpg 1615997455

Bu gün ölkəmizin Moldovadakı Səfirliyinin və Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) birgə təşkilatçılığı ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən araz.az-a daxil olan məlumata görə, Səfirliyin həyətində baş tutan bu tədbirdə yerli ictimai-siyasi xadimlər, elm və iş adamları, eləcə də 400 nəfərə yaxın Moldovada yaşayan və təhsil alan soydaşlarımız, ailə üzvləri ilə birlikdə iştirak ediblər. Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş fotolardan ibarət sərgi təşkil edilib. Sözügedən sərgi qonaqlar tərəfindən böyük maraqla izlənilib.


Məlumatda bildirilir ki, bu tədbirdə Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov qonaqları salamlayaraq, Səfirliyi azərbaycanlıların “Ata Evi" adlandırıb. Səfir çıxışı zamanı, müstəqil Azərbaycan dövlətinin müəllifi Heydər Əliyevin keçdiyi möhtəşəm həyat yolu, onun əvəzsiz siyasi fəaliyyəti, azərbaycançılıq fəlsəfəsi və ideologiyasından ətraflı danışıb, ölkəmizin inkişafında göstərdiyi xidmətlərinə görə, Ulu Öndərin bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşdüyünü xüsusi vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin layiqli davamçısı, hazırki Prezident İlham Əliyev ötən il Heydər Əliyevin ən əziz arzusunu gerçəkləşdirərək, düşmən tapdağında olan Azərbaycan torpaqlarını xalqımıza geri qaytararıb, müqəddəs üçrəngli Bayrağımızı Qarabağ üzərində dalğalandırmağa nail olub.


Tədbirdə, həmçinin MAK-ın sədri Elçin Bayramov, azərbaycanlı diaspor fəalı Maarif Rəhimov və digər qonaqlar çıxış edərək, hər il 10 may tarixinin yalnız Azərbaycanda deyil, Moldovadakı və bütün dünyadakı soydaşlarımız tərəfindən yüksək səviyyədə qeyd olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Natiqlər öz çıxışlarında xüsusi olaraq onu da vurğulayıblar ki, bu böyük siyasi xadimin əziz xatirəsi azərbaycanlıların ürəyində əbədi qalacaq. Çıxış edənlər bu dahi şəxsiyyətin xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında daha sıx birləşərək, təşkilatlanması üçün də əvəzsiz xidməti olduğundan söhbət açıblar.


Bu maraqlı tədbir Moldovada yaşayan azərbaycanlı uşaqların Ümummilli Liderə həsr edilən və vətənpərvərlik mövzusunda olan şeirlər söyləmələri, milli rəqslər və musiqilərin, eləcə də dahi bəstəkar Müslüm Maqomayevin mahnılarının ifa edilməsi ilə davam etdirilib. Daha sonra, qonaqlara milli mətbəximizin təamları təqdim olunub. Yenicə inşa edilmiş Səfirlik kompleksinin həyətinə həmvətənlərimiz və qonaqlar tərəfindən ağac və qızılgüllər əkilməsi ilə, bu tədbir yekunlaşıb.


Onu da qeyd edək ki, yerli kütləvi informasiya vasitələri əməkdaşlarının da iştirak etdiyi bu tədbir, Moldova mediasında geniş işıqlandırılıb.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Yurd həsrətli qaçqınlarımız ikili vətəndaşlıq statusu arzusundadırlar

WhatsApp Image 2021 04 28 at 00.30.33

Bu istəklə, 32 il əvvəl Ermənistandakı dədə-baba yurdlarından qovulan, hal-hazırda isə, Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyində və Göyçə-Zəngəzur Respublikasında birləşən qaçqınlarımız təşəbbüs irəli sürüblər

Bununla bağlı, Rizvan Talıbovun rəhbərlik etdiyi həmin qurumların adlarından ölkə başçısına, Milli Məclisə, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinə Müraciət ünvanlanıb

WhatsApp Image 2021 04 28 at 00.31.25

Göyçə-Zəngəzur Respublikasının və Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin mətbuat xidmətlərindən araz.az-a daxil olan məlumata görə, 32 il əvvəl Qərbi Azərbaycandakı -- indiki Ermənistan Respublikasındakı tarixi dədə-baba torpaqlarından qovulan, olduqca çətin qaçqın ömrü yaşadıqları ötən həmin illər ərzində isə, bu qurumlar ətrafında bir araya gələrək, təşkilatlanan doğma yurd həsrətli qaçqınlarımız, ikili vətəndaşlıq statusu almaq arzusuyla bu yaxınlarda təşəbbüs irəli sürüblər. Bununla bağlı, rəhbəri Rizvan Talıbov olan həmin qurumların adlarından Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisinin sədrinə və deputatlarına, eləcə də qaçqın problemlərinin aradan qaldırılması, onların haqlarının və hüquqlarının müdafiəsi əsas işləri olan beynəlxalq təşkilatların rəhbər şəxslərinə Müraciət ünvanlanıb.WhatsApp Image 2021 04 28 at 00.31.54
GZR Prezidenti, QAQB sədri Rizvan Talıbovun, bu təşkilatlar ətrafında bir araya gələn qərbi azərbaycanlı qaçqınlarımızın adlarından imzaladığı, şəxsən onun özünün araz.az-ın redaksiyasına da təqdim etdiyi həmin Müraciətin əvvəlində, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun 44 günlük Vətən Müharibəsində erməni faşizmi üzərində qazandığı zəfər dolu möhtəşəm tarixi qələbənin məcburi köçkünlərin Qarabağdakı dədə-baba yurdlarına qayıdışını mümkün etdiyi kimi, Qərbi Azərbaycandakı tarixi dədə-baba torpaqlarından xüsusi amansızlıqla və zorakılıqla qovulan soydaşlarımız arasında da, doğma yurdlarına yenidən qayıda biləcəklərinə hədsiz inam yaratdığı xüsusi vurğulanıb. Bundan sonra Müraciətdə qeyd edilib ki, Vətən Müharibəsindəki möhtəşəm tarixi qələbəmizin regionumuzda yaratdığı yeni reallığı nəzərə alaraq, ölkə Prezidentinin Göyçəyə, Zəngəzura və Qərbi Azərbaycandakı -- indiki Ermənistandakı digər tarixi yurdlarımıza qayıdışımızın tezliklə reallaşması yolunda atdığı qəti addımlara, yürütdüyü siyasətə daha effektiv, daha səmərəli dəstək verə bilmək üçün, QAQB Ali Məşvərət Şurasının 10 mart, 2021-ci il tarixli qərarı ilə, Qərbi Azərbaycana Qayıdış Birliyi, özünün bazası əsasında, Göyçə -- Zəngəzur Respublikasının yaradıldığını elan edib: "Cənab Prezident, Sizin bu istiqamətli möhtəşəm siyasətinizə tam dəstək üçün, indiyədək, GZR-in dövlət strukturlarının formalaşdırılmasında güclü işlər görmüşük.WhatsApp Image 2021 04 28 at 00.32.15 Bu yöndən olan işlərimizi daha da sürətləndirməyi planlaşdırmışıq. İnanırıq ki, Sizin, indiki Ermənistandakı tarixi yurdlarımıza qayıdışımızı reallaşdırmaq üçün yürütdüyünüz müdrik siyasət nəticəsində, məcburi köçkünlər kimi, biz qaçqınlar da, 32 ildir həsrətində olduğumuz doğma yurdlarımıza qayıda biləcək, orada uyuyan əzizlərimizin mənfur düşmən qüvvələr tərəfindən dağıdılmış məzarları üzərində Quran oxudub, onların narahat ruhlarını şad edə biləcəyik!".
Bir daha qeyd etməyi vacib bilirik ki, Müraciətdə, Göyçə -- Zəngəzur Respublikası və Qərbi Azərbaycana Qayıdış Birliyi tərəfindən, ölkə Prezidentinin bu yöndən yürütdüyü siyasətə tam dəstək ifadə olunub. Bundan başqa, Müraciətdə, tarixin bu həssas dönəmində, Prezidentin bu siyasətinə daha effektiv dəstək vermək üçün, zamanında Ermənistan qaçqını statusunda olan, sonradan isə, Azərbaycan vətəndaşlığına qəbul edilən bu kateqoriyadan olan soydaşlarımıza, könüllülük əsasında ikili vətəndaşlığın verilməsinin vacibliyi də önə çəkilib. Elə, qərbi azərbaycanlı qaçqınların bu istəklərinin tezliklə reallaşması üçün də, Milli Məclis tərəfindən bu istiqamətli Qanun layihəsinin tezliklə hazırlanıb, qəbul olunmasının vacibliyi barədə, daha bir təşəbbüs irəli sürülüb.WhatsApp Image 2021 04 28 at 00.32.47
Müraciətin sonunda isə, Milli Məclisin sədri Sahibə xanım Qafarovadan, onun müavinlərindən və millət vəkillərindən, Qərbi Azərbaycandan -- indiki Ermənistan Respublikasından xüsusi amansızlıqla qovulan soydaşlarımızın tarixi yurdlarına qayıdış arzularının tezləşdirilməsi üçün, daha sərfəli, daha önəmli, daha effektiv hüquqi yolun tapılmasını sürətləndirmələri bir daha xahiş olunub.

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

ABŞ dünya miqyasında ən çox soyqırım törətmiş dövlətdir - Deputat

25.04.2021

ABŞ dünya miqyasında ən çox soyqırımlar törətmiş dövlətdir.

1992-ci ildə Ermənilərin xüsusi qəddarlıqla, vəhşiliklə törətdiyi Xocalı soyqırımına Amerika Birləşmiş Ştatları 30 ildir heç bir qiymət verməyib və tanımayıb.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Onun sözlərinə görə Ermənilər Azərbaycana qarşı Xocalı soyqırımı törətdikdən 2 ay sonra ABŞ Ermənistan əvəzinə Azərbaycana qarşı çox məşhur olan 907-ci sanksiyanı tətbiq etdi. Budurmu Amerikanın ədaləti?

"Qısa tarixə nəzər salsaq deyə bilərik ki, ABŞ dünya miqyasında ən çox soyqırımlar törətmiş dövlətdir. Amerika "erməni soyqırımı"nı tanımadan öncə 1945-ci ildə Naqasaki və Xerosima da törətdiyi soyqırımları yadına salsın. Bəşəriyyətə qarşı atom silahından istifadə etdi, yüz minlərlə insanın həyatına son qoydu bunlara qiymət versin. Koreyada, Əfqanıstanda, Pakistanda və digər ölkələrdə törətdiyi soyqırımları gözünün önünə gətirsin. Amerika bu gün də Orta Şərq də qırğınlar törədir. Onun əli ilə terror dəstələri yaradılır, maliyyələşdirilir və insanlığa qarşı saysız-hesabsız terrorlar törədilir. Bunların hər birinin arxasında ABŞ dayanır".

Elman Məmmədov ABŞ prezidenti Baydenin yerli Amerikalı olmadığınıda qeyd edib:

"Onun bababları 200-250 il bundan öncə Avropadan Amerika qitəsini gələnlərdir və onlar gəldikdə Amerika qitəsində şimali Amerikada yerli əhaliyə qarşı soyqırım törədiblər. Yəni bütün bu hadisələrə görə utanmırlarmı bunlar? Düşünmürlər ki, son 100 il də onlardan başqa insanlığa qarşı amansız soyqırımlar törədən millət yoxdur. Co Bayden prezident seçkiləri ərəfəsində ABŞ-da yaşayan ermənilərin ona dəstəyinin əvəzində ermənilərə haqq verdi. Digər tərəfdən isə o 300 milyonluq türk dünyasına qarşı çıxdı, olmayan bir şeyi qəbul etdi. Amerikadan başqa bir sıra dövlətlər bu günə kimi qondarma "erməni soyqırımı"nı tanıyıblar. Türkiyəyə nə edə biliblər? Amerika bunu tanımaqla neynəyəcək? Əksinə bu hərəkəti ilə Türkiyə kimi çox mühüm strateji əhəmiyyəti olan, dünya çapında böyük nüfuza sahib olan dövləti, müttəfiqini itirir. Amerika bu hərəktdən sonra dünya da çox güclü qütbləşməyə səbəb olacaq. Co Bayden gəldi gedərdir, ömürlük prezident deyil, ABŞ dövlət siyasətinə nəzərə salsın və görsün ki, böyük səhvə yol verdi.

Türkiyə güclü, böyük, qüdrətli dövlətdir, haqq ədalət yolundadır. 1915-ci il ərəfələrində Osmanlı dövlətinin ərazisində ermənilər, fransızlar, amerikalılar türklərə qarşı soyqırımlar törədiblər lakin bunu əksinə yozurlar. Mən hesab edirəm ki, Türkiyə bununla sarsılmayacaq, öz yolu ilə gedəcək, daha güclü olacaq və Azərbaycan-Türkiyə dostluğu belə haqsızlıqlara qarşı bundan sonrada daha güclü mübarizə aparmalıdır".

Deputat Xocalı soyqırımı məsələsinə də toxunub:

"ABŞ-ın siyasi dairələri, rəhbərliyi Xocalı soyqırımı ilə bağlı çox dəqiq məlumatlara malikdir və hər il Xocalı soyqırımı ərəfəsi Amerika ərazisində hörmətli Leyla Əliyevanın rəhbərliyi ilə Xocalıya ədalət kompaniyası adı altında kütləvi tədbirlər keçirilir. ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb. İndi gözləyirik ki, Amerika bütövlükdə dövlət kimi Xocalı soyqırımını tanısın və ədalətli mövqeyini nümayiş etdirsin. Həqiqətən soyqırımı pisləyirsə, qarşı çıxırsa Xocalı soyqırımını tanısın".

Mehri QURBAN

General-mayor Mais Bərxudarov 45 yaşını tamam etdi

modern.az 20.04.2021 1618919337

20 aprel tarixi Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsinin qəhrəmanlardan birinin - general-mayor Mais Bərxudarovun doğum günüdür.

Modern.az-ın məlumatına görə, general-mayor Mais Bərxudarov 1976-cı il 20 aprel tarixində Qubadlı şəhərində anadan olub.

Uşaq vaxtlarında güləşlə məşğul olan Mais Bərxudarov Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra Mais Bərxudarov Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olub. 1993-cü ildə Mais Bərxudarov cəbhəyə yollanmağı qərara alsa da, general Valeh Bərşadlı onu yanına çağırır və cəbhəyə yollanmaq üçün hələ tez olduğunu bildirir.

1998-ci ildə baş leytenant Mais Bərxudarov “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Bu ordeni ona ümummilli lider Heydər Əliyev təqdim edib.

2012-ci ildə isə polkovnik rütbəsi daşıyan Mais Bərxudarov “Vətən uğrunda” medalına layiq görülüb.

2016-cı il aprelin 1-5-i tarixlərində Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak edib, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mais Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə aparıb.

Ali Baş Komandan İlham Əliyev Mais Bərxudarova Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-mayor rütbəsi verib.

General-mayor həmçinin 44 gün davam edən Vətən müharibəsində də iştirak edib. O, Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları, həmçinin “Qarabağ” ordeni ilə təltif edilib.
Aysel Məhərrəmova

Səfir Qüdsi Osmanov nüfuzlu xarici mətbuatda soyqırımından yazıb

WhatsApp Image 2021 04 01 at 00.17.47

Məqalədə daşnak-bolşevik birləşmələrinin Bakıda və digər rayonlarda törətdikləri qırğınlar barədə həqiqətlər yer alıb


Azərbaycan Respublikasının Moldovadakı Səfirliyinin təşəbbüsü ilə, Moldova mediasında Azərbaycanın təbliğatı uğurla davam etdirilir. Səfirlikdən araz.az-a daxil olan məlumatda bildirilir ki, 31 Mart -- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı da, Moldovanın nüfuzlu noi.md xəbər
portalında, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun maraqlı məqaləsi dərc edilib.
Müəllifin "В Азербайджане высоко чтят память жертв геноцида" başlıqlı həmin məqaləsində daşnak-bolşevik birləşmələrinin 1918-ci ildə Bakıda və digər rayonlarda törətdikləri qırğınlar barədə həqiqətlər yer alıb. Xüsusi olaraq qeyd edilib ki, 103 il öncə, erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdikləri həmin dəhşətli soyqırımı zamanı insanlığa sığmayan qətllər törədilib. Müəllif həmçinin onu da bildirib ki, ümumiyyətlə, Birinci Dünya Müharibəsi dövründə azərbaycanlıların ən böyük etnik təmizlənməsi həyata keçirilib. O illərdəki insanlığa sığmayan qətllərin sübutu kimi, yalnız onu demək kifayətdir ki, erməni daşnakları insanları diri-diri yandırır, evlərə od vurur, milli memarlıq inciləri sayılan tarixi abidələri, eləcə də məktəbləri, xəstəxanaları, məscidləri... dağıdırdılar. Ən dəhşətlisi odur ki, onlar Bakının böyük hissəsini xarabalığa çevirmişdilər.
Səfir Qüdsi Osmanov məqaləsində xüsusi olaraq onu da vurğulayıb ki, SSRİ dövründə də, 1918-ci ilin mart ayında baş verən həmin soyqırımı hadisələrinin xüsusi bir yöndən araşdırılmasına imkan verilməyib. Çünki onda hakim dairələrdə daşnak təfəkkürlü çox sayda ermənilər olub və elə, onlar da, istintaq zamanı şahid ifadələrinin sənədlərdən çıxarılmasına nail olublar. Əksər hallarda isə, şahidlərin ifadələri ermənilər tərəfindən alınıb. Bu azmış kimi, daha sonra, həqiqətləri gizlətməkdə maraqlı olan qüvvələr, o dövrdə baş verən hadisələrə dair arxiv materiallarını tamamilə məhv ediblər. Yalnız 80 il sonra həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib. Ümummilli Lider Heydər Əliyevin imzaladığı 26 mart, 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü olaraq elan edilib.
Onu da qeyd edək ki, səfirin məqaləsi rus və rumın dillərində də dərc olunub. Həmin məqalənin Moldova mətbuatındakı moldova, rumın və rus dillərində olan linklərinə keçid belədir:

https://noi.md/ru/v-mire/gudsi-osmanov-v-azerbajdzhane-vysoko-chtyat-pamyati-zhertv-genocida

https://noi.md/ru/v-mire/gudsi-osmanov-v-azerbajdzhane-vysoko-chtyat-pamyati-zhertv-genocida
https://noi.md/md/in-lume/gudsi-osmanov-azerbaidjanul-intotdeauna-cinsteste-memoria-victimelor-genocidului

Yeri gəlmişkən, onu da bildiririk ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar, ölkəmizin Moldovadakı Səfirliyinin təşəbbüsüylə bir çox önəmli və vacib işlər görülüb. Səfirlik, pandemiya ilə əlaqədar Moldovadakı mövcud sərt karantin rejimini nəzərə alaraq, elə, səfirliyin binasında martın 31-ində gənclərin iştirakıyla soyqırımı gününə həsr edilən dəyirmi masa təşkil edib. Dəyirmi masa çərçivəsində azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən törədilən soyqırımının təfərrüatları, Azərbaycanın müxtəlif bölgələrində minlərlə günahsız insanın qətl edilməsinə dair tarixi faktlar, ümumiyyətlə, daşnakların təcavüzkar və işğalçı siyasətinin mahiyyəti gənc nəslə çatdırılıb.
Onu da qeyd edək ki, erməni daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı 1918-ci ildə törədilən qanlı faciədən bəhs edən Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Adil Əliyevin “31 марта - день геноцида азербайджанцев” adlı müsahibəsi isə, Moldovanın daha bir nüfuzlu “Tribuna” xəbər portalında, rus və rumın dillərində dərc edilib. Həmin müsahibənin Moldova mətbuatındakı moldova və rumın dillərində olan linklərinə keçid belədir:

https://tribuna.md/ru/2021/03/31/ru

Bu yerdə onu da bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin, Mart Soyqırımının ermənilərin mahiyyətini açıqlayan hadisə olaraq qiymətləndirilməsindən bəhs edən “Геноцид 31 Марта: Страницы истории, обагренные кровью” adlı məqaləsi isə, Moldovanın daha bir nüfuzlu ava.md xəbər portalında dərc olunub. Həmin məqalənin Moldova mətbuatındakı linklərinə keçid isə, aşağıdakı kimidir:

https://ava.md/2021/03/31/genocid-31-marta-stranicy-istorii-obagrennye/

MMXİ-nin s/35-4557/35/21 nömrəli, 31.03.2021-ci il tarixli məktubu ilə əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin soyqırımla bağlı verdiyi Bəyanat isə, Səfirlik tərəfindən aidiyyatı üzrə hər yerdə yayılıb. Bu Bəyanatın tam mətni də, rumın dilinə tərcümə edilərək, Moldova KİV-də yayılıb.

 

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

1 -dən səhifə 36

Əlaqəli xəbərlər